Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Üçdişli kudraniya
Əbdünnəsir Kusravi
Əbdünnəsir Kusravi (1776 – 1812, Konstantinopol) — tatar təhsil xadimi və din alimi. Dini islah hərəkatının öncüllərindəndir. == Həyatı == 1776-cı ildə tacir atanın oğlu olaraq Kazan bölgəsinin Kursa kəndində anadan olmuşdur. İlk təhsilini eyni bölgədəki Meçkere kəndində almış və sonrasında Kuran, hədis sahələrində özünü yetişdirmək üçün Buxaraya getmişdir. Nəkşibəndi şeyxi Niyazqul xan Türkməniyə mürid olub, 4 il xidmət etmiş və sonrasında icazə almışdır. Burada müxtəlif alimlərlə təmaslar qurmuş və zəngin kitabxanalardan faydalanmışdır. Bu onun sxolastik din anlayışınına tənqidi yanaşmasını təmin etmişdir. Təhsilini tamamladıqdan sonr Kursaya dönərək müdərrislik etmişdir. 1807-ci ildə təkrar Buxaraya getmiş və burada fikirləri tanınmağa başlamışdır. Yenilikçi fikirlərinə görə dinsizlik və zındıqlarda ititham edilmişdir.