Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lina Kostenko
Lina Vasiliyevna Kostenko (19 mart 1930) — XX əsrin altmışıncı illərinin sovet və ukraynalı yazıçısı, şairə, ictimai xadim. O, 1967-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatına namizəd göstərilib. == Həyatı == O, 1930-cu il martın 19-da Ukrayna SSR-nin Rjişev şəhərində müəllim ailəsində anadan olub. 1936-cı ildə ailə Kiyevə köçür və Lina burada 123 saylı orta məktəbdə təhsil alır. 1956-cı ildə bitirdiyi Kiyev Pedaqoji İnstitutunda, Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil almışdır. Lina Kostenko 1950–1960-cı illərin əvvəlində gənc ukraynalı şairlərin qalaktikasında ilk və ən diqqət çəkənlərdən biri olub. Kostenkonun həmin illərdə "Dnepr" jurnalında dərc olunmuş əsərlərində "insanların standartlaşdırılmasına, sadələşdirilməsinə və primitivləşməsinə qarşı üsyanı" açıq-aydın səslənirdi.. Onun "Yerin şüaları" (1957) və "Yelkənlər" (1958) şeirlər topluları oxucuların və tənqidçilərin marağına səbəb olmuş, 1961-ci ildə işıq üzü görən "Könül səyahətləri" kitabı uğur qazanmaqla yanaşı, həm də şairənin əsl yaradıcılıq bacarığını ortaya qoymuş və onun adının Ukrayna poeziyasının görkəmli ustadları sırasına daxil olmasına səbəb olmuşdur. Ədəbiyyatşünaslar görə Kostenkonun ilk toplularında artıq milli əsaslara qayıdış, onların yenidən düşünülməsi və yenilənməsi, humanist dəyərlərin yüksəlişi müşahidə olunurdu. Durğunluq dövründə yaradıcı düşüncə azadlığına qoyulan məhdudiyyətlər və müxtəlif "rüsvayçılıqlar" Kostenkonun şeirlərinin uzun müddət praktiki olaraq çap olunmamasına səbəb oldu.