Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Komandir
Komandir (alm. Commanding Officer‎) — Hərbi komandir - Hərbi birləşməyə,hissəyə və ya gəmiyə başçılıq edən şəxs.Məsələn:Bölük komandiri,Hərbi Hissə komandiri və s.Komandirlər birləşmə və ya hissələrə görə bölünürlər,beləki manqa(yarımqrup),taqım(qrup) və ya tim komandirləri "kiçik komandir" heyəti adlanırlar onlar şəxsi heyətin "bir başa rəis"ləri sayılırlar.Bölük və ya ondan böyük birləşməyə başçılıq edən şəxslərsə "bilavasitə rəislər" sayılır. İstehsalat rəhbərlərinə (mühəndislərə,texniklərə) bəzi hallarda komandir deyilir.
Komandanın götürülmə zamanı
Komandir (film, 2022)
Komandir (türk. Komutan) — Kılıç Yapım istehsalı, rejissorları Selahettin Sancaklı və Mert Kılıç olan, ssenarisini Mert Kılıçın yazdığı, baş rollarını Mert Kılıç və həyat yoldaşı Aslıhan Güner Kılıçın ifa etdiyi dram, hərbi, döyüş, müharibə janrında olan Türkiyə istehsalı film. == Mövzusu == Film Suriya, Əl-Babda öldürülmüş türk əsgərlərinin nəəşini Türkiyəyə gətirməklə vəzifələndirilən 4 nəfərlik bir hərbi komandanın bu hadisə əsnasında terror təşkilatı üzvləriylə girdiyi çəkişmələrdən bəhs edir.
Mixail Yefremov (komandir)
Mixail Yefremov (27 fevral (11 mart) 1897 – 19 aprel 1942) — sovet komandiri, Vətəndaş müharibəsinin və İkinci Dünya Müharibəsinin iştirakçısı, general leytenant (1940). 1996-cı ildə ölümündən sonra Rusiya Federasiyası qəhrəmanı adını alıb. Rusiyada gedən Vətəndaş müharibəsi dövründə Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı Bakının işğalında əsas rol oynamış zirehli qatarların reydini təşkil etmiş və Azərbaycanda sovet hökumətinin qurulmasında iştirak etmişdir. 1941-ci ildə Moskvanın müdafiəsi zamanı Naro-Fominsk istiqamətində 33-cü ordunun fəaliyyətinə rəhbərlik etmişdir. 1942-ci ildə Rjevsko-Vyazemskoy əməliyyatı çərçivəsində uğursuz əks hücum zamanı həlak olmuşdur.
Qatır Məmməd (komandir)
Yaqub Ələsgər oğlu Rzayev (4 oktyabr 1944, Çuxurməhlə, Ağdam rayonu – 16 iyul 1993, Bakı) — Birinci Qarabağ müharibəsi iştirakçısı. "Qarabağ şahinləri" batalyonunun komandiri. Qatır Məmməd və Ala Yaqub ləqəbləri ilə də tanınıb. Azərbaycanın Milli Qəhrəmanı Canpolad Rzayevin atasıdır. == Həyatı == Yaqub Ələsgər oğlu Rzayev 4 oktyabr 1944-cü ildə Ağdam rayonu Xıdırlı sovetliyinin Çuxurməhlə kəndində anadan olmuşdur. Orta təhsilini Əhmədavar kənd orta məktəbində almışdır. Sənətkar idi, qəbir daşları yonmaqla ailəsini dolandırırdı. Evli idi, iki oğlu və iki qızı var idi. Yaqub Rzayev 1988-ci ildən Azərbaycan Milli Azadlıq Hərəkatına ilk qoşulanlardandır. Artıq 1991-ci ildə Qarabağda müharibənin labüd olduğunu hamı başa düşürdü.
Yaqub Rzayev (komandir)