Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Maqnetit
Maqnetit – FeFe2O4 — Kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. == Növ müxtəliflikləri == Titanlı-, xromlu-, vanadiumlu- və b. maqnetitlər. == Xassələri == Rəng – dəmiri-qara; Mineralın cizgisinin rəngi – qara; Parıltı – metal, bəzən yarımmetal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 4,9-5,2; Sərtlik – 5,5-6; Kövrəkdir; Ayrılma – yoxdur; Bölünmə – nadir hallarda {111} üzrə; Başqa xassələr – güclü, bəzən polyar maqnit xassəsi təzahür edir; Morfologiya – kristallar: oktaedrik, nisbətən az rombododekaedrik; İkiləşmə: {111} – şpinel qanunu üzrə; Mineral aqreqatları: dənəvər, sıx, radial -şüalı, böyrəkvarı, hisə (dudaya) bənzər kütlələr, xrizotil-asbest, bitki qalıqları və s. üzrə psevdomorfozalar. == Mənşəyi və yayılması == Poligen mineraldır. Ən iri yığınları maqmatik, kontakt-metasomatik və regional-metamorfik proseslər nəticəsində əmələ gəlir. Maqmatik mənşəli maqnetitə əsasən qabbro, norit, piroksenit, anortozitlərdə və aksessor mineral kimi müxtəlif püskürmə süxürlarında (ultraəsasidən turşadək) rast gəlinir. Həmçinin karbonatitlərdə, bəzən peqmatitlərdə qeyd edilir.