Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Viktoriya Meranut
Viktorina Möran (fr. Victorine Meurent) — fransız rəssamı. Eduard Manenin ən sevimli modeli kimi tanınmış olmasına baxmayaraq, onun özü də məşhur rəssam idi. Onun əsərləri nüfuzlu Paris İncəsənət Mərkəzində dəfələrlə sərgilənmişdir. 1876-cı ildə münsiflər heyəti onun əsərlərini qəbul etdi. Həmin münsiflər heyəti bu sərgidə Manenin rəsmlərini qəbul etməmişdi. == Ədəbiyyatda Möran == İrlandiyalı yazıçı Corc Moore, "Mənim Ölü Həyatımın xatirələri" adlı yarı-avtobioqrafik romanda sənətçini canlandırmışdl. Debra Finerman tərəfindən yazılmış, tarixi roman Mademoiselle Victorinedə də Ondan ilhamlanmışdı. O, "Manet in Love" adlı bir filmdə də görüldü. == Həyatı == Viktorina bir sənətkar ailəsində dünyaya gəldi.
Viktoriya Meranut İspan geyimində (tablo)
Viktoriya Meranut İspan geyimində (fr. Mlle V. en costume d'espada) - Eduard Mane tərəfindən 1862-cü ildə çəkilmiş rəsm əsəri.
Mərzkit
Mərzqat, Mərzəğat və ya Mərzəkit — keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Mehri (Meğri) rayonunun, hazırkı Sünik mərzinin ərazisində mövcud olmuş kənd. Mehri (Meğri) qəsəbəsindən 12–14 km cənub-şərqdə, Araz çayının sol sahilində, Aldərə kəndinin yaxınlığında yerləşirdi. == Etimologiyası == Toponim fars dilində "tarla, bağ, bostan və s. sahəsini bir-birindən ayıran xətt, sərhəd" mənasında işlənən "mərz" sözü ilə türk dilində "yaşayış məntəqəsi, ev, kənd, şəhər, qala" mənasında işlənən "kat" (qat) sözünün birləşməsindən əmələ gəlmişdir. == Əhalisi == Kənddə 1831-ci ildə 54 nəfər, 1873-cü ildə 255 nəfər, 1886-cı ildə 301 nəfər, 1897-ci ildə 281 nəfər, 1904-cü ildə 766 nəfər, 1914-cü ildə 751 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra kənd sakinlərindən sağ qalanlar 1923–1924-cü illərdə tarixi-etnik torpaqlarına qayıda bilmişdir. Burada 1926-cı ildə 34 nəfər, 1931-ci ildə 29 nəfər azərbaycanlı yaşamışdır. Kollektivləşmə ilə bağlı kəndin sakinləri Aldərə kəndinə köçürülmüş və kənd ləğv edilmişdir. Hazırda xarabalıqları qalır.
Mərzqat

Mərzrud (Kəleybər)
Mərzrud (fars. مرزرود‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 184 nəfər yaşayır (50 ailə).
Nefertari Merenmut
Nefertari Merenmut (e.ə. 1290, Ahmim[d], Sövhac mühafəzəsi[d] – e.ə. 1255) - II Ramzesin ən sevimli arvadı. Güman edilir ki II Ramzesdən 5 oglan 2 qız olmaqla 7 uşağı vardır. Oğulları Amunherxepeşef, Parahervenemef, Sethherxepeşep, Seti, Merire. Qızları Meritamun və Henuttaui. Əbu Simbel məbədi tanrı Xatxorun və onun şərəfinə qurulub.
Nahel Merzuk
Nahel Merzukun qətli — 27 iyun 2023-cü il tarixində 17 yaşlı əlcəzairəsilli Fransa vətəndaşı Nahel Merzukun Fransanın paytaxtı Parisin şəhərətrafı Nanter rayonunda vəsiqəsi olmadan avtomobili idarə etməsindən və polis təqibindən sonra yolda dayanarkən polis əməkdaşı tərəfindən odlu silah ilə qətlə yetirilməsi. Merzuku güllələyən polis əməkdaşı səlahiyyətlilər tərəfindən "vəzifəli şəxs tərəfindən könüllü öldürmə" şübhəsi ilə həbs edilmişdir. Qətl hadisəsi genişmiqyaslı etirazlara və iğtişaşlara səbəb olmuşdur ki, bu zaman bələdiyyələr, məktəblər və polis məntəqələri kimi dövlətin simvollarına, eləcə də supermarketlər kimi digər binalara hücum edilmiş, avtomobillər və zibil qutuları yandırılmışdır. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, iğtişaşlarla bağlı 1,350-dən çox avtomobil yandırılmış, 1,300-dən çox şəxs həbs edilmişdir.
Nahel Merzuk etirazları
2023-cü il Fransada kütləvi iğtişaşlar və ya Nahel Merzuk etirazları — Fransanın bir sıra şəhərlərində 27 iyun 2023-cü ildə 17 yaşlı əlcəzairəsilli yeniyetmə Nahel Merzukun qətli ilə bağlı silsilə iğtişaşlar. 27 iyunda Nanterdə sakinlər polis qərargahı qarşısında etiraz aksiyası keçirmiş, sonradan nümayişçilərin avtomobilləri yandırması, avtobus dayanacaqlarını dağıtması və polisə fişəng atması nəticəsində, bu, iğtişaşlara çevrilmişdir. Bu, Fransada 2005-ci il iğtişaşlarından bəri ən böyük iğtişaşlara çevrilmişdir. Parisdən 40 km şimal-qərbdə yerləşən Mantes-la-Joli şəhərində bələdiyyə binası 27 iyun gecəsi atəşə tutuldu. Tuluza və Lill də daxil olmaqla, Fransada gecə boyu toqquşmalar davam etdi. Asnières, Colombes, Suresnes, Aubervilliers, Clichy-sous-Bois və Mantes-la-Coliedə də iğtişaşlar qeydə alınıb. 29 iyunda 150-dən çox adam həbs edilmiş, 24 polis əməkdaşı yaralanmış və 40 avtomobil yandırılmışdı. İğtişaşların daha da genişlənməsindən çəkinən Fransanın daxili işlər naziri Jerald Darmanen Paris və ətrafına 1,200 çevik polis və jandarm yerləşdirmiş, bir müddət sonra daha 2,000 nəfər əlavə etmişdir. İyulun 4-dən sonra iğtişaşların intensivliyi kəskin şəkildə azaldı və bildirildiyinə görə, iyulun 15-də sona çatdı. == Zəmin == 27 iyun 2023-cü il, Mərkəzi Avropa Yay Saatı ilə təxminən saat 07:55-də iki polis əməkdaşı İl-de-Frans vilayətinin O-de-Sen departamentində Polşa dövlət avtomobil qeydiyyat nişanı olan "Mercedes-AMG" markalı avtomobilinin Nanter Universiteti dəmiryol stansiyası istiqamətində avtobus zolağı boyunca sürət həddini keçərək hərəkət etdiyini müşahidə etmişdir.