Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kopra
Kopra (malayalam dili koppara) — kokos palmaları qozlarının qurudulmuş yağlı növü.
Konpira məbədi
Kotohira məbədi (金刀比羅宮, Kotohira-qu) və ya Konpira məbədi – Yaponiyanın Kaqava prefekturasının Kotohira qəsəbəsinin Nakatado rayonunda yerləşən şintoist məbədi. Şintoizm ilahı olan Omononuşi-no-kamiyə və İmperator Sutokuya həsr olunmuşdur. == Tarixi == İmperator Sutoku Sanuki əyalətində sürgün zamanı öldüyü üçün məbəd XI əsrin əvvəllərində həmin əyalətdə tikilmiş və əvvəlcə buddizm-şintoizm ilahı olan Konpiraya həsr olunmuşdur. Bu ilahın mənşəyi Hindistanda Qanq çayının timsah tanrısı olan Kumbhira ilə əlaqədardır. Məbəd dənizə yaxın yerləşdiyi üçün Konpira balıqçıların və dənizçilərin qoruyucu ilahı hesab edilmiş, hətta yaxınlıqda yerləşən bir buddist məbədinin qoruyucu ilahı olmuşdur. 1868-ci ildə buddizm ilə şintoizmin ayrılmasından sonra Konpira şintoizm ilahlarından biri olan Omononuşi-no-kami olaraq yenidən identifikasiya edilmişdir. Omononuşi-no-kami VIII əsrə aid "Kociki" salnaməsində "dənizi işıqlandıran tanrı" kimi təsvir edilmişdir. Hər ilin 10 oktyabr tarixində məbəddə festival keçirilir. == Qalereya == == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə). IV cild (J–Libe).
Qriqori Kosınka
Qriqori Mixayloviç Kosınka (ukr. Григо́рій Миха́йлович Косинка; əsl soyadı Strelets, ukr. Стрілець; 17 (29) noyabr 1899, Kiyev quberniyası – 15 dekabr 1934, Kiyev) — Ukrayna-sovet yazıçısı və tərcüməçisi. Ukraynanın edam edilmiş İntibahının nümayəndələrindən biri. == Həyatı == Qriqori Strelets 1899-cu ildə Rusiya imperiyasında, indiki Ukraynanın Kiyev vilayətinin Obuxov rayonuna bağlı Şerbanivka kəndində bir kəndli ailəsində anadan olmuşdur. O, ikiillik məktəbi bitirmiş və 1914-cü ildə Kiyevə köçmüşdür. Strelets drada dolanışığını təmin etmək üçün müxtəlif işlər görərək altı illik məktəbi bitirmişdir. Nəhayət, o, qısaməzmunlu nəsr əsərləri yazmağa başlamışdır. Strelets ilk dəfə 1919-cu ildə Qriqori Kosınka təxəllüsündən istifadə etmişdir. Rusiyada vətəndaş müharibəsi illərində əvvəlcə Daniil Terpilo ilə, sonra isə Ukrayna Xalq Respublikasının ordusu ilə döyüşmüşdür.
Böyük Konpira teatrı
Böyük Konpira teatrı (金毘羅大芝居, Konpira Oşobay) və ya digər adı ilə Kanamaru teatrı (金丸座) – Yaponiyanın Kaqava prefekturasının Kotohira qəsəbəsində yerləşən kabuki teatrı. 1835-ci ildə tikilmişdir və Yaponiyadakı ən qədim kabuki teatrıdır. == Tarixi == === Edo və Meyci dövrləri === Teatrın yerləşdiyi ərazi XIX əsrin əvvəllərində no aktyorları tərəfindən, eləcə də, kabuki aktyorları tərəfindən müvəqqəti teatr məkanı kimi istifadə olunurdu. Burada tomiquşi adlı lotereya növü keçirilirdi. Teatr öz adını yaxınlıqda yerləşən və hinduizm/buddizm ilahı olan Kumphiraya həsr olunmuş Konpira məbədinin adından götürmüşdür. Konpira teatrı ərazini idarə edən Takamatsu klanına xidmət göstərən məbəd rəsmilərindən icazə almış yerli xalçaçı tərəfindən 1835-ci ildə tikdirilmişdir. O, teatrın dizaynı üçün Osakada yerləşən üç əsas teatrından biri olan Naniva teatrına əsaslanmış, Osakaya səyahət edərək həmin teatrın planını əldə etmişdir. Teatrın tikintisi 1000 ryoya başa gəlmişdir. Layihənin ərsəyə gəlməsi üçün lazım olan məbləği yerli geyşalar toplamışdırlar. Onlar müştərilərdən daha tez pul toplamaq üçün işlətdikləri buxur çubuqlarını qısaltmışdılar.