Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Beovoz
Beovoz — Belqradda mövcud olan, paytaxtın mərkəzini şəhər ətrafı şimal, qərb və cənub hissələri ilə birləşdirən dəmiryolu şəbəkəsi. Dəmiryolu şəbəkəsinin sahibi Serbiya Dəmir Yolları şirkətidir. == Tarixi == Belqrad dəmiryol qovşağının yenidən qurulmasına 1971-ci ildən başlanılmışdır. 1977-ci ildən başlayaraq isə mərkəzi hissədə 10 km uzunluğunda tikinti başlamış və bir neçə tünel belə inşa edilmişdir. 1984-cü ildən Bataynisa - Beoqrad Sentar xətti istifadəyə verilir. Ancaq rəsmi açılış 1992-ci ildə gerçəkləşdirilir. Bu zaman şəhər mərkəzində tunelin açılması və üç istiqamətdə elektrik qatarları istifadəyə verilmişdir: qərbdə Batainitsa, şimaldan Pançevo və Belqradın cənubundakı Resnik. Operativ idarəetmə mərkəzi Belqrad-Senter stansiyasında («Prokop» kimi tanınır) yerləşir. Bu vağzalın tikintisi hələ də tam olaraq bitməmişdir. Bu stansiya təkcə daxili deyil həm də beynəlxalq reysləri də qəbul etməli idi 7 iyul 1995-ci ildə Pancev Körpüsü stansiyasına gedən ən uzun tuneldə 2 yeraltı stansiya açılmışdır Xətlərdə əsasən Riqa Vaqonqayırma Zavodunda istehsal edilən ЭР31, ЭР35 elektrik qatarları və üç qapılı vaqonlardan istifadə edilir.
Lenovo
Lenovo LTD (çin. 联想集团有限公司, ing. Lenovo Group Limited) — Pekində təsis edilmiş müasir kompüter texnologiyaları istehsal edən şirkət. Şirkət kompüter, notbuk, smartfon, planşet və s. müasir texnoloji avadanlıqlar istehsalı ilə məşğuldur. Lenovo 2018-ci ildə dünyanın ən böyük kompüter istehsalçısı oldu. Şirkət, 60-dan çox ölkəd fəaliyyət göstərir və məhsullarını 160-dan çox ölkədə satır. Lenovo 1984-cü ildə Legend adı altında Pekində qurulmuş, 1988-ci ildə isə Honq-Konqa köçmüşdür. == Tianxi modeli == Tianxi kompüteri, təcrübəsiz Çin istehlakçılarının kompüterdən istifadə etməsini və internetə çıxmasını asanlaşdırmaq üçün nəzərdə tutulmuşdur. Ən vacib xüsusiyyətlərindən biri, istifadəçiləri İnternetə anında bağlaya bilməsi və veb brauzer ilə işləyə bilirdi.
Lesoto
Lesoto (soto. Lesotho; ing. Lesotho) və ya rəsmi adı ilə Lesoto Krallığı (soto. 'Muso oa Lesotho; ing. Kingdom of Lesotho) — Afrikanın cənubunda anklav dövlət. Lesoto dörd tərəfdən Cənubi Afrika Respublikası ilə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Maseru şəhəri, ümumi sahəsi 30,355 kvadrat kilometrdir. Lesoto həm də Vatikan və San-Marino ilə yanaşı, ərazisi tamamilə başqa bir ölkənin ərazisi ilə əhatə olunmuş üç müstəqil dövlətdən biridir. == Etimologiya == Soto (suta) milləti etnonimindən yaranıb, soto dilidə danışan insanların ölkəsi mənasını verir. Müstəqilliyin qazanıldığı 1966-ci ilə qədər istifadə edilən Basutoland isə Basotoluların yaşadığı ölkə mənasını verirdi == Tarixi == 1868-1966-cı illərdə Böyük Britaniyanın protektoratı olmuşdur.