Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kazatsa
Kazatsa (it. Casazza) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Əhalisi 3481 nəfər, əhalinin sıxlığı 497 nəfər/km²-dir. Sahəsi 7 km² ərazini tutur. Poçt kodu - 24060. Telefon kodu - 035. Müqədəs şəhid Lourens kommunanın himayədarı hesab olunur və 10 avqustda onun üçun bayram qeyd edilir.
Kapisa
Kapisa vilayəti (puşt. کاپیسا) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. == Coğrafiyası == Vilayətin sahəsi 1.842 km²-dir. 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 399.5 min nəfər, inzibati mərkəzi Mahmud-e-İraqi şəhəridir. == Əhalisi == Əhalinin 30%-i daricə, 27%-i puştunca, 17%-i isə paşayi dilində danışır.
Karatsu
Karatsu — Yaponiyanın Kyuşu regionunda, Saqa prefekturasında yerləşən şəhər. Çin, Korey və Yaponiya arasında əhəmiyyətli liman şəhəri olmuşdur. Müasir şəhər 1 yanvar 2005-ci ildə qurulmuşdur. 2016-ci ilin oktyabrının məlumatına görə şəhərin əhalisi 121.684 nəfərdir, hər km² ərazidə 250 nəfər yaşayır. Şəhərin sahəsi 487,42 km²-dir. == Tarix == Tarixən şəhər Hizen əyalətinin bir parçası olub. 1591-ci ildə burada Naqoya qəsri inşa edilib. 1889-cu ildə inzibati islahatdan sonra şəhər regionuna 1 şəhər (Karatsu) və 19 qəsəbə (Hamasaki, İrino, Kaqami, Karatsu, Kiriqo, Kitahata, Kuri, Kyuraqi, Minato, Mitsuşima, Naqoya, Nanayama, Oçi, Omura, Onizuka, Saşi, Uçiaqe və Yobuko) daxil idi. 1932-ci ildə Karatsuya şəhər statusu verilmişdir. 1 yanvar 2005-ci ildə Karatsu Çinzey, Hamatama, Hizen, Kitahata, Kyyraqi, Oçi və Yobuko ilə birləşdirilmişdir.
Katana
Katana (刀) feodalizm dövründə Yaponiyada samuray tərəfindən istifadə olunan ənənəvi Yapon qılınclarından biridir.Katananın müasir variantları bəzən qeyri- ənənəvi materiallarla və üsullarla hazırlanır. Katana özünəməxsus görkəmi ilə səciyyələnir:əyri olması,nazik olması, vahid iti tiyəli hər iki ələ yerləşən dairəvi və ya düzbucaq formada qorunması olan uzun dəstək ilə. == Tarixi == Yaponiyada qılınc istehsalı xüsusi dövrlərə bölünür: Cakoto(qədim qılınclar,miladdan sona 900-cü ilə qədər) Koto( köhnə qılınc 900-1596) Şinto(yeni qılınclar 1596-1780) Şinşinto(ən yeni qılınclar 1781-1876) Qendayto(müasir qılınclar 1876-1945) Şinsakuto(ən son hazırlanmış qılınclar 1953-hal-hazırda) Kamakura dövründə tati dən fərqli olaraq uzun qılıncları təsvir etmək üçün ilk dəfə olaraq katana (gatana) sözündən istifadə edirdilər.
Katara
Katara (çin. 卡塔拉 Kǎ Tǎ Lā) — Avatar: Aanq haqqında əfsanə cizgi serialın və Axırıncı hava maqı filmin əsas personajlardan biri; Korra əfsanəsi cizgi serialın personajı. Birinci serialın əvvəlində Katara Cənub qütbdə tək bir su maqı idi. == Yaradılması və konsepsiyası == Yayılmamış pilot seriyasında Kataranın adı Kia (ing. Kya) idi. Nickelodeon-un hüquq şöhbəsi həmin adın bir video oyunda artıq işləndiyini öyrənəndə ona veto qoymuşdu. Bundan sonra Kanna adı təklif olunub, amma o daha sonra Kataranın nənəsi üçün işlənilib. Kia isə Kataranın anası olub. The Women of Avatar: The Last Airbender xüsusi buraxılışda Maykl Dante DiMartino və Brayan Konietzko deyiblər ki, Katara serialın Deyteraqonistidir və hekayə onun baxışından danışılır.
Nataşa
Nataşa — ad. Nataşa Rostova — Lev Tolstoyun "Hərb və Sülh" romanının əsas qəhrəmanlarından Nataşa Vegşeider — Avstriyalı bədii gimnastdır. Nataşa Lionn — ABŞ aktrisası, komediyaçısı, rejissoru Nataşa Starr — Polşa pornoaktrisası. Nataşa Yarovenko — İspaniyada yaşayan Ukrayna aktrisası. Nataşa Bedinqfild — ingiltərəli müğənni ve bəstəkar. Nataşa Osmokroviç — xorvatiyalı voleybolçu. Nataşa Bassett — avstraliyalı aktrisa, ssenarist və rejissor. Nataşa Krsmanoviç — Serbiya voleybolçusu. Nataşa Kandiç — Serbiyalı ictimai xadim, insan hüquqları müdafiəçisi. Nataşa Ninkoviç Nataşa Stankoviç — Hindistan serbi, aktrisa, model, rəqqas.
Saatsaz
Saatsaz — saatların təmiri və düzəldilməsi ilə məşğul olan şəxs.
Çadtsa
Çadtsa (slovak. Čadca, pol. Czaca, mac. Csaca) — Slovakiyanın şimal-qərbinda şəhər. Jilina bölgəsində yerləşir. Əhalisi 27 min nəfərdir. Şəhər Polşa ilə Çexiyanın sərhəddində, Kisuttsa çayının sahilində yerləşir.
Kaama
Kaama — bədən uzunluğu 2,3 m-ə qədərdir. Rəng açıq qəhvəyi-qəhvəyi rənglidir. Başın ön və ön tərəfi qəhvəyi, quyruğun bazasında bir ağ nöqtə var. Quyruqdakı fırça qara olur. Bu növ Cənubi Afrikada yayılıbr. Digər antilop növləri ilə yanaşı, gəzinti aparır. Bu heyvanıarın nəsli kəsilmə təhlükəsi altındadır, çünki sayı 130 min dənədir və artmağa davam edir.
Kalta
Sunərgizi (lat. Caltha) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Kasta
Kasta — İspan Amerikası və Filippində müstəmləkə dövründə İspan elitası tərəfindən yaradılmış və 17–18-ci əsrlərdə rəsmi olaraq mövcud olan iyerarxik irqi təsnifat sistemidir, hələ də fəal şəkildə istifadə olunur.
Katya
Katya — qadın adı. Katya Sambuka — Rusiya müğənnisi. Katya Chilly — ukraynalı müğənni, musiqiçi və bəstəkar. Katya Dorner – alman siyasətçi. Katya Rimann — alman aktrisa.
Kabataş Liseyi
Kabataş Liseyi — 1908-ci ildən bəri təhsil edən, Türkiyənin ən köhnə və seçmə liseylərindən biridir. Quruluşundan bəri məzunları Türkiyənin və Dünyanın bir çox ölkələrində müxtəlif sahələrdə yüksək müvəffəqiyyət qazanmışlar. Ayrıca Kabataş Liseyi tarixi boyunca bir çox məşhur Türk ədəbiyyatçılarının təhsil heyətlərində vəzifə yerinə yetirmiş olmalarıyla tanınar. Ayrıca Kabataş Liseyində bir çox məşhur film, serial və reklam çəkilmişdir. İstanbulun tarixi məktəblərindən biridir. Ana kampusu İstanbulun Ortaköy səmtində dəniz kənarında yerləşir. Milli Təhsil Nazirliyinin etdiyi Səviyyə Təyin etmə İmtahanı (SBS) nəticəsində seçim edib bu liseyi qazanan qız və kişi şagirdlər bu liseyə getməyə imkan qazanarlar. Kabataş Liseyində hələ də 900 ətraflarında lisey şagirdi oxumaqdadır. şagirdlərin 250-ə yaxın hissəsi yatışlıdır. Qız və kişi yatışlı hissələri vardır.
Kadişa dərəsi
Qadişa vadisi (ərəb. وادي قاديشا‎) — Livanın Şimal mühafəzəsinin Beşarri və Zğarta nahiyələrində yerləşir.
Kakutsa Çolakaşvili
Kakutsa Çolokaşvili (gürcücə: ქაიხოსრო [ქაქუცა] ჩოლოყაშვილი, 14 iyul 1888 – 27 iyun 1930) — gürcü hərbi xadimi və Gürcüstandakı antisovet üsyanının komandanı. Gürcüstanın milli qəhrəmanı olaraq qəbul edilir. Zadəgan ailəsindən çıxan Çolokaşvili Birinci Dünya müharibəsi zamanı Rusiya imperiyası ordusunda rütbəli zabit idi. 1917-ci il Rus inqilabından sonra Gürcüstan Demokratik Respublikasının ordusuna qoşuldu. Respublikanın 1921-ci ildə Sovet işğalı ilə süqut etməsindən sonra Çolakaşvili bir qrup tərəfdarı ilə dağlara çəkildi və Kaxetiya əyalətində Sovet hökumətinə qarşı gerilla kompaniyası yürütdü. Çolakaşvilinin ən böyük üsyan qrupuna rəhbərliyi 1924-cü ildə uğursuz olduqdan sonra Fransaya qaçdı. Elə orada da vərəm xəstəliyindən vəfat etdi. Nəşi 2005-ci ildə dəfn edildiyi Paris yaxınlığındakı Leuville məzarlığından çıxarılaraq Gürcüstana gətirildi və Tiflis şəhəri yaxınlığındakı Mtatsminda panteonunda dəfn edildi. == Həyatının erkən dövrü == Kakutsa Çolakaşvili şərqi Gürcüstanın kaxetiya əyalətindəki Matanidəki ailə mülkündə aristokrat Oseb Çolokaşvili ailəsində anadan olmuşdur. O dövrki rus idarələrində soyadı Çelokayev deyə yazılmışdır.
Kakutsa Çolokaşvili
Kakutsa Çolokaşvili (gürcücə: ქაიხოსრო [ქაქუცა] ჩოლოყაშვილი, 14 iyul 1888 – 27 iyun 1930) — gürcü hərbi xadimi və Gürcüstandakı antisovet üsyanının komandanı. Gürcüstanın milli qəhrəmanı olaraq qəbul edilir. Zadəgan ailəsindən çıxan Çolokaşvili Birinci Dünya müharibəsi zamanı Rusiya imperiyası ordusunda rütbəli zabit idi. 1917-ci il Rus inqilabından sonra Gürcüstan Demokratik Respublikasının ordusuna qoşuldu. Respublikanın 1921-ci ildə Sovet işğalı ilə süqut etməsindən sonra Çolakaşvili bir qrup tərəfdarı ilə dağlara çəkildi və Kaxetiya əyalətində Sovet hökumətinə qarşı gerilla kompaniyası yürütdü. Çolakaşvilinin ən böyük üsyan qrupuna rəhbərliyi 1924-cü ildə uğursuz olduqdan sonra Fransaya qaçdı. Elə orada da vərəm xəstəliyindən vəfat etdi. Nəşi 2005-ci ildə dəfn edildiyi Paris yaxınlığındakı Leuville məzarlığından çıxarılaraq Gürcüstana gətirildi və Tiflis şəhəri yaxınlığındakı Mtatsminda panteonunda dəfn edildi. == Həyatının erkən dövrü == Kakutsa Çolakaşvili şərqi Gürcüstanın kaxetiya əyalətindəki Matanidəki ailə mülkündə aristokrat Oseb Çolokaşvili ailəsində anadan olmuşdur. O dövrki rus idarələrində soyadı Çelokayev deyə yazılmışdır.
Kapisa vilayəti
Kapisa vilayəti (puşt. کاپیسا) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. == Coğrafiyası == Vilayətin sahəsi 1.842 km²-dir. 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 399.5 min nəfər, inzibati mərkəzi Mahmud-e-İraqi şəhəridir. == Əhalisi == Əhalinin 30%-i daricə, 27%-i puştunca, 17%-i isə paşayi dilində danışır.
Kapitsa adası
Kapitsa — Kuril adalarının Kiçik Kuril cərgəsinə daxil olan qayalıqdan ibarət olan ada. Şikotan adasının şimal-şərqində, Myaçnaya buxtası yaxınlığında yerləşir. Adanın hündür 30 metr, sahəsi 0,286 km² təşkil edir. Adada daimi axarlar vardır. Üzəri bütünlüklə kolluqlarla örtülüdür. Ada Sergey Kapitsanın şərəfinə adlandırılmışdır. Adlandırma «Saxalin və Kuril adalarının xəritəsində adlar» proqramı çərçivəsində həyata keçirilmişdir. Ad 3 sentyabr 2012-ci il tarixində Rus Coğrafiya Cəmiyyətinin Saxalin bölməsində təşkil olunan toplantıda müzakirə edilərək təstiqlənmişdir. Proqramın işturakçıları «İqor Farxutdinov» teloxodunda 6 sentyabr 2012-ci ildə adaya eniş etmişlər.
Karataş (Adana)
Karataş — Adana ilinin ilçəsi. Şərqi Aralıq dənizi bölgəsində Seyhan və Ceyhan çaylarının təbii sərhədləri daxilində yaradılmışdır. Adanadan 48 km uzaqlıqdadır. 1986-cı ildə Adanada Yüreğir ilçəsinin qurulması ilə bəzi kəndlərin bir qismi Karataş ilçəsinin tabeçiliyinə verilmişdir. == Əhali == 2018-ci ilin məlumatına görə ilçədə 24.559 nəfər yaşayır. == Mühüm günlər == 19 iyun: Karataş ilçəsinin qurulması.
Katana (Suriya)
Qətəna (ərəb. قطنا‎) — Suriyada şəhər, Dəməşq mühafazasında eyniadlı məntəqə və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 6.865 ailədə 17.228 nəfəri kişilər və 16.768 nəfəri qadınlar olmaqla cəmi 33.996 nəfərdir.
Kataya adası
Kataya adası (isv. Kataja, fin Inakari) — Baltik dənizində, Botnik körfəzinin şimalında yerləşən ada. Adadan İsveç və Finlandiya arasında sərhəd keçir. Sahəsi 0,71 km² təşkil edir. İsveçin ən ucqar şərq nöqtəsini təşkil edir. Əvvəllər İnakari adasından boğazla ayrılırdı. 1809-cu ilə qədər bu boğaz sərhəd rolunu oynayırdı. Dənizin səviyyəsinin enməsi ilə adalar birləşmişdir. İsveçə aid olan böyük adanın adı ümumi adaya verilir. Adanın 2 km uzunluğa, 200–300 enə malikdir.
Katitsa Kulavkova
Katitsa Kulavkova (mak. Катица Ќулавкова) ― Şimali Makedoniya yazıçısı və akademiki. O, iyirmi şeir toplusu da daxil olmaqla qırxdan çox kitabın müəllifidir. Kulavkova Skopyedəki Müqəddəs Kiril və Mefodi Universitetinin filologiya fakültəsinin professorudur və beynəxalq PEN ədəbiyyat təşkilatının sədr müavinidir. == Həyatı == Katitsa (Kata) Kulavkova 1951-ci ildə Makedoniya Xalq Respublikasının Veles şəhərində anadan olmuşdur. O, ilkin və orta təhsilini 1969-cu ildə doğma şəhərində başa vurdu. Daha sonra təhsilini Skopyedəki Müqəddəs Kiril və Mefodi Universitetinin Fələsəfə və Tarix fakultəsinin "Cənubi slavyan ədəbiyyatı və makedoniya ədəbiyyatı tarixi" ixtisasına daxil olaraq davam etdirdi. 1973-cü ildə bakalavr dərəcəsini bitirərək, magist pilləsinə keçid etdi və onun buraxılış işinin mövzusu "Metafora və müasir makedoniya poeziyası" olmuşdur. Doktorantura mərhələsini isə 1986-cı ildə Zaqreb Universitetində bitirmişdir. O, Fransa hökumətinin dəstəyi ilə Nova Sarbonna universitetində praktika keçmişdir.
Lataşa Harlins
Lataşa Harlins — Ja Du (Hangul: 순 자두) adlı 51 yaşlı Koreya əsilli mağaza sahibi bir qadın tərəfindən öldürülən 15 yaşındakı afroamerikalı bir qız idi. Du Harlinsi affekt vəziyyətində öldürüldüyünə görə beş il şərti azadlıqdan məhkum edilmiş və 400 saat ictimai işlər, 500 ABŞ dolları və dəfn xərcləri ilə cərimə olunmuşdu. Bəziləri Lataşa Harlinsin güllələnməsini 1992-ci il Los-Anceles iğtişaşlarının səbəblərindən biri kimi göstərirlər. Harlinsin ölümü, Rodni Kinqin polislər tərəfindən döyülməsinin videoya çəkilməsindən 13 gün sonra baş vermişdi.
Sergey Kapitsa
Sergey Kapitsa (14 fevral 1928, Kembric – 14 avqust 2012, Moskva) — alim və teleaparıcı. == Həyatı == S.Kapitsa 1928-ci il fevralın 14-də İngiltərənin Kembric şəhərində anadan olub. Onun atası Petr Kapitsa Ernest Rezerfordun laboratoriyasında aşağı temperaturların fizikası ilə məşğul idi. 1935-ci ildə onun ailəsi SSRİ-yə köçüb. S.Kapitsa da öz həyatını elmə həsr edib. 1961-ci ildə o, fizika-riyaziyyat elmləri doktoru adını alaraq, fizikanın aerodinamika, elementar hissəciklərin fizikası bölmələrində tədqiqatlar aparıb. O, kliodinamikanın əsas banilərindən biridir. Alim 1965-ci ildə professor adını alıb. Elə həmin ildən Moskva Fizika-Riyaziyyat İnstitutunun tələbələrinə ümumi fizikadan dərs deməyə başlayıb. S.Kapitsa 1973-cü ildən SSRİ-nin mərkəzi televiziyasında "Oçevidnoye neveroyatnoye" verilişinə aparıcılıq etməyə başlayıb.
Taatta ulusu
Taatta ulusu (saxa Таатта улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Itık-Kyuyol kəndidir. == Coğrafiyası == Ulusun sahəsi 18,8 min km²-dir. Ulus Yakutskın şimal-şərqində, Bayaqa, Tatta, Amqa, Noxu və Aldan çaylarının vadilərində yerləşir. Ulus cənub-qərbdə Çurapçı ulusu; şimal-qərbdən Ust-Aldan ulusu; şimal-şərqdən Tompo ulusu, cənub-şərqdən isə Ust-May ulusu ilə həmsərhəddir. Itık-Kyuyoldan Yakutskadək məsafə 256 km-dir. == Tarixi == Yakutsk Vilayəti Administrasiyasının jurnalının 8 dekabr 1912-ci il tarixli 716 nömrəli qərarı ilə Yakutsk vilayəti Botrus ulusunu 1913-cü il 1 yanvar tarixindən iki ulusa bölünməsi qərara alınır: Botrus və Taatta. Taatta ulusuna aşağıdakı yaşayış məntəqələri daxil idi: Aldan, Terasinski, 2-ci Joxsoqonski, 1-ci İqideyski, 1-ci Joxsoqonski, Ust-Amqinski, Juleyski, 1-ci Xayaxsıtski, 4-cü Joxsoqonski, 2-ci İqideyski, 3-cü Joxsoqonski və Kyunyay. Taatta rayonu 25 mart 1930-cu ildə qurulmuşdur. Müasir adını Yakutiya Muxtar Sovet Sosialist Respublikası Ali Şurası Rəyasət Heyətinin 1990-cı il 19 mart tarixli keçmiş Alekseevski mahalının Taatta ulusu adlandırılması haqqında qərarından sonra almışdır.