Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Avdat
Avdat — Petra ilə Qəzzə limanı arasında Buxur Yolu adlanan ticarət yolunun üzərində yerləşən Nəbatilərin mərkəzi şəhəridir. Şəhərin akropolu dəniz səviyyəsindən 655 metr yüksəklikdə Negev dağının yamacında yerləşir. Avdatın tikilmiş hissəsi 85 dunamdır və bütün Avdat Milli Parkı isə 2100 dunam ərazini əhatə edir. Avdat Milli Parkında qədim Nəbati tikililərinin qalıqları, o cümlədən gözətçi qülləsi, yaşayış kompleksi, məbəd tikililəri, şərabçılıq sahəsi , hərbi şəhərcik, yaxşı vəziyyətdə qalmış hamamlar və yenidən qurulmuş kənd təsərrüfatı terrasları var. 2005-ci ildə YUNESKO Avdatı Buxur Yolunun bir hissəsi kimi ümumdünya irsi siyahısına əlavə etdi. == Arxeoloji qazıntılar == Avdatın yaranma tarixi eramızdan əvvəl III əsrə təsadüf edir. Avdat haqqında ilk dəfə Yunan alimi Ptolemeyin “Coğrafiya” əsərində Roma əyaləti Ərəbistanın yeddi yaşayış məntəqəsi siyahısında rast gəlmək olar. Bizanslı Stefan, Herodyanın yazılarına əsaslanaraq, Avdat haqqında yazır ki, nəbatilərin məskənidir, tanrı kimi hörmət edilən padşahlarının adını daşıyır. Nəbatilərin tarixində Obodat (Avdat) adlı üç padşah olub, ancaq ölümdən sonra yalnız I Obodat ilahiləşdirilib. Eramızın I əsrində şəhər köçəri ərəb tayfalarının basqınlarından çox əziyyət çəkirdi.
Vedat Albayrak
Vedat Albayrak — Türkiyəni təmsil edən cüdoçu. 2 mart 1993-cü ildə Gürcüstanda anadan olan Vane Revazişvili cüdo ilə məşğul olmağa başladıqdan sonra, Yunanıstana yollanaraq, Roman Moustopoulos ad-soyadı ilə mübarizə aparmağa başlayıb və hətta 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. 2017-ci ildən isə o, Türkiyə millisində Vedat Albayrak ad-soyadı ilə çıxış edir. 2018-ci ildə Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Türkiyə millisinə dünya çempionatlarında 17 ildən sonra ilk medalı qazandıraraq, 81 kq çəki dərəcəsində bürünc medala sahib olub.
Vedat Okyar
Vedat Okyar — Türkiyə futbolçusu 1945-ci ildə Bursada anadan olan Vedat Bursaspor, Beşiktaş, "Diyarbakirspor" və "Karagümrük" klublarının şərəfini qoruyub. 1968-1976-cı illərdə Beşiktaşda forma geyinən və kapitan sarğısını daşıyan Okyar 253 oyunda 21 gol vurub. 33 dəfə milli komanda heyətində yer alan mərhum futbolçu karyerasını bitirdikdən sonra idman yazarı kimi çalışırdı. 19 iyul 2009-cu ildə xeyli vaxtdır xəstəxanaların birində müalicə olunan Okyar dünyasını dəyişib.