Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Domovoy
Domovoy (rus. Домово́й) slavyan xalqları arasında ev ruhu, mifoloji sahibkar olub evi, ailə həyatını, məhsuldarlığı, insanların və heyvanların sağlamlığını təmin edir. == Mənşəyi == Pis ruhların mənşəyi ilə bağlı əfsanələrə əsasən, Allahın cəza olaraq yer üzərinə atdığı mələklər hansı ki evlərə düşürdü domovoy olurdu. Adətən domovoy mərhum ailə üzvü hesab olunurdu. Bəzən onun tanrı tərəfindən yaradıldığı və hər evə göndərildiyinə inanılırdı. Həmçinin Serbiya və Bolqarıstan arxeoloji qazıntılarına əsasən ölən insanları sonradan qurbanlıq heyvanlar əvəz edirdi ki, onlar domovoy adlandırılırdı. == Görünüş == Domovoy əsasən evin sahibi və ya sahibəsi hesab olunurdu. Görünüşündə heyvan xüsusiyyətləri təsvir olunurdu -uzun dik qulaqlar (və ya qulaq), saçla örtülmüş (ev sahibinin saçı rəngində) və uzun dırnaqlar. Onun geyimi evin varlı və ya kasıb olmasını göstərirdi. Geyimi zipun və ya mavi kaftan, ağ və ya qırmızı köynək ilə bir kəmərdən ibarət idi.
Sotbovoy (ada)
Stolbovoy adası — Yeni Sibir adalarının cənub-qərbində yerləşir. Sahillərini Laptevlər dənizi yuyur. İnzibati cəhətdən Yakutiya ərazisində yerləşir. Ada Ust-Lenski qoruğu ərazisinə daxil edilmişdir. Sahəsi 170 km²-dir. Skalistiy burnunundan Povorotnıy burnuna qədər məsafə 46 km-dir. Ən minimal eni 10 km təşkil edir. Ada əsasən qranitdən təşkil olunmiuşdur. Ən hündür nöqtəsi 222 metr təşkil edir. Bəzi yerlərdə hündürlüyü bəzi yerlərdə 100 metri keçir.
Vasili Lanovoy
Vasili Semyonoviç Lanovoy (16 yanvar 1934, Moskva – 28 yanvar 2021, Moskva) — rus aktyoru. SSRİ xalq artisti (1985). Lenin mükafatı laureatı (1980). == Həyatı == Va­si­li La­no­voy 1934-cü il yan­va­rın 16-da dün­ya­ya göz açıb, uşaq­lıq il­lə­ri ba­cı­la­rı Va­len­ti­na və Lyud­mi­la ilə va­li­deyn­lə­ri­nin ça­lış­dı­ğı za­vo­dun ya­taq­xa­na­sın­da ke­çib. Bir də­fə Va­si­li dos­tu Vo­lod­ya ilə gəz­mə­yə ge­dir­lər. Yol­da afi­şa­da oxu­yur­lar ki, Pio­ner­lər sa­ra­yın­da Mark Tve­nin “Tom So­yer” ta­ma­şa­sı gös­tə­ri­lir. Dost­lar ta­ma­şa­ya bax­ma­ğa ge­dir­lər. Gö­rür­lər ki, ta­ma­şa­da oy­na­yan­la­rın ha­mı­sı on­la­rın həm­ya­şıd­la­rı­dır, qə­ra­ra gə­lir­lər ki, on­lar da akt­yor ol­sun­lar. Te­atr rəh­bə­rin­dən xa­hiş edir­lər ki, on­la­rın da ad­la­rı­nı dər­nə­yə yaz­sın. Be­lə­lik­lə, Va­si­li sə­nət alə­mi­nə qə­dəm qo­yur.
Vladimir Roqovoy
Vladimir Abramoviç Roqovoy (rus. Владимир Абрамович Роговой) — rus kinematoqrafçısı, rejissor və film direktoru. == Həyatı == Vladimir Abramoviç Roqovoy 5 fevral 1923-cü ildə Ukraynanın Kiyev şəhərində anadan olmuşdur. Roqovoy 1950-ci ildə ÜDKİ-nin iqtisadiyyat fakültəsini bitirmişdir. O, müxtəlif filmlərin direktoru olmaqla yanaşı, Mark Donskoy, İsidor Annenski, İlya Frez kimi kinorejissorların filmlərində ikinci rejissor vəzifəsində çalışmışdır. 1966-1968-ci illərdə "Belarusfilm" kinostudiyasının rejissoru olmuşdur. Daha sonra isə 1968-ci ildən Maksim Qorki adına kinostudiyanın quruluşçu rejissoru kimi işləmişdir. Vladimir Abramoviç Roqovoy 20 fevral 1983-cü ildə Moskva şəhərində vəfat etmişdir. == Filmoqrafiya == Boşboğaz (film, 1978) / rus.