Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kazatsa
Kazatsa (it. Casazza) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Əhalisi 3481 nəfər, əhalinin sıxlığı 497 nəfər/km²-dir. Sahəsi 7 km² ərazini tutur. Poçt kodu - 24060. Telefon kodu - 035. Müqədəs şəhid Lourens kommunanın himayədarı hesab olunur və 10 avqustda onun üçun bayram qeyd edilir.
Baçata (rəqs)
Baçata — Dominikan Respublikasında yaranan, bütün dünyada məşhurlaşan və sevilən rəqs.
Emiliano Zapata
Emiliano Zapata (isp. Emiliano Zapata Salazar) - 1910-cu ildən etibarən, başlamış Meksika inqilabının lideri.
Frenki Zapata
Frenki Zapata (fr. Franky Zapata) (d. 27 sentyabr 1978, Marsel) — Fransız ixtiraçı. "Flyboard Air" reaktiv uçan platforma Frenki Zapata tərəfindən yaradılıb.
Rodolfo Zapata
Rodolfo Zapata və ya Rolo Zapata (d. 1 may 1966, Buenos-Ayres, Argentina) — Argentina Futbol Assosiasiyasının məşqçisi və keçmiş oyunçusu. Hal-hazırda Keniyanın "AFC Leopards" klubunun baş məşqçisidir. == Həyatı == 1 may 1966-cı ildə Argentinanın Buenos-Ayres şəhərində anadan olmuşdur. == Karyerası == Rodolfo Zapata futbolçu karyerasına Argentinanın 2-ci divizionu olan Primera B Nasionalda başlamışdır. O, burada qapıçı kimi "Hurakan", "Sportivo İtaliano", "Rasinq de Olavarria", "Klub Atletiko San Miguel" və "Cipolletti de Rio Negro" komandalarının heyətində meydana çıxmışdır, lakin ardıcıl diz zədələri səbəbiylə Zapata vaxtından əvvəl futbolçu karyerasına son qoymağa məcbur olur. O, 1990-cı ilin yanvar ayında Buenos-Ayres Bella Vista ərazisində Rolo Zapata Futbol Akademiyasını qurmuşdur. Bu Akademiya gənclər və yeniyetmələr üçün xüsusi təlim kompleksidir. Hal-hazırda Argentina və ABŞ-dakı elit futbol proqramlarından biridir. 2000-ci ilin iyun ayında Zapata Kanadada Alberta Futbol Assosiasiyasında məşqçilik etmişdir.