Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Konni Andersson
Konni Andersson (suah. Conny Andersson; 28 dekabr 1939) — isveçli avtomobil yarışçısı, 1972-74-cü illərdə, İsveç Formula 3 çempionatında, 5 dəfə Formula 1 Qran pridə iştirak etmişdir. 1976-77-ci illərdə çıxış etdiyi yarışda bir dəfə də olsun finiş xəttini keçə bilməmişdir. == Bioqrafiya == Gənc yaşlarında motosiklet yarışlarına qoşulsa da, avtomobil yarışlarında çıxış edə bilmirdi. Səbəb vaxt azlığı və ailə biznesinə kömək etmək idi. Avtomobil yarış məktəbini ziyarət etdikdən sonra, bu sahə ilə maraqlanmağa başladı və tezliklə Formula Vee çempionatlarında iştirak etməyə başladı. Daha sonra Formula 3-də iştirak etmək üçün Brebem BT21 əldə etdi. 1970-76-cı illəri əhatə edən bu yarışda o, iki dəfə 1972 və 1974-cü illərdə qalibiyyət, 1973 və 1975-ci illərdə isə ikinci yeri əldə etmişdir. O, Formula 3-də tez tez iştirak etdiyindən, artıq yeni başlayanlara rəhbərlik etməyə başladı. İrəli getməkdə yalnız maddi çətinliklərlə üzləşirdi.
Konni Soyer
Konni Soyer (ing. Connie Sawyer, uşaqlıq adı Rozi Koen (ing. Rosie Cohen; 27 noyabr 1912, Pueblo[d], Kolorado – 21 yanvar 2018, Vudlend-Hillz[d], Kaliforniya) — ABŞ aktrisası. == Həyatı == Konni Soyer 27 noyabr 1912-ci ildə Rumıniyadan olan yəhudi mühacirləri ailəsində anadan olub. Karyerasına komik kimi gecə klublarında başlayıb. Konni Soyer 1959-cu ildə əfsanəvi Frenk Sinatra ilə bir filmdə çəkilib. Aktrisa sonuncu dəfə 2013-cü ildə "Ray Donovan" televiziya filmində miss Sallivan rolunda çəkilib. Konni Soyer 21 yanvar 2018-ci ildə vəfat edib.