Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İxtiol
İxtiol — qara qonur rəngli, kəskin iyli qatı maddə. Qıcıqlandırıcı, keyləşdirici, antiseptikdir: iltihab əleyhinə təsir göstərir. İxtiolun tərkibində birləşmə şəklində kükürd, fenol, krezol, aromatik karbohidrogenlər və s. var. İxtiol müxtəlif dəri xəstəliklərində (ekzema, qızılyel, furunkulyoz, karbunkulyoz, dəmirov və s.), cərrahi (yanıqlar, don vurmalar, gec sağalan yaralar) və qadın xəstəliklərində (metrit, parametrit, salpingit, ooforit) geniş tətbiq edilir. Məlhəm, pasta, şam halında hazırlanır. == Mənbə == Azərbaycan Sovet Ensiklopediyası, V cild, səh.
İstiot
İstiot (lat. Piper) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === == Növləri == Piper abajoense Bornst. Piper abalienatum Trel. Piper abbadianum Yunck. Piper abbreviatum Opiz Piper abellinum Trel. & Yunck. Piper aberrans C.DC. Piper abutiloides (Kunth) Kunth ex Steud. Piper achoteanum Trel. Piper achotense Trel.
İxtioz
İxtioz (yun. ichtys-balıq) — balıqpulcuğu, kseroderma - kəskin qərniləşmə ilə xarakterizə olunan dəri xəstəliyi. Uşaq yaşlarında (çox vaxt 3 yaşında) başlayır, yetkinlik dövründə güclənir və insanın ömrü boyu davam edir. Müalicəsi olmayan xəstəliyə sahib olan uşaqlar sərt və elastikliyi olmayan dəriyə malik olurlar, eyni zamanda sərt dəri yarıqlar vasitəsiylə bir-birlərindən aralanır, dərinin yumşaq toxuması görünür, yara hissələrindən daima su axır. Belə uşaqlar su itkisini, orqanizmanın istiliyini təmin edə bilmirlər. İxtioz xəstəliyi ilə doğulan uşaqların çoxu doğumdan bir neçə saat sonra həyatlarını itirirlər, az qismi həyatda qalmaqlarına baxmayaraq eybəcər üz quruluşuna malik olurlar. İxtiozun 4 forması daha geniş yayılıb: Adi ixtioz; X-ilgili ixtioz; Lamellyar ixtioz; Epidermolitik ixtioz == Adi ixtioz == Sinonimləri: vulqar ixtioz, adi ixtioz, ichthyosis vulgaris Adi ixtioz üçün daha çox ayaqlarda nəzərə çarpan dərinin diffuz zədələnməsi səciyyəvidir. Dərinin qabıqlanması və quru olması, follikulyar keratoz qeyd olunur. Xəstələrin əksəriyyəti allergik xəstəliklərə meyillidirlər. Patogenez- Adi ixtioz üçün retension hiperkeratoz xarakterikdir: hüceyrələr arasındakı əlaqələrin möhkəmlənməsi və buynuz pulcuqların kənar edilməsinin ləngiməsi epidermisin buynuz qatının qalınlaşmasına gətirib çıxarır.
Birillik istiot
Qara istiot
Qara istiot (lat. Piper nigrum) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinin i̇stiot cinsinə aid bitki növü.
Saplaqlı istiot
İstiot nanə
Su nanəsi (lat. Mentha aquatica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. == Arealı == Avropa, Cənub-qərbi Asiyada və şimal-qərbi Afrikada bitir. == Qısa morfoloji təsviri == Çoxillik, uzun, sürünən zoğludur. Gövdəsi düz və ya qalxan, hündürlüyü 30-80 sm, budaqlı, demək olar ki, çılpaq və ya tüklənmiş bitkidir. Yarpaqları saplaqlı, 2-5 sm uzunluqda, 1-3 sm enində, uzunsov yumurtavari və ya elliptik, küt və ya ucubiz, kənarları mişarvari, zəif tüklü, yaşılbozumtul rəngdədir. Köbələri çoxçiçəklidir, 2-3 sayda gövdənin və budaqların təpəsində birləşərək kürəvari, oval və ya uzunsov başcıqlı çıçəkqrupunda yığılmışdır. Kasacıqları pırpızlaşmış tüklü, boruvari, tacı 6-8 mm uzunluqda, çəhrayıdır. Fındıqcıqları yumurtavari, xırda nöqtəlidir. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi ovalığının rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır.
İstigöl (Mahnişan)
İstigöl (fars. استي گل‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 81 nəfər yaşayır (23 ailə).
İtil
İtil (başqa yazılışlar: Atil, Ədil, İdil; çin. 阿得/阿得水) – Xəzər xaqanlığının 2-ci paytaxtı və sonuncu iri şəhəri. == Tarixi == Şəhərin salındığı vaxt dəqiq məlum deyil. Güman edilirki dağılması X əsrdən başlamışdır. 2 əsrdir ki, arxeoloji qazıntılar aparılsada, şəhərin yeri hələdə mübahisəli olaraq qalır. Bəzi mülahizələrə görə, İdil indiki Həştərxan şəhərinin 15–20 km-də yerləşirmiş. Slavyan dillərində Volqa, Volha, Voloha, Vloha, müxtəlif yerli türk xalqlarının dillərində isə İtil, Atil, İdil, Edil, Atal və İdel kimi səslənir. Ərəb müəlliflərinin yazdıqlarına görə Dərbənddən Səməndərə 4 gün, oradanda İdilə 7 günlük yol var idi.