Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zabelia
Zabelia (lat. Zabelia) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinə aid bitki cinsi.
Cozef Kudelka
Cozef Kudelka (10 yanvar 1938[…], Boskovitsə[d][…]) – çexiyalı fotoqraf. == Bioqrafiyası == Cozef Kudelka 1938-ci ilin 10 yanvarında Çexiyanın Moraviya əyalətinin Boskovitse şəhərində anadan olub. 1956–1961-ci illərdə Praqada Çexiya Texniki Universitetində oxuyub Mühəndislik Dərəcəsi alıb. O, fotoqrafiyaya öz ailə üzvlərini və ətrafındakı dost-tanışı çəkməklə başlayıb. İlk fotosərgisi 1961-ci ildə olub. Sonralar Praqa və Bratislavada təyyarəçilik mühəndisi kimi işləyib. O, teatr jurnallarından sifarişlər qəbul etməyə başlayır və mütəmadi olaraq öz Rolleiflex aparatı ilə səhnə fotoları çəkir. 1967-ci ildə Kudelka öz mühəndislik karyerasından imtina edib bütövlükdə fotoqrafiya ilə məşğul olmağa qərar verir. 1968-ci ilin avqustunda Sovet işğalından iki gün əvvəl o, Rumıniyada qaraçılar haqqındakı layihəsini çəkib geri qayıdır. O, Çexiya islahatlarını boğan və Praqanı zəbt edən Varşava Paktının hərbi gücünü görür və bu hadisələri lentin yaddaşına köçürür.
Gennadiy Padalka
Yozef Kudelka

Zabelia corymbosa
Zabelia corymbosa (lat. Zabelia corymbosa) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin zabelia cinsinə aid bitki növü.
Yponomeuta padella
Yponomeuta padella (lat. Yponomeuta padella) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin sincabaoxşar güvələr fəsiləsinin sincabaoxşar güvə cinsinə aid heyvan növü. == Xarici quruluşu == Kəpənəyin qanadları açılmış vəziyyətdə ölçüsü 18–22 mm-dir. Ön qanadlarında 3 cərgədə düzülmüş 16-19 qara nöqtələr vardır. Arxa qanadlar boz kül rəngindədir. Tırtıllar 14–16 mm uzunluqda olmaqla sarımtıl göy rəngdədir. Pupu tünd-sarı olmaqla ölçüsü 7–11 mm-dir. == Həyat tərzi == Ədəbiyyat məlumatlarına əsasən meyvə güvəsinin tırtılları ərik, şaftalı, gilas və alça bitkilərinin yarpaqları ilə qidalanırlar. Bizim apardığımız müşahidələrə əsasən adları çəkilən bitkilərdən başqa, badam bitkisi ilə də qidalanır. Ərik ağacı üzərində apardığımız müşahidələrə əsasən, meyvə güvəsinin kəpənəyinin bağlarda görünməsi iyun ayının birinci ongünlüyündən başlayaraq iyul ayının axırlarına və avqust ayının əvvəllərinə qədər davam edir.
Gennadi Padalka
Gennadi İvanoviç Padalka (doğ. 21 iyun 1958-ci il, Krasnodar) — rusiyalı kosmonavt, Rusiya Hərbi Hava Qüvvələrinin polkovniki. 12 sentyabr 2015-ci ildə dəqiqləşdirilən məlumatına görə Padalka açıq kosmosda keçirtdiyi ümumi günlərin sayına görə birinci yerdədir — 878 gün 11 saat 29 dəqiqə 51 saniyə. == Həyatı == 1979-ci ildə Yeysk Ali Hərbi Aviasiya İnstitutunu (Cənubi Sudan) bitirib. Ailəlidir, üç qız atasıdır: böyük — iqtisadçı, orta — hüquqşünas, kiçik - videoblogger. Boş vaxtlarında teatr, dayvinq və Paraşüt idmanı ilə maraqlanır == Faktlar == Bir dəfə, zarafatyana deyib ki, yadplanetlilərlə görüş üçün xüsusi davranış təlimatı var. Bu məlumatı tezliklə jurnalistlər yaydılar. Qırmızı dənizdə istirahət etməyi üstün tutur və dayvinqlə maraqlanır. Kosmosda saç kəsimi etmir.
Nikola Anelka
Nikola Sebastyan Anelka (14 mart 1979[…]) — Fransa peşəkar futbol məşqçisi və forvard mövqeyində oynamış keçmiş futbolçu.
Nikolas Anelka
Nikola Sebastyan Anelka (14 mart 1979[…]) — Fransa peşəkar futbol məşqçisi və forvard mövqeyində oynamış keçmiş futbolçu.
Qustav Dadela
Qustav Dadela (7 mart 1995) — Polşalı peşəkar kişi BMX velosipedçisi. Qustav Dadela Polşanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Qustav Dadela 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 1:07.376 saniyəlik nəticəsi ilə 88-ci yeri tutdu.
Zadəli (Urmiya)
Zadəli (fars. زده لو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 102 nəfər yaşayır (27 ailə).
Adela Noriega
Adela Norieqa (ispanca. Adela Amalia Noriega Méndez, 24 oktyabr 1969 Mexiko) — meksikalı aktrisa == Həyatı == Adela Norieqa 1969-cu ildə Meksikanın paytaxtı Mexiko şəhərində anadan olub . Bütün dünyaya "Quadalupe" , "Şirin çağırış" teleserialları ilə məşhurlaşdı . Hər iki serialda da Baş rolları məşhur aktyor Eduardo Yanezlə paylaşan Adela Eduardo ilə sonradan sevgi münasibətləri yaşamışdı. Daha sonra Adela "Mariya Bonita " , Əsl məhəbbət " kimi serialları ilə tamaşaçıların qəlbini fəth etmişdi . Azərbaycan tamaşaçılarına "Quadalupe" serialı ilə tanınmışdı . Adela Norieqanın bir bacısı və bir kiçik qardaşı var . Mexiko şəhərində yaşayır .
Adela Pankhörst
Adela Constantia Mary Pankhurst Walsh (19 iyun 1885, Lankaşir[d] – 23 may 1961, Sidney) — Şotlandiyada WSPU-nun siyasi təşkilatçısı kimi çalışmış Britaniyada doğulmuş sufrajist idi. 1914-cü ildə o, Avstraliyaya köçdü və burada fəaliyyətini davam etdirdi və əri Tom Uolşla birlikdə Avstraliya Kommunist Partiyasının və Avstraliya Birinci Hərəkatının həmtəsisçisi idi. == Həyatı == Pankhurst 19 iyun 1885-ci ildə İngiltərənin Mançester şəhərində siyasiləşmiş ailədə anadan olub. Onun atası Riçard Pankhurst sosialist və parlamentə namizəd, anası Emmeline Pankhurst və bacıları Silvia və Christabel isə Britaniya liderləri olub. Anası Manks əsilli idi. Adela Uorvikşirdəki Stüdli Bağçılıq Kollecində və Qızlar üçün Mançester Liseyində oxuyub. == Böyük Britaniya == Yeniyetmə ikən Adela anası və bacıları tərəfindən qurulan mübariz Qadınların İctimai və Siyasi Birliyinə qoşuldu. 1909-cu ilin noyabrında o, Uinston Çörçillin Dandidəki seçki dairəsində çıxışını kəsən etiraz aksiyasına qoşuldu. O, Helen Archdale, Catherine Corbett və Maud Joachim ilə birlikdə həbs edildi. Adela onu binadan çıxarmaq istəyən polisə şillə vurmuşdu.