Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kurşirmat
Şir Məhəmməd bəy Qazi (özb. Shermuhammadbek Gʻoziy) rusdilli mənbələrdə Kurşirmat (özb. Koʻrshermat) ləqəbi altında qeyd olunur — Basmaçı hərəkatının üzvü, mühacir olaraq, 1923-cü ildən bəri Abver ilə işləyən Union qurumun başçısı idi. == Həyatı == Şir Məhəmməd bəyin babası, Abdurəhim bəy Kokand xanlığının son xanlardan biri olan Xudoyar xanın bəyi və bir müddət onun vəziri idi. Xanlığın ləğv olunmasından sonra, o Mərğilanın Qumarıq qışlağında qalırdı. Şir Məhəmməd bəyin atası, Quşaqboy xoca Qumarığın əmini idi. O, 1915-ci ildə İstanbulda, həccdən qayıdarkən dünyasını dəyişib. Şir Məhəmməd özü cavanlığında mirab idi, yəni arxlardaki suyu idarə edirdi. O, uşaqlığında və ya cavanlığında bir göz xəstəliyi yaşadığına görə həmişə günəş eynəkləri taxırdı. Buna görə ona Korşirmat ləqəbi verilib.