Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rafflesia baletei
Rafflesia baletei (lat. Rafflesia baletei) — rafflesiyakimilər fəsiləsinin rafflesiya cinsinə aid bitki növü.
La-Valett
La-Valett (fr. La Valette) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38521. Kommunanın 1999-cu il üçün əhalisi 521 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 710 ilə 2203 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 510 km cənub-şərqdə, Liondan 125 km cənub-şərqdə, Qrenobldan 30 km şimal-qərbdə yerləşir.
Alett Siybrinq
Alett Siybrinq (20 mart 1982) — Niderlandı təmsil edən su poloçusu. == Karyerası == Alett Siybrinq, Niderland yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasını 11:10 hesabı ilə məğlub edən Niderland yığması, XXIX Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu.
La-Salett-Fallavo
La-Salett-Fallavo (fr. La Salette-Fallavaux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38469. Kommunanın 1999-cu il üçün əhalisi 76 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 983 ilə 2 402 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 530 km cənub-şərqdə, Liondan 140 km cənub-şərqdə, Qrenobldan 45 km şimal-qərbdə yerləşir.
Jan Parizo de la Valett
Jan Parizo de la Valett (fr. Jean Parisot de la Valette ; 1494 – 21 avqust 1568, Malta) — Fransız zadəgan, Malta ordeninin 49-cu Böyük Magistridir. Cəngavər kimi Malta ordeninə daxil olaraq Rodosda türklərə qarşı misilsiz bir mübarizə aparmışdır. Böyük Magistr kimi Valett 1565-ci ildə Maltanın Böyük Mühasirəsi zamanı Osmanlı qoşunlarına qarşı müqavimətə komandanlıq etmiş və bəzən də bütün zamanların ən böyük mühasirələrindən biri hesab edilən bu mühasirə zamanı ordenin qəhrəmanına və ən məşhur liderinə çevrilmişdir. Valletta şəhərinin təməli 1566-cı ildə Böyük Magistr La Valett tərəfindən qoyulmuşdur. == Bioqrafiyası == Valett Tuluza qraf ailəsinin zadəgan ailəsində anadan olmuşdur. 1534-cü ildə de Valett qaleraya (orta əsrlərdə mövcud olmuş olan hərbi gəmi növü) rəhbərlik etmiş və 1540-cı ildə özünün qalliotu (orta əsrlərdə mövcud olmuş olan hərbi gəmi növü) olmuşdur. 1541-ci ildə türklərə əsir düşmüş, bir il quldurluq etmiş və sonradan əsir mübadiləsi nəticəsində azad edilmişdir. 1546–1549-cu illər arasında Tripolinin qubernatoru olmuşdur. 21 avqust 1557-ci ildə de Valett bir çox Avropa və müsəlman dövlətləri tərəfindən Maltanın suveren hökmdarı kimi tanınmış və beləliklə də, Malta ordeninin Böyük Magistri olmuşdur.