Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zabıtıy (ada)
Zabıtıy — Şimal Torpağına daxil olan ada. İnzibati cəhətdən Krasnoyarsk diyarınin Taymır rayonu ərazisinə daxildir. Laptevlər dənizində, arxipelaqın mərkəzində, Bolşevik adasının şimal-qərbində yerləşən Baranov burnundan 400 metr şimalda yerləşir. Aypara formasına malikdir. Yüksəkliyi yoxdur. Sahilləri düzənlikdir.
Zaxariy Çxubianişvili
Zaxari Nikolayeviç Çxubianişvili (gürc. ზაქარე ნიკოლოზის ძე ჩხუბიანიშვილი; 1903 – 1980) — Sovet partiya xadimi. == Həyatı == 1937-ci ildən 1940-cı ilin mart ayınadək Gürcüstan SSR meşə sənayesi xalq komissarının vəzifəsində çalışırdı. 1940-41-ci illərdə Gürcüstan Kommunist Partiyasının Siqnaxi rayon komitəsinin katibi idi. 1941-ci ilin 1 aprelindən 1943-cü ilədək Gürcüstan KP (b) MK-nın sənaye üzrə katibi olmuşdur. 1945-ci ilin 8 aprelindən 1953-cü ilin 14 aprelinə qədər Gürcüstan KP MK Bürosunun üzvü idi. 1946-1952-ci illərdə Gürcüstan SSR Nazirlər Sovetinə rəhbərlik etmişdir. Daha sonra 1953-cü ildən Gürcüstan Ali Soveti Rəyasət Heyətinin sədri təyin olunmuşdur. 1953-cü ildən 1970-ci ilə qədər müxtəlif vəzifələrdə işləyirdi: meşə və kağız sənayesi naziri, meşə sənayesi naziri, Gürcüstan SSR Xalq Təsərrüfatı Şurasının İdarəsinin rəisi, Tbilisi Meşə sənayesi elmi-tədqiqat institutunun direktoru.