Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Adstrat
Adstrat — bu dillərdə danışan xalqların uzunmüddətli birgəyaşayışı və təmasları şəraitində bir dilin digər dilə təsirinin nəticəsi kimi izah edilən dil sisteminin xüsusiyyətləri toplusu. Adstrat bu anlayışla əlaqəli substrat və superstrat terminlərindən fərqli olaraq, bir dilin digər dilə etnik assimilyasiyası və əriməsinin olmadığı neytral linqvistik qarşılıqlı əlaqə növü deməkdir. Adstratik hadisələr iki müstəqil dil arasında təbəqə əmələ gətirir. Bəzən "adstrat" termini qarışıq bilinqualizmə (multilinqualizm) iaid edilir. Adstratum anlayışı Matteo Culio Bartoli (1939) tərəfindən irəli sürülmüş və linqvistikada geniş istifadə olunmamışdır.