Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yevgen Konoplyanka
Yevgen Oleqoviç Konoplyanka (29 sentyabr 1989, Kirovoqrad) — ukraynalı yarımmüdafiəçi. Ukrayna milli futbol komandasında və ispan klub Sevilyada oynayır. Konoplynaka, peşəkar karyerasına Dneprdə başlamış və burada 211 oyuna 45 qol vurmuşdur. O, həmçinin komandasının 2014-2015 UEFA Avropa Liqasında finala çıxmasında böyük rol oynamış, lakin finalda Sevilyaya məğlub olmuşlar. Daha sonra, 2015-ci ilin iyulunda o, Sevilyaya transfer olunmuşdur. Konoplyanka, 2010-cu ildən bəri Ukrayna milli futbol komandasında 40 oyuna çıxmış və 10 dəfə fərqlənmişdir.