Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dakar
Dakar — Seneqalın paytaxtı. Seneqalın payataxtında çoxlu universitetlər, mədəniyyət mərkəzləri, muzeylər fəaliyyət göstərir. Dakar Rəssamlıq muzeyi şəhərin qürur mənbəyidir. Qore adasındakı Tarix muzeyi də diqqətəlayiqdir. Paytaxtda Qərbi Afrikanın ən böyük mədəniyyət mərkəzləriondən biri Daniel Sorano Teatrı fəaliyyət göstərir.
Kabar
Kabar — Xəzər tayfalarının tərkibinə daxil olan tayfa. Kabar tayfasının adı əsasında yaranmış etnotoponimlər Azərbaycan və indiki Ermənistan ərazisində kifayət qədər yayılmışdır. Bu tayfa haqqında ilk məlumatı Konstantin Baqranarodnı vermişdir. O, bu tayfanın xəzərlərdən çıxdığını bildirmişdir. Q.Qeybullayev bu etnonimin tərkibində ar sözünü ayırır. ar(ər) türk sözü kişi, ər, qəhrəman mənasındadır. Kabarlar Azərbaycanda kabarli və ya kəbirli adları altında yaşamışlar. Onların yaşadığı əsas areallardan biri də Qarabağ olmuşdur. Azərbaycanda Balakən və Tərtər rayonlarında Kəbirli adlı iki kənd vardır. Ermənistanın yeni Bəyazid uyezdində Kalar, Şərur-Dərələyəzdə Kəbirli (Kəbirlidağ), Dağlıq Qarabağda X1X əsrdə Kabirli –qışlaq adı, Kabarrı yeri toponimləri qeydəalınmışdır.
Kakao
Kakao ağacı (lat. Theobroma cacao) — əməköməcikimilər fəsiləsinin teobrom cinsinə aid bitki növü.
Kakau
Klavdemır Ceroynımo Alfredo Bereto (Kakau) (d. 27 may 1981, San Paulo, Braziliya) — Hücumçu Alman Futbolçu.
Sakar
Sakar — Türkmənistan Respublikasının Lebap vilayətində şəhər tipli qəsəbə, Sakar etrapının inzibati mərkəzi. Yaşayış məntəqəsinin adı etnotoponimdir və burada məskun olan Sakar tayfasının adından yaranmışdır. Qəsəbənin təxminən 1 km qərbindən Türkmənabad – Atamurad avtomobil şossesi keçir, 10 km şimal-şərqində isə Ceyhun çayı axır. Qəsəbə ölkənin paytaxtı Aşqabaddan 700 km, vilayətin inzibati mərkəzi Türkmənabaddan isə 20 km uzaqlıqda yerləşir.
Akar
Makartur evkalipti (lat. Eucalyptus macarthurii) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Təbii yayılması == Növün nümayəndələri Uels ştatının Cənub-şərq hissəsində, Şimali-Şərqi Avstraliyada dəniz səviyyəsindən 600-700 m hündürlükdə yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 45 m-ə çatan, şaxələnmiş, sıx çətirli ağacdır. Qabığı kobud, bəzən pulcuqvari, sınan, yaşlılarda çox qalın və dərin şırımlı, qopub töküləndir. Cavan yarpaqları qarşı-qarşıya düzülüşlü, oturaq, neştərvari, açıq yaşıl rəngli, uzunluğu 2,5-8,5 sm, eni 1-4,5 sm, açıq yaşıl, bəzən göyümtüldür. Çoxillik yarpaqları növbəli, parlaq, saplaqlı, ensiz-neştərvari və ya oraqvari olub, uzunluğu 9-30 sm, eni 1-2,5 sm-ə çatır, qısa, ucu bizdir. Çiçək çətirləri 4-8 çiçəkli olmaqla qoltuqda yerləşir, çiçək saplaqları 5-12 mm uzunluqda, yumru və ya bir az künclü, qönçələri oturaq, silindrik və ya yumurtavari olub, uzunluğu 10 mm, diametri 5 mm, parlaq, künclü, konusvari qapaqlı, uzunluğuna görə kasacıq borucuğuna bərabərdir. Meyvələri ayaqda, yarımşarşəkilli olub, uzunluğu 5 mm, diametri 6 mm, xırda diskli və 3-4 qısa, qabarıq laylıdır. Abşeronda aprel-iyul aylarında çiçəkləyir.
Kaka
Kaka (port. Kaká; Portuqalca tələffüz: [[Beynəlxalq fonetik əlifba|[hiˈkaɾdu iˈzɛksõ duˈsɐ̃tus ˈlejt͡ʃi]]]; tam adı Rikardo İzekson dos Santos Leyte port. Ricardo Izecson dos Santos Leite; 22 aprel 1982[…], Qama[d], Federal dairə, Braziliya — braziliyalı futbolçu, Orlando Siti klubunun yarımmüdafiəçisi. Kakanın futbol karyerası 8 yaşında yerli klubların birində başlayıb. Uşaqkən tennis ilə məşğul olub, amma San-Paulu futbol komandası ilə 15 yaşlılar üçün nəzərdə tutulmuş müqaviləni bağlayandan sonra, o, futbolu gələcək sənəti seçdi. 2003-cü ildə İtaliyanın Milan klubu 8,5 milyon avro müqabilində onu transfer etdi. Milandaki karyerası ərzində İtaliya A Seriyasını və Çempionlar Liqasını qazanmışdır, 2007-ci ildə o, FİFA-nın İlin Oyunçusu və Ballon d'Or mükafatlarını almışdır. Milandaki uğurlu çıxışından sonra Kaka 65 miliyon avro müqabilində Real Madridə keçdi. O vaxt üçün bu futbol tarixinin ən bahalı (avro) ikinci transferi idi, yalnız 75 milyonluq Zinəddin Zidandan geridə qalırdı. İspaniyada dörd mövsümdən sonra Kaka 2013-cü ildə bir sezonluq Milana qayıtdı və Milanın formasında özünün 100-cü qolunu vurmağa bacardı.
Adi kakao
Kakao — Azərbaycanda qida qəbulundan (əsasən səhər və nahar yeməyindən) sonra, eləcə də soyuq havalarda, müxtəlif məclislərdə, qonaq qəbul edildikdə və başqa şadyanalıqda qəbul edilən içki. == Tərkibi == Bu içkidən 1 litr hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır: kakao tozu – 40–50 q, şəkər tozu – 120–150 q, su – 600–900 ml. == Hazırlanma qaydası == Kakao tozu və şəkər qazana tökülüb ciddi qarışdırılır, sonra üzərinə 100–150 ml qaynayan su əlavə edibilib bircininsli kütlə alınana qədər qarışdırılır. Qarışdırmanı dayandırmadan az- az qaynar süd əlavə edilir və qaynayana qədər qızdırlır.
Dakar dairəsi
Dakar meydanı və ya Dakar dairəsi — Bakı şəhərində yerləşən meydanlardan biri. "Neftçilər" metrostansiyasının yaxınlığında, Rüstəm Rüstəmov küçəsi və Qara Qarayev prospektinin kəsişməsində yerləşir. Bakı sakinləri onu daha çox "Neftçilər dairəsi" kimi tanıyırlar. Meydan, Bakı ilə qardaşlaşmış şəhər olan Seneqalın paytaxtı, Dakar şəhərinin şərəfinə adlandırılmışdır. İki şəhər 1967-ci ildə qardaşlaşmışlar. 1987-ci ilin sentyabrında Dakar şəhərinin əsasının qoyulmasının 100 illiyi münasibətilə Dakar şəhər bələdiyyəsinin nümayəndə heyəti Bakıda səfərdə olmuş və Dakar meydanına baş çəkmişdir. Meydanın mərkəzində mozaikalarla, göyərçin və salamlaşma təsvirləri ilə bəzədilmiş türbəşəkilli abidə, şərq tərəfində isə iki şəhərin gerblərini əks etdirən və fransızca "Cités Unies" (azərb. "Qardaşlaşmış şəhərlər"‎) sözləri yazılmış mozaikalı panno yerləşir.
Dakar meydanı
Dakar meydanı və ya Dakar dairəsi — Bakı şəhərində yerləşən meydanlardan biri. "Neftçilər" metrostansiyasının yaxınlığında, Rüstəm Rüstəmov küçəsi və Qara Qarayev prospektinin kəsişməsində yerləşir. Bakı sakinləri onu daha çox "Neftçilər dairəsi" kimi tanıyırlar. Meydan, Bakı ilə qardaşlaşmış şəhər olan Seneqalın paytaxtı, Dakar şəhərinin şərəfinə adlandırılmışdır. İki şəhər 1967-ci ildə qardaşlaşmışlar. 1987-ci ilin sentyabrında Dakar şəhərinin əsasının qoyulmasının 100 illiyi münasibətilə Dakar şəhər bələdiyyəsinin nümayəndə heyəti Bakıda səfərdə olmuş və Dakar meydanına baş çəkmişdir. Meydanın mərkəzində mozaikalarla, göyərçin və salamlaşma təsvirləri ilə bəzədilmiş türbəşəkilli abidə, şərq tərəfində isə iki şəhərin gerblərini əks etdirən və fransızca "Cités Unies" (azərb. "Qardaşlaşmış şəhərlər"‎) sözləri yazılmış mozaikalı panno yerləşir.
III Bakar
III Bakar (7 aprel 1699 – 1 fevral 1750, Moskva) — Kartli çarı. VI Vaxtanqın oğlu. 1716–1719-cu illər arası atasının yerinə hökmdarlıq etmişdi. 1717-ci ildə Şah Sultan Hüseyn Səfəvi tərəfindən ona tac və qılınc göndərilmişdi. Həmin il müsəlman olaraq Şahnəvaz adını aldı və Azərbaycan general-qubernatorluğuna gətirildi. Osmanlı ordusunun işğalından sonra 1724-cü ilin iyulunda Rusiyaya köçmüşdü. 1743-cü ildə Moskvada gürcü dilində İncil çap etdirmişdi. Bakar Vaxtanqoviç Qruzinski kimi də tanınırdı. 1750-ci ildə Moskvada vəfat etdi.
Kakao (içki)
Kakao — Azərbaycanda qida qəbulundan (əsasən səhər və nahar yeməyindən) sonra, eləcə də soyuq havalarda, müxtəlif məclislərdə, qonaq qəbul edildikdə və başqa şadyanalıqda qəbul edilən içki. == Tərkibi == Bu içkidən 1 litr hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır: kakao tozu – 40–50 q, şəkər tozu – 120–150 q, su – 600–900 ml. == Hazırlanma qaydası == Kakao tozu və şəkər qazana tökülüb ciddi qarışdırılır, sonra üzərinə 100–150 ml qaynayan su əlavə edibilib bircininsli kütlə alınana qədər qarışdırılır. Qarışdırmanı dayandırmadan az- az qaynar süd əlavə edilir və qaynayana qədər qızdırlır.
Kakao ağacı
Kakao ağacı (lat. Theobroma cacao) — əməköməcikimilər fəsiləsinin teobrom cinsinə aid bitki növü.
Kakao tozu
Kakao – toxumundan şokolad yağı alınan tropik ağacın yerdə qalan jmıxının üyüdülməsindən alınan tozşəkilli un. Kakao içkisini kakao tozundan hazırlayırlar. Kakao paxlasından yağ aldıqdan sonra (bu yağ şokolad və şokolad məmulatı istehsalında istifadə olunur) yerdə qalan jmıx üyüdülür və kakao tozu əldə edilir. Çay və qəhvəni tərkibində alkoloid kofein vardır. Kakaoda isə teobromin maddəsi vardır ki, bu da ürək – damar və əsəb sisteminə oynadıcı təsir göstərir. Süd, qaymaq və başqa xammalların qatılması içkinin qidalılıq dəyərini artırır. Kakao tozundan adi kakao, südlü kakao, qatılaşdırılmış südlə kakao və digər içkilər hazırlanır.
Kanar Adaları
Kanar adaları — Mərakeşin qərbində İspaniyaya bağlı, Atlantik okeanında iştirak edən arxipelaq. Vulkan məşəlli arxipelaqdır. Afrika qitəsinin 100 km qərbində iştirak edər. Əhalisi 1.438.686 (1986), sahəsi 7.273 km²-dir. Kanar adaları rəhbərlik baxımından iki İspan eli arasında paylaşılar: Santa Kruz de Tenerife və Las Palmas. Tenerife, Böyük Kanar, Fuerteventura, Lanzarote, La Palma, La Gomera və El Hierro olmaq üzrə başlıca 7 ada ilə bir neçə kiçik adacıqdan meydana gələr. == Tarix == Köhnə çağda Hesperides, Roma dövründə Fortunatae adlarıyla xatırlanan adalar 1402 də Jean da Bethencourt tərəfindən fəth edildi. Portuqaliyalılar ilə İspanlar arasındakı çəkişmələrə mövzu olan ada 1479 da Alçaçova Andlaşmasıyla İspanlara keçdi. Buna qarşı qiyam qaldıran adanın yerli xalqı Guancheler İspanlarca qətl edildi. 1902də Afrika xalqlarının dəstəyində İspanlara qarşı başlayan qiyam da qanlı bir şəkildə basdırıldı.
Kanar cərəyanı
Kanar cərəyanı— Şimali Atlantik sprilvari hərəkətinin bir hissəsi olub, soyuq okean cərəyanıdır. Bu cərəyanın şərq sərhədləri Şimali Atlantik cərəyanının cənubundan keçir və cənub-qərbə doğru Seneqala qədər axır, sonra Atlantik Şimali Ekvatorial əks cərəyanına birləşir. Cərəyan adı Kanar adalarının adıyla adlandırılmışdır. Arxipelaq Kanar cərəyanının hərəkətını qismən əngəlləyir (Gyori, 2007). Bu geniş və yavaş hərəkət edən cərəyanın Mərakeşin qərb sahilləri boyunca erkən Fenikiya naviqasiyasında və məskunlaşmada istifadə edildiyi düşünülür. Antik Fenikelilər yalnız bu cərəyan zona daxilində bir çox balıqçılığı istismar etməklə kifayətlənmədilər, eyni zamanda dəniz gastropod murex növündən Tyrian bənövşəyi boya çıxarmaq üçün bugünkü Essaouira şəhərində olan Iles Purpuraires-də bir zavod qurdular. == Həmçinin bax == Kanar adaları Folklend cərəyanı Braziliya cərəyanı Labrador cərəyanı == Ədəbiyyat == Ansa-Emmin, M. (1982) Fisheries in the CINECA region. Rapp. P.-v. Reun.
Kanar finiki
== Təbii yayılması == Kanar adalarıdr.Bu növ Aralıq dənizyanı ölkələrin quru subtropik bölgələrində, Şimali Afrikada da geniş yayılmışdır. == Botaniki təsviri == Təbiətdə bitkinin hündürlüyü təxminən 10–15 m-ə çatır. Yarpaqları kənarlara yayılmış, ensiz lələkvari, iridir , uzunluğu 30- 200 sm-ə çatan, bir az əyilmiş, göyümtül-yaşıl rənglidir.Yaşlı nüsxələrinin yarpaqlarının sayı 50-yə çatır, ikievlidir. Uzunluğu 1-2 sm olan saplaqları möhkəm iynələrlə örtülmüşdür.Toxumla çoxaldılır. == Ekologiyası == Rütubətsevəndir.Quraqlıqda yarpaqların ucları qonurlaşır. == Azərbaycanda yayılması == Azərbaycanın rütubətli subtropik zonalarında, xüsusilə Abşeron , Lənkəran, Astara bölgəsində palmanın bu növü mədəni şəraitdə becərilir. Mərdəkan dendrarisində həm erkək, həm də dişi nüsxələri vardır. == İstifadəsi == Bu növ il ərzində dekorativ görünüşlü olur. Meyvələri təzə halda qidad istifadə edilir.Tərkibində 70%-ə qədər şəkər vardır.Cavan bitkilər hər il, 5 yaşından yuxarı bitkilər isə lazım olduqda köçürülür. == Məlumat mənbələri == Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Kanar çəkçəkisi
Kanar çəkçəkisi (lat. Saxicola dacotiae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin çəkçəki cinsinə aid heyvan növü.
Kanar şamı
Vətəni Kanar arxipelaqı adalarıdır. Dekorativ ağacdır. Dünyanın digər şamlarından iynələrinin uzunluğu və yarpaq qoltuğunda 2 deyil, 3 iynəyarpağın olması ilə fərqlənir. Hündürlüyü 25 m-ə çatır. Düzdayanan budaqlı gövdəsi sarıdır, qabığının üzərində çatlar var. Parlaq, yaşıl iynəyarpaqlarının uzunluğu 30 sm-dir. Qozalar ovaldır. Tüzböyüyən və quraqlığadavamlı ağac növüdür. Kanar şamının oduncağı çox möhkəm və odadavamlıdır, ona görə qiymətli inşaat və bəzək materialıdır. Bu ağacın oduncağından düzəldilən eyvanlar çürümür və yanğına davamlıdır.
Kaçkar dağları
Kaçkar dağları (türk. Kaçkarlar və ya türk. Kaçkar Dağları) - Türkiyədə sıra dağlar.
Makar adası
Makar adası — Laptevlər dənizində, Yana çayının deltasında yerləşir. Sahildən 30 km aralıda yerləşir. Ən yaxın quru parçası Şelonskiye adalarıdır (21 km). İnzibati cəhətdən Yakutiya ərazisinə daxildir.
Ralli Dakar
Ralli Dakar (qısaca "Dakar"; köhnə adıyla "Paris Dakar Rallisi", bu an "Lissabon Dakar Rallisi"), Amaury Sport Organisation tərəfindən hər il təşkil edilən prestijli yol xarici yarış. Yarış həvəskar və peşəkar yarışçılara açıqdır, həvəskarlar ümumi iştirakın 80 %-ini meydana gətirməkdədir. Adına baxmayaraq, bir rallidən çox yol xarici dayanıqlılıq yarışmasıdır. Parkur, çox pis vəziyyətdəki yollar və ya yol olmayan sahələrdən keçməkdə, yarışan vasitələr də rallilərdəki dəyişdirilmiş sedanlar yerinə gerçək yol xarici vasitələrindən seçilməkdədir. Şəxsi etapların çoxu yol xarici, qumluqlar, palçıqlı sahələr, qayalıqlar kimi yerlərdə aparılır. Hər etapda qət edilən yol bir neçə kilometr ilə bir neçə yüz kilometr arasında dəyişir. Ən uzun etap 800 Km.den arıqdır. 17 etapdan ibarətdir. Müsabiqə macəra axtaranlar üçün tapılmaz bir fürsət kimi görünsə də, bir çox təhlükələr və qəzaları da gözə almaq lazımdır. Müsabiqə başladığı 1978-ci ildən bu yana 30 il içərisində 56 adam həyatını itirmiş, bir çox insan da şikəst olmuşdur.
Sakar etrapı
Sakar etrapı (türkm. Sakar etrapy) — Türkmənistan Respublikasının Lebap vilayətində inzibati-ərazi vahidi. Etrapın inzibati mərkəzi şəhər tipli Sakar qəsəbəsidir.
Stefan Kakaş
Stefan Kakaş (alm. Stefan Kakasch‎; 1565, Kluj-Napoka – 25 oktyabr 1603 və ya 25 oktyabr (4 noyabr) 1603) — alman diplomatı, səfir. == Həyatı == Səfəvi diplomatı Hüseynəli bəy Bayatın Almaniyaya səfərindən sonra imperator II Rudolf (1552-1612) Osmanlı dövlətinə qarşı I Şah Abbasla danışıqlar aparmaq məqsədi ilə onu Səfəvilər dövlətinə göndərmişdi. Kakaşın başçılıq etdiyi səfirlik Moskva-Volqa-Xəzər yolu ilə 1603-cü il avqustun 8-ində Lənkərana çatdı. Kakaş Lənkəranda öldü və səfirliyə Tektander başçılıq etdi.
Südlü kakao
Südlü kakao — Azərbaycanda qida qəbulundan (əsasən səhər və nahar yeməyindən) sonra, eləcə də soyuq havalarda, müxtəlif məclislərdə, qonaq qəbul edildikdə və başqa şadyanalıqda qəbul edilən içki. == Tərkibi == Bu içkidən 1 litr hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır: == Hazırlanma qaydası == Kakao tozu və şəkər qazana tökülüb ciddi qarışdırılır, sonra üzərinə 100–150 ml qaynayan su əlavə edibilib bircininsli kütlə alınana qədər qarışdırılır. Qarışdırmanı dayandırmadan az-az qaynar süd əlavə edilir və qaynayana qədər qızdırlır. Kakao içkisini fincanlarda və ya altılıqlı stəkanlarda süfrəyə verirlər. Stəkana çalınmış qaymaq və ya yumurta sarısı əlavə etmək olar. Bu məqsədlə bir ədəd pəhriz yumurtasının sarısı 4–5 ç. q. toz-şəkərlə çalınır və hər stəkana 2–3 çay qaşığı yumurta çalıntısı əlavə edilib qarışdırlmadan süfrəyə verilir. Bu içki Varşavasayağı kakao adlanır.