Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Stanislava Staşa Zayoviç
Stanislava Staşa Zayoviç (serb. Stanislava Staša Zajović; 1953, Nikşiç) — feminist və publisist. Belqradda Qara paltarlı Qadınların həmtəsisçisi və koordinatoru. == Bioqrafiyası == O, Belqrad Universitetinin İspan və İtalyan dili fakültəsini bitirib və 1980-ci illərdə Belqradda feminist hərəkata qoşulub. Staşa Zayoviç küçə aksiyalarının təşkilindən tutmuş qaçqınlarla, qadınlarla və s. işlərə qədər bir çox feminist fəaliyyətlərdə iştirak edib. Qadınların Sülh Şəbəkəsi, Müharibəyə Qarşı Beynəlxalq Qadın Həmrəylik Şəbəkəsi/Qara geyimli Qadınlar Beynəlxalq Şəbəkəsi, Serbiyada Vicdanlı Rəylər və Militarizmə Qarşı Şəbəkə, Dünyəvi Dövlət Koalisiyası” və s. kimi bir neçə qadın şəbəkələrinin təşəbbüskarı olub. Qadın hüquqları, qadınların sülh siyasəti, millətlərarası və mədəniyyətlərarası həmrəylik, qadın və güc, qadınlar və antimilitarizm mövzularına həsr olunmuş çoxsaylı maarifləndirici tədbirlər təşkil etmişdir. Qara paltarlı Qadınlar şəbəkəsinin bütün dünyada genişlənməsində mühüm rol oynamışdır.