Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İlona Çakova
İlona Çakova (çex. Ilona Csáková, 1 oktyabr 1970-ci ildə Heb) — 1998-ci ildə 10 solo albom çıxararaq və Çexiya Respublikasının ən çox albom satan pop-müğənnisi oldu. Česko hledá SuperStar musiqi şousunda münsiflər heyətinin üzvüdür. == Bioqrafiyası == Xebe şəhərində anadan olmuşdur. Atası macar, anası isə rumındır. Hələ uşaq olarkən «Kəpənəklər» musiqi ansamblında ifa edirdi. Gitarada ifaçılığı belə oyrənmişdir. Səhnədə ilk debutunu 1985-ci ildə «Alotriop» qızlar qrupunda etmişdir. 1980-ci illərdə məktəb imtahanlarını verir və «Laura A Její Tygři» qrupuna daxil olur. Bu qrup Bolqarıstan, Almaniya və Fransaya qastrol səfərləri təşkil etmişdir.
Mova nanova
Mova nanova (belar. Мова Нанова, hərfi tərcüməsi – "Yenidən dil") — 13 yanvar 2014-cü ildən Belarusun paytaxtı Minskdə keçirilən belarusca kurs. Bu qeyri-kommersiya QHT Belarusun rus dili ilə yanaşı iki rəsmi dilindən biri olan belarus dilinin gündəlik istifadəsini genişləndirmək məqsədi daşıyan mədəni və linqvistik təşəbbüsdür. Dərslər "Ў" müasir incəsənət qalereyasında keçirilir. Təşəbbüs populyarlıq qazanmış və yerli səviyyədə digər regionlardakı şəhərlər tərəfindən bəyənilmişdir. İndiki dövrdə bu kurslar Baranoviçi, Qrodno, Bobruysk, Nesvij, Brest, Molodeçno, Mogilyov, Vitebsk və Qomel şəhərlərində də fəaliyyət göstərir. Müəssisə Belarusdan kənarda da genişlənmişdir və Krakovda filial qrupu var. 23 iyul 2021-ci ildə "Mova nanova" Minsk rayon icraiyyə komitəsi tərəfindən məcburi şəkildə ləğv edilmişdir. Ləğvetmə üçün formal səbəb olaraq təşəbbüsün vebsaytında Belarusda rəsmi qeyduyyatda olmayan "BelSat" telekanalının loqotipinin istifadə edilməsi göstərilmişdir. == Fəaliyyəti == "Mova nanova" dil kursları fəaliyyətə ilk növbədə Minskdə başlaymışdır.