Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kerol Lombard
Kerol Lombard (ing. Carole Lombard) — ABŞ aktrisası.
Lombard Liqası
Lombard İttifaqı və ya Lombard Liqası — təxminən 1167-ci ildə İtaliyanın şimalındakı Milan, Piacenza, Cremona, Mantua, Berqamo, Brescia, Boloniya, Padova, Treviso, Vicenza, Verona, Lodi və Parma da daxil olmaqla demək olar ki, bütün şəhərlərin, o cümlədən Markiz Malaspina və Ezzelino da Romano kimi Lordların da iştirak etdiyi siyasi və hərbi ittifaqdır. İttifaq Müqəddəs Roma İmperatorluğunun imperatoru I Fridrixin imperiyanın nüfuzunu və gücünü bütün İtaliyaya yaymaq cəhdlərinin qarşısını almaq üçün ona qarşı bir reaksiya olaraq yaradılmışdır. 1158-ci il Roncaglia dietinə əsaslanaraq, I Frederik İtaliya üzərində birbaşa imperiya nəzarəti olduğunu iddiasını etmişdir. İttifaq eyni zamanda özü də İtaliyada mərkəzləşmiş imperator hakimiyyətinin əleyhdarı olan Roma Papası III Pavel tərəfindən dəstəklənirdi. 29 may 1176-cı ildə baş vermiş olan Leqnano döyüşündə Fridrix məğlub oldu və müharibədən sonra bağlanmış Venesiya Sülhü ilə 1177-ci ildən 1183-cü ilə qədər davam etmiş olan altı illik atəşkəsə razılaşmışdır. 1183-cü ildə imzalanmış olan İkinci Konztanz Müqaviləsi ilə İtaliya şəhərləri imperiyaya sadiq qalmağa razılaşdılar, lakin öz torpaqları üzərində yerli hökumət hakimiyyətini də saxladılar. 1226-cı ildən Lombard İttifaqı, II Fridrixin İtaliyada ən qüdrətli gücə çevrilmək səylərinin artması ilə, əvvəlki prestijli günlərində olduğu kimi bir neçə dəfə yenidən yaradılmışdır. Viçenzanın tutulması və Kortenuevo döyüşü ilə imperatorun bacarıqlı bir strateq kimi nüfuzu artdı. O, Milanın bütün sülh təkliflərini rədd edərək və onların qeyd-şərtsiz təslim olmasını tələb etməklə öz gücünü səhv qiymətləndirdi. II Fridrixin nifrətinin onun mühakiməsini zəhərləməsi və bütün mümkün sülh müqavilələrini rədd etməsi ciddi tarixi əhəmiyyətə malik bir məqamdır.
Lombard dili
Lombard dili Roman dillərinin Qallo-italik qrupuna aid olan dildir. Şimali İtaliya (Lombardiyanın çox yerlərində və qonşu rayonların bəzi yerlərində, xüsusilə Pyemontun şərq tərəfində)və Cənubi İsveçrə (Tisino və Qraubünden)də yerli olaraq danışılır. Iki əsas növü var: Qərbi lombard dili, Şərqi lombard dili.
Alzano Lombardo
Alzano Lombardo (it. Alzano Lombardo) — İtaliyada, Lombardiya bölgəsində Berqamo əyalətinin inzibati mərkəzinə tabe olan bir şəhərdir. Əhalisi 12 065 nəfər, əhali sıxlığı — 898 nəfər / km². sahəsi 13.43 km² ərazini əhatə edir. Poçt kodu — 24022. Telefon kodu — 00035. Müqəddəs Turlu Martin şəhərin hamisi sayılır. Şəhər festivalı hər il 11 noyabrda qeyd olunur.
Dana Lombardi
Dana Lombardi (ing. Dana Lombardy) — ABŞ oyun dizayneri. Əsas olaraq masa oyunları üzərində işləmişdir . == Karyera == Dana Lombardi 1979-cu ildə ilk dəfə satışa çıxarılmasından bəri üç ayrı buraxılışla nəşr olunan "Streets of Stalingrad" masa döyüş oyununu dizayn etmişdir. O həmçinin, "History Channel" telekanalının "Silah nağılları" verilişi kimi müxtəlif televerilişlərdə çıxışları ilə tanınır. Lombardi bir çox kitab, oyun və jurnalda redaktor, kartoqraf, qrafika rəssamı və dizayner kimi işləmişdir. O, 1996-cı ildən 2000-ci ilə qədər "Napoleon Journal" jurnalının naşiri vəzifəsində çalışmışdır.
Dave Lombardo
Devid Lombardo (ing. David Lombardo; d. 16 fevral 1965, Havana) — Kuba əsilli amerikan zərbçisi, əsasən treş metal qrupu Slayer-in üzvü və yaradıcılarından biri kimi tanınır. O, bu qrupun 9 albomunda ifa etmiş, həmçinin, Testament, Grip Inc., Fantômas, Suicidal Tendencies kimi qruplarla da albom qeydə almışdır. Bundan əlavə, o, Misfits qrupunun canlı konsertlərində ifa etmişdir. Lombardonun karyerası 40 ilə yaxın bir dövrü əhatə edir. Bu zaman ərzində o, 29 müxtəlif janrda buraxılışlarda iştirak etmiş, lakin əsasən, hevi metal zərbçisi kimi tanınmışdır. Onun ifa sənəti "heyran edici dərəcədə yenilikçi" adlandırılmışdır. Drummerworld ensiklopedik saytı onu "Zərb alətlərinin qoşa basının Xaç atası" adlandırmışdır. Lombardonun metal üslubuna ciddi təsirləri olmuş, müasir metal zərbçilərini, xüsusən də treş və det metal barabançılarını ilhamlandırmışdır.
Deyv Lombardo
Devid Lombardo (ing. David Lombardo; d. 16 fevral 1965, Havana) — Kuba əsilli amerikan zərbçisi, əsasən treş metal qrupu Slayer-in üzvü və yaradıcılarından biri kimi tanınır. O, bu qrupun 9 albomunda ifa etmiş, həmçinin, Testament, Grip Inc., Fantômas, Suicidal Tendencies kimi qruplarla da albom qeydə almışdır. Bundan əlavə, o, Misfits qrupunun canlı konsertlərində ifa etmişdir. Lombardonun karyerası 40 ilə yaxın bir dövrü əhatə edir. Bu zaman ərzində o, 29 müxtəlif janrda buraxılışlarda iştirak etmiş, lakin əsasən, hevi metal zərbçisi kimi tanınmışdır. Onun ifa sənəti "heyran edici dərəcədə yenilikçi" adlandırılmışdır. Drummerworld ensiklopedik saytı onu "Zərb alətlərinin qoşa basının Xaç atası" adlandırmışdır. Lombardonun metal üslubuna ciddi təsirləri olmuş, müasir metal zərbçilərini, xüsusən də treş və det metal barabançılarını ilhamlandırmışdır.
Limbarda
Limbarda (lat. Limbarda) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Limbarda crithmoides (L.) Dumort. Limbarda crithmoides subsp. longifolia (Arcang.) Greuter Limbarda salsoloides (Turcz.) Ikonn.
Lumbar
Tibb elmində L2 adı ilə qeyd edilmiş olan və ayrıca olaraq “İkinci Bel” olaraq da tanınan bədənin bir parçası. Epidural anesteziyada “uyuşan” (ağrı hissi ortadan qalxan) bölgələr T10 (onuncu döş qəfəsi (Thoracal) fəqərəsi) - bu L2 (ikinci bel (Lumbar) fəqərəsi) arasında qalmış olan dermatom bölgələrdir.
Frank Lampard
Frenk Ceyms Lempard (20 iyun 1978[…], Romford[d], Böyük London) — keçmiş peşəkar futbolçu. Futbolçu kimi, "Çelsi" klubunun bütün zamanlar üzrə ən yaxşı oyunçularından biri sayılmaqla yanaşı, o həm də öz dövrünün ən yaxşı yarımmüdafiəçilərindən hesab olunur.
Frenk Lempard
Frenk Ceyms Lempard (20 iyun 1978[…], Romford[d], Böyük London) — keçmiş peşəkar futbolçu. Futbolçu kimi, "Çelsi" klubunun bütün zamanlar üzrə ən yaxşı oyunçularından biri sayılmaqla yanaşı, o həm də öz dövrünün ən yaxşı yarımmüdafiəçilərindən hesab olunur.
Limbarda salsoloides
Qarağanabənzər limbarda (lat. Limbarda salsoloides) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin limbarda cinsinə aid bitki növü.
Lumbarda Psefizması
Lumbarda Psefizması (Lumbardiya dekreti-psefizamı da adlanır) — Xorvatiyanın ada şəhəri Korçulada qədim yunan məskənlərinin yaranmasından bəhs edən daş yazı abidəsi. 1877-ci ildə Bozo Krşiniç tərəfindən Korçulanın kiçik kəndi — Lumbardada aşkar edilmiş Psefizma. Lumbarda Psefizması Zaqrebdə Arxeologiya muzeyində qorunur. == Haqqında == Daş yazı abidəsi e.ə. III–IV əsrlərdə yunan koloniyalarının yaradılması ilə bağlı razılaşmanın detallarını özündə əks etdirir. Mətndə bu gün Vis kimi tanınan İssa adasından olan yunanlar barədə məlumatlar var. Yunanlar yerli İlliriyalılarla — Pillos və onun oğlu Dazosla əldə olunan ilkin razılıq əsasında koloniya yaradıblar. "Hieromnemon Praksidamosun zamanında, Maxanemus ayında yaşayış məskəni yaradılması barədə İssadan olan insanlarla Pillos və onun oğlu Dazos arasında müqavilə imzalandı. Banilər razılaşdılar və [Issadan olanlar] belə qərara gəldilər ki, kim ilk olaraq torpaq ələ keçirib şəhərin ətrafına divarlar çəksə, möhkəmləndirilmiş şəhər daxilində tikinti üçün xüsusi məntəqə əldə edəcəkdir… və səlahiyyət sahibləri and içir ki, şəhər və ətrafındakı torpaqlar bir daha heç vaxt yenidən bölüşdürülməyəcək… " Lumbarda Psefizması Koludrt adlanan təpənin üzərində aşkar edilib. Aydın olur ki, bir vaxtlar məhz həmin ərazidə İssalıların şəhəri olmuşdur.
Mürrey Rotbard
Mürrey Nyyuton Rotbard (ing. Murray Newton Rothbard; 2 mart 1926, Nyu-York, Nyu-York ştatı, ABŞ – 7 yanvar 1995, Nyu-York, ABŞ[…]) — amerikalı siyasi filosof, iqtisadçı, Avstriya iqtisadi nəzəriyyə məktəbinin nümayəndəsi və tarixçi,, əsərləri və şəxsi təsir müasir libertarizmin inkişafında böyük rol oynamışdır Rotbard anarxo-kapitalizm və libertarianizmin qurucusu və aparıcı nəzəriyyəçisi, tarixi revizionizmin qatı tərəfdarı və XX əsrdə amerikalı libertarist hərəkatın mərkəzi simalarından biri idi. Siyasi nəzəriyyə, revizionist tarix, iqtisadiyyat və digər mövzularda iyirmi kitab yazmışdır. Rotbard, "korporativ dövlət inhisar sistemi" tərəfindən göstərilən bütün xidmətlərin özəl sektor tərəfindən daha təsirli bir şəkildə təmin edilə biləcəyini müdafiə edərək, dövlətin "sistemləşdirilmiş və genişmiqyaslı bir soyğunçuluq təşkilatı" olduğunu yazdı. Fraksiya ehtiyat bankçılığını bir saxtakarlıq növü adlandırdı və mərkəzi bankçılığa qarşı çıxdı. Rotbard, digər xalqların işlərinə hərbi, siyasi və iqtisadi müdaxiləyə qəti şəkildə qarşı çıxır. Müdafiəçisi Hans-Hermann Hoppe görə, "Rotbard olmasa burada danışılacaq bir anarxo-kapitalist hərəkatı olmazdı." == Həyat və fəaliyyəti == === Təhsili === Rotbardın valideynləri, sırasıyla Polşa və Rusiyadan ABŞ-yə gələn yəhudi mühacirləri David və Rey Rotbard idi. David kimyaçı idi. Mürrey Nyu-Yorkda yerləşən Borç Uoten şəxsi məktəbində oxuyurdu. Daha sonra Bronksda iştirak etdiyi "alçaldıcı və bərabərlikli dövlət məktəbi sistemindən" Borç Uoten məktəbini seçdiyini söylədi.
Qarağanabənzər limbarda
Qarağanabənzər limbarda (lat. Limbarda salsoloides) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin limbarda cinsinə aid bitki növü.
Verner Zombart
Zombart (Sombart) Verner (19 yanvar 1863[…] – 18 may 1941[…], Berlin, Üçüncü Reyx) — alman iqtisadçısı, sosioloq və tarixçi. == Həyatı == Breslav və Berlin Universitetlərinin professoru Şmollerin şagirdi olub, bir çox fikirlərində siyasi iqtisadın tarix məktəbinin tərəfdarı idi. Lakin Zombart iqtisad elmində tarixi və abstrakt tədqiqat metodlarını birləşdirməyə cəhd edərək, tarix məktəbindən qabağa getmişdir. Və o, buna nail olmuşdur. Zombartın mühüm əsəri "Müasir kapitalizm"dir, birinci nəşri 1903-cü ildə olmuşdur. Sonralar bu əsər dəfələrlə nəşr olunmuş, yeni nəşrin son cildləri 1928-ci ildə buraxılmışdır. Zombart bu əsərdə kapitalizm tarixini erkən kapitalizm (XYIII əsrin ikinci yarısında sənaye inqilabına qədər), inkişaf etmiş kapitalizm (birinci dünya müharibəsinə qədər) və gecikmiş kapitalizm kimi inkişaf mərhələlərinə ayıraraq bütövlüklə təhlil etmişdir. Zombart kapitalizmin iqtisadi inkişaf perspektivlərini nəzərdən keçirərək, "sosial plüralizm" nəzəriyyəsini irəli sürmüşdür. Təsərrüfat formalarının inkişaf tarixindən Zombart belə bir nəticəyə gəlir ki, cəmiyyət inkişaf etdikcə təsərrüfat formaları da artır, belə ki, köhnə formalar itmir, əksinə, yenilərilə yanaşı fəaliyyətlərini davam etdirirlər. Məsələn, orta əsrlərdə Avropada həm kəndli təsərrüfatı, həm biyar – mülkədar təsərrüfatı, həm də şəhər sənətkarlığı paralel mövcud olmuşdur.
Lonbar (Ərdəbil)
Lonbar (fars. لنبر‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,498 nəfər yaşayır (343 ailə).
Hovard Robard Hyuz
Howard Robard Hughes, Sr. (9 sentyabr 1869, Missuri – 14 yanvar 1924, Hyuston, Texas) biznesmendir. Hughes Tool Company şirkətinin yaradıcısıdır. Milyonçudur. Məşhur biznesmen Howard Hughesin atasıdır.
Star Wars: Super Bombad Racing
Star Wars: Super Bombad Racing — "Lucas Learning" tərəfindən istehsal edilmiş və "LucasArts" yayımlanmış yarış videooyunu. "Ulduz müharibələri" mövzusunda olan oyunda "Fantom təhlükəsi", "Yeni ümid" və "Cedayın qayıdışı" filmlərinin personajlar var. Oyun "PlayStation 2", "Dreamcast", "Windows" və "Mac OS" platformaları üçün açıqlansa da, yalnız "PlayStation 2" versiyası satışa çıxarılmışdır. Rəy toplayıcısı "Metacritic"ə əsasən, oyun bütün platformalarda "qarışıq və orta" rəylər almışdır == Geympley == "Star Wars: Super Bombad Racing" bir kart yarış oyunudur. Oyunçular müxtəlif "Fantom təhlükəsi" personajlarından birini seçərək filmə əsaslanan müxtəlif cığırlarda yarışırlar. Hər bir cığırın güzgülənmiş variantı mövcuddur. Boba Fett və Dart Vayder kilidi açıla bilən qonaq personajlardır. Yarışlar səkkiz iştirakçı ilə keçirilir və üç dövrədən ibarətdir. Gücləndiricilər hər cığır boyu müxtəlif yerlərdə olur və bunların hər biri oyunçu personajın sürətini artırmaq, ona qalxan və ya hücum silahları vermək kimi müxtəlif müvəqqəti atributlara malikdir. Dörd oyunçuya qədər oyunçu "PlayStation 2" multitap periferiyasından istifadə edərək bölünmüş ekran oyununa qoşula bilər.