Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Iocenes
Iocenes (lat. Iocenes) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Iocenes acanthifolius (Hombr. & Jacq.) B.Nord. Sinonim Senecio acanthifolius Hombr.
Kornet
Kornet — Çar və ADR ordusunda hərbi rütbə. Çar Rusiyası ordusunda kavaleriyada əsilzadələr üçün ilkin zabit rütbəsi idi. İtalyanca corno — buynuz, hərbi şeypur sözündən alınıb. Əsasən atlı dəstənin rütbəli zabitlərinə (Kazak dəstəsindən başqa) verilirdi. Çariça Anna İvanovna 1731-ci ildən rus ordusuna tətbiq edib. 1765-ci ildə II Yekaterina bu rütbəni ləğv etmişdi. 1798-ci ildə I Pavel yenidən bərpa etdi. 1884-cü ildə ordu quruculuğunda kornet XII klas çininə dəyişildi. Həmin dövrdən podporuçik paqonu ilə eyniləşdi. Bu baxımdan atlı dəstədə podporuçik rütbəsi yox idi.
Iocenes acanthifolius
Iocenes (lat. Iocenes) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Iocenes acanthifolius (Hombr. & Jacq.) B.Nord. Sinonim Senecio acanthifolius Hombr.
Közənəq (Təbriz)
Közənəq (fars. كزنق‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 156 nəfər yaşayır (33 ailə).
Kücənəq (Meşkinşəhr)
Kücənəq (fars. كوجنق‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 2,487 nəfər yaşayır (514 ailə).
Vladimir Korenev
Vladimir Korenev (rus. Влади́мир Бори́сович Ко́ренев; 20 iyun 1940, Sevastopol, Krım MSSR – 2 yanvar 2021, Moskva) — rus və sovet teatr və kino aktyoru. Rusiyanın Xalq artisti (1998). == Həyatı və fəaliyyəti == Vladimir Korenev 20 iyun 1940-cı ildə Sevastopol şəhərində hərbi dənizçi ailəsində anadan olmuşdur. Atası Boris Korenev işlə əlaqədar tez-tez bir şəhərdən başqa şəhərə köçür. Vladimir beşinci sinfədək İzmail şəhərində oxuyur, orta məktəbi Tallinndə bitirir. Burada sevimli ədəbiyyat müəlliməsi onda bu fənnə böyük həvəs yaradır. Elə həmin illərdə Vladimirdə teatra maraq artır. Vladimir orta məktəbi bitirdikdən sonra aktyor olmaq qərarına gəlir. 1960-cı ildə A.Lunaçarski adına Teatr Sənəti İnstitutuna daxil olur.
9M133 Kornet
9M133 Kornet - Rusiya istehsalı 2-ci nəsil tank əleyhinə idarə olunan raket (TƏİR) kompleksidir. Əsas məqsədi döyüş zamanı düşmən tanklarını sıradan çıxarmaqdır. Qiyməti yüksək olduğuna görə, hazırkı sistemləri tam əvəz etməmişdir. NATO kod adı AT-14 "Spriggan"dır. İlk dəfə Rusiya Ordusunda 1998-ci ildə silahlanmaya qəbul olunmuşdur. İxrac variantı Kornet-E adlanır. Orduya qəbul olunduqdan sonra ilk olaraq 9K111 Faqot (NATO: AT-4 Spiqot) və 9K113 Konkurs (NATO: AT-5 Spandrel) TƏİR-lərini əvəz etdi. Bu raket ayrıca olaraq helikopterlərə qarşı da istifadə olunur. Bəzi variantlarının sahib olduğu termobarik döyüş başlığı sayəsində yüngül zirehli maşınlara, piyadalara və möhkəmləndirilmiş mühəndis-istehkam qurğularına qarşı da istifadə olunur. == Döyüşlərdə istifadə olunması == 2003-cü ildə ABŞ qoşunları İraqa daxil olarkən, Kornet TƏİR-dən İraqın bir neçə xüsusi təyinatlı dəstəsi tərəfindən Amerikan zirehli maşınlarına hücumlar zamanı istifadə olunmuşdur.
Kovent-Qarden
Kovent-Qarden (ing. Covent Garden) — London şəhərinin rayonu. == Tarixi == == Rayonun vacib yerləri == === Kral Opera Teatrı === Teatrın binası Kovent-Qarden inzibati ərazisində yerləşdiyinə görə ona çox vaxt Kovent-Qarden teatrı da deyirlər. Teatr binası üç dəfə yeni bina ilə əvəzlənmişdir. == Mədəniyyəti == Kovent-Qarden uzun müddət əyləncə və bazarlıqla bağlı olmuşdur. Rayonda 13 teatr və köhnə bazarın əsas bazarlıq sahəsi ətrafında 60 pab və bar yerləşir.
Maksvel Kornet
Maksvel Kornet (27 sentyabr 1996-cı ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Olimpik Lion klubunda hücumçu kimi çıxış edən peşəkar Kot-d'İvuar futbolçusudur. == Karyerası == === Metz === Kornet Metz klubunun akademiyası vasitəsilə inkişaf etmişdir. O, Liqa 2-də debütünü 2 avqust 2013-cü ildə Stad Laval klubuna qarşı oyunda etmişdir. O, 79-cu dəqiqədə Yeni Nqbakotonu əvəz etmiş və komandası 1-0 hesabı ilə qalib gəlmişdir. === Lyon === 16 yanvar 2015-ci ildə Kornet Liqa 1 təmsilçilərindən olan Olimpik Lion klubu ilə müqavilə imzalamışdır. O, Liqa 1-də debütünü 25 yanvar 2015-ci ildə keçmiş klubu olan Metz klubuna qarşı oyunda etmişdir. O, 34-cü dəqiqədə Aleksander Lyakazeti əvəz etmiş və komandası 2-0 hesabı ilə qələbə qazanmışdır. O, Lyon klubu ilə ilk qolunu 23 oktyabr 2015-ci ildə Tuluza klubuna qarşı oyunda 89-cu dəqiqədə vurmuşdur. Liqa 1 görüşündə Lyon rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir. == Milli karyerası == Kornet Kot-d'İvuarda aandan olmuşdur.
Leyli köçən
Leyli köçən və ya Leyliqaçan— İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. == Tarixi == Culçayın sağ qolu olan Köçbəkçayın yaxınlığında yerləşirdi. Kəndin adı erməni mənbələrində Leyliqaçan kimi də göstərilir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim Leyli şəxs adı ilə köçən feli sifətin birləşməsindən əmələ gəlmişdir. "Leylinin köçünün düşdüyü yer" mənasını verir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Mənbədə Leylikaçan kimidir. Kənd XIX əsrin ortalarında qışlaq əsasında yaranmışdır.
Ruhi Çenet
Ruhi Çenet (20 oktyabr 1990, Aydın ili) — türk youtuber və aktyor. == Həyatı və karyerası == Ruhi Çenet 20 oktyabr 1990-cı ildə Türkiyənin Aydın şəhərində anadan olub. Təhsili üçün Hindistana gedib. Hindistandan universitet təhsilini tamamladıqdan sonra 2011-ci ildə Türkiyəyə gəlib. Türkiyəyə gəldikdən sonra YouTube platforması üçün videolar hazırlamağa başladı. 4 noyabr 2022-ci il tarixinə əsasən YouTube'da 6,56 milyon abunəçisi var. == Maraqlı videoları == === Ruhi Çenet Çində === 2019-cu ildə Çinin Uhan şəhərində ortaya çıxan koronavirus haqqında videoreportaj hazırlamaq üçün Ruhi Çenet 2 fevral 2020 tarixində Çinə getmişdir. Ruhi Çenet Çində olduğu müddətdə burdakı insanlardan reportaj götürmüş və pandemiya haqqında ətraflı məlumat əldə edə bilmişdir. === Ruhi Çenet Ermənistanda === Ruhi Çenet 11 fevral 2020 tarixində Ermənistana gedərək, burada Türklərə olan münasibət haqqında videoreportaj hazırlayır. O buradakı Ermənilərdən müsahibə götürüb, onlara bəzi suallar verib.
Rey Cenet
Əsasən Pirat ləqəbi ilə xatırlanan Rey Cenet (27 iyul 1931 - 2 oktyabr 1979) İsveçrə əsilli Amerikalı alpinist. O, Şimali Amerikanın ən yüksək dağı Alyaskanın Denali dağı (Mak-Kinli dağı) üzrə ilk bələdçi olub. Cenet aktrisa Korianka Kilçerin babasıdır. == Karyera == Cenetin Denali dağı ilə əlaqəsi 1967-ci ildə əvvəllər alpinizm təcrübəsi olmasa da, Qreq Blamberqin başçılığı ilə Denalinin zirvəsinə ilk uğurlu qış ekspedisiyasında iştirak edəndə başladı. Ekspedisiya Art Deyvidson tərəfindən Mənfi 148 dərəcə: Mak-Kinli dağının ilk qış qalxışı (1970)də təsvir edilmişdir. == Ölüm == Cenet 2 oktyabr 1979-cu ildə alpinist həmkarı Hannelore Şmatz ilə birlikdə Everest dağından enərkən gecə hipotermiyaya düşərək öldü. Dırmanışdan yorulmuş, Şerpa (etnik xalq) bələdçilərinin onları dayanmamağa çağırmasına baxmayaraq, gecə yaxınlaşdıqca 28 000 fut (8 500 m) hündürlükdə çadır (kiçik sığınacaq) qurmaq üçün dayanmışdılar. İki Şerpa bələdçisi, Sunqdare Şerpa və Anq Janqbo, onların çadırlarında (sığınacaq) onlarla qaldı, lakin Cenet səhərə qədər sağ qala bilmədi. Qrupda oksigen balonu tükənirdi və Şmatz həmin gün Sunqdare ilə birlikdə "Cənub yəhəri"nə enmək istəyərkən öldü.
Kornet Rəhim ağa Dilbazov
Kornet Rəhim ağa Hüseyn ağa oğlu Dilbazov — Əlahəzrət İmperatorun konvoyda Kornet rütbəsində xidmət etmişdir. == Həyatı == 1842-ci ildə Qazax qəzası Xanlıqlar kəndində anadan olmuşdur. Türkcə təhsili olmuşdur (rusca da bilirmiş). Əlahəzrət İmperatorun konvoyda kornet rütbəsində xidmət etmişdir. Kornet — Çar Rusiyası ordusunda kavaleriyada əsilzadələr üçün ilkin zabit rütbəsi idi. Xidmət dövründə "Əlahəzrət imperatorun konvoyunda xidmətə görə" medalı almışdır. Xidmətdən tərxis olunması aldığı xəsarətlə bağlı imiş Kornet ağa xidmətdən tərxis olduqdan sonra Qazax qəzasında ona mülk sahəsi ayrılmış və o zamanlar planlı şəkildə salınan bu qəza mərkəzinin 2-ci məhəlləsinin 10 nömrəli sahəsində özünə imarət tikdirmək qərarına gəlmişdir. AR Dövlət Tarix Arxivində sənədlərə əsasən, imarətin layihəsi Yelizavetpol Quberniya İdarəsi tikinti şöbəsinin 20 oktyabr 1882-ci il tarixli 183 saylı protokoluna əsasən, tikinti işi 3 il müddətinə, yəni 20 oktyabr 1885-ci ildə qədər başa çatmalı idi və bu müddətə başa çatırılmışdır. Hazırda bu bina Qazax şəhərində qalmaqdadır. Kornet Rəhim ağanın məzarı Xanlıqlarda Babadərviş qəbristanlığındadır.