Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pyotr Midyanka
Pyotr Midyanka (ukr. Петро Миколайович Мідянка, 14 may 1959) — Ukraynalı şair, müəllim, Ukrayna Milli Yazıçılar Birliyinin və Ukrayna PEN Klubunun üzvü. == Bioqrafiya == Pyotr Midyanka 14 may 1959-cu ildə Şirokiy Luq kəndində (indiki Tyaçiv rayonu, Zakarpat vilayəti, Ukrayna) anadan olub. Xust internat məktəbinin şagirdi olmuşdur. 1982-ci ildə Ujqorod Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Bundan sonra Zakarpat vilayətinin Tyaçiv rayonunun Novoselitsa və Tisolovo kəndlərinin orta məktəblərində Ukrayna dili və ədəbiyyatı müəllimi kimi fəaliyyətə başlamışdır. O, 1974-cü ildə nəşrə başlayıb. Poeziya antologiyalarında dərc edilmişdir. O, Ukrayna dilində yazır, lakin Zakarpat bölgəsinin koloritini çatdırmaq məqsədi ilə tez-tez regional lüğətdən geniş istifadə edir ki, bu məşquliyyətdən dolayı ittiham olunur. Onun poeziyası assosiativ əlaqələr üzərində qurulub.