Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Matryoşka
"Matryoşka" — ən geniş yayılmış suvenirlərdən biri, rus istehsalı olan oyuncaq növü. == Yaranma tarixi == “Matryoşka”nın yaranma tarixi 1890-cı ilə təsadüf edir. Hesab olunur ki, bu oyuncaqlar ilk dəfə həmin il Moskvada uşaq təhsil emalatxanasında düzəldilib. Bu oyuncağın adı “Matryona” sözündən götürülüb, mənası “ailənin anası” deməkdir. Bu oyuncaq taxtadan əl işi olaraq düzəldilir və üzərinə müxtəlif rəngli boyalarla naxışlar vurulur. Xüsusilə ənənəvi rus paltarı olan sarafan geymiş körpələr şəklində boyanır. İç-içə keçən, getdikcə kiçilən, dekorativ bir suvenir olaraq istifadə edilə bilən və ya uşaqların maraqla tək-tək açıb oynadıqları bu oyuncaqların xüsusilə işləmələri göz oxşayır. Naxışların hər biri incə iş tələb edən diqqətlə hazırlanır. Oyuncağın özü 6 və daha çox sayda olur. Hər birinin içərisində özündən balacası yerləşir.
Mareka
Mareka (lat. Mareca) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Treska
Treska (lat. Gadus) — Treskalar fəsiləsinə aid balıq cinsi. Ümumilikdə cinsə üç növ daxil edilsə də, hazırda Mintay növü də bura daxil edilir.
İqor Mitreski
İqor Mitreski (mak. Игор Митрески; doğ. 19 fevral 1979, Struqa, Yuqoslaviya) — müdafiəçi mövqeyində çıxış etmiş Şimali Makedoniya futbolçusu. Şimali Makedoniya milli futbol komandasının keçmiş üzvü və kapitanı. == Karyerası == === Klub karyerası === İqor Mitreski peşəkar karyerasını 1997-ci ildə Skopye şəhərini təmsil edən "Makedoniya" klubunda başlayıb. 1997-ci ildən 2001-ci ilə qədər Şimali Makedoniyanın müxtəlif klublarında forma geyinib. 2001-ci ildə Rusiyanın "Spartak Moskva" komandasına transfer olunub. Bu komandanın heyətində 2001-ci ildə ölkə çempionatının, 2003-cü ildə isə ölkə Kubokunun qalibi olub. 2004-cü ildə komandaya yeni baş məşqçi təyin olunmuş Aleksandr Starkov, heç bir səbəb göstərmədən Mitreskini əvəzedici heyətə göndərmək qərarını qəbul edib. Bu hadisədən sonra Mitreski agentinin köməyi ilə Moskva təmsilçisiylə olan müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv edib.