Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mandılı
Mandılı — Azərbaycan Respublikasının Füzuli rayonunun Pirəhmədli inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. Mandılı kəndi Xırdapara-Dizaq mahalına bağlı idi. Xəzinə (divan) mülkü sayılırdı. Kənd XIX yüzilə aid mənbələrdə Əlihüseynuşağı adlanırdı. 28 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Qozluçayın sahilində, dağətəyi düzənlikdədir. Manda Azərbaycan dilinin c.-q. dialəktlərinda yəməli ot adıdır, −1ı isə mənsub.şək.-sidir. Türk dillərində manda/ mandı/mantı sözü "cəfəri"; "dördnala çapmaq"; "qiymətli Çin ipəyi"; "sakit"; "enli alın" və s.
Hami Mandıralı
Hami Mandıralı (20 iyul 1968, Arsin, Trabzon ili) — forvard mövqeyində oynamış Türkiyənin keçmiş milli futbolçusu, məşqçisidir. == Futbol karyerası == === Klub komandalarının karyerası === O, 10 yaşında "Trabzonspor"a keçib və, bütün karyerasını (iki mövsüm istisna olmaqla) bu komandada keçirib. İlk peşəkar oyununu 1984–85 mövsümündə 17 yaşında keçirdi. O, son vuruşları və məsafəni bilmədən vurduğu sərt zərbələrlə tanınıb və dövrünün ən yaxşı hücumçularından biri kimi Türkiyə millisinin önəmli oyunçularından birinə çevrilib. O, milli ilə keçirdiyi 56 oyunda 9 qol vurub. O, avrokuboklarda 23 qol vurub. Uzaqdan vurulan bir çox cərimə zərbələri unudulmazlar arasında idi. Hər zaman liqanın ən önəmli oyunçularından biri olan Hami uğurlu karyerasına Türkiyə Liqası çempionluğunu da əlavə edə bilməsə də, Trabzonsporun 1992 və 1995-ci illərdə iki dəfə Türkiyə Kubokunu qazanmasında mühüm payı olub. İki matç üzərində oynanan final matçlarında cəmi dörd qol vurdu. Onun 1992-ci ildə Türkiyə kubokunun yarımfinalında "Beşiktaş" a vurduğu cərimə zərbəsi ilin qolu seçilib.
Trio Mandili
Trio Mandili — Üç cavan xanımdan: Anna Çinçarauli, Tatiya Mqeladze və Şorena Tsikaraulidən təşkil olunan Gürcüstan musiqi qrupudur. Qrup 2014-cü ildə yaranmışdır. Onların gürcü xalq musiqilərini ifa etdikləri video kliplər vasitəsilə qrup Gürcüstanda məşhur oldu. İnternetdə yerləşdirilən bu videolar dörd milyon şəxs tərəfindən izlənilib.