Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Krasnıy
Krasnıy — Xocalı rayonununda kənd. Krasnıy (Rusiya) — Rusiyada kənd. Krasnıy (Belarus) — Belarusda qəsəbə.
Barış Karadeniz
Barış Karadeniz (27 avqust 1975, Sinop) — iqtisadçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 25, 26, 27 və 28-ci çağırış deputatı. == Həyatı == Barış Karadeniz 1975-ci ildə Sinop ilində anadan olub. Muğla Universitetinin İqtisadi bölməsini bitirib. Siyasətə Cümhuriyyət Xalq Partiyasında (CHP) qoşulub. İyun 2015, noyabr 2015, 2018 və 2023-cü illərdə Sinop ilindən Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 25 və 27-ci çağırışda Ətraf mühit Komissiyasının, 28-ci çağırışda Kənd təsərrüfatı və meşə məsələləri Komissiyası üzvü olub. İngiliscə bilir. Evlidir.
Krasnıy Kut
Krasnı Kut — Rusiya Federasiyasında yerləşən şəhər. Saratov vilayətinə daxildir.
Krasnıy Sulin
Krasnıy Sulin — Rusiya Federasiyasında yerləşən şəhər. Rostov vilayətinə daxildir.
Krayniy adası
Krayniy adası — Sedov arxipelaqı qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizində, Demyan Bednıy adalarının şərqində, Komsomoles adasından 4,2 km şimal-qərbdə yerləşir. Qonşuluğunda yerləşən Qlavnıy və Kolokol adaları ilə qumlu sayla birləşir (müvafiq olaraq 1 km və 650 m). == Təsviri == Şimal-qərbdən cənub-şərqə doğru uzanır. Uzunluğu 1,3 km, eni isə 300 metr təşkil edir. Adanın maksimal hündürlüyü 11 metrdir. Adada çay və göl yoxdur.
Sen Anlat Karadeniz
Sən anlat Qara dəniz — Sineqraf imzalı ilk bölümü 24 yanvar 2018-ci ildə yayımlanan, prodüseri Osman Yavaş, ssenari müəllifi Nehir Erdem, Ayşe Ferda Eryılmaz və Erkan Birgören, baş rollarda Ulaş Tuna Astepe, İrem Helvacıoğlu və Mehmet Ali Nuroğlunun yer aldığı Türkiyə istehsalı olan dram televiziya serialıdır. 3 sezondan ibarət olan serial 13 noyabr 2019-cu ildə yayımlanan 64-cü bölümü ilə sona çatdı.