Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Natrolit
Natrolit – Na2 [Al2Si3O10] · 2 H2O — Rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Növ müxtəliflikləri == Manqanlı natrolit, litiumlu natrolit. == Xassələri == Rəng – qar kimi ağ, rəngsiz, sarımtıl, sarı, qırmızımtıl, kərpici-qırmızı, bəzən qara; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, ipəyi, sədəf; Şəffaflıq – şəffafdan yarımşəffafadək; Sıxlıq – 2,2-2,26; Sərtlik – 5-5,5; Kövrəkdir; Ayrılma – {110} üzrə tam mükəmməl; Sınıqlar – qeyri-hamar; pilləli, tikanlı; Başqa xassələr– piroelektrik və pyezoelektrik xassələri; yüksək sorbsiya qabiliyyəti; Morfologiya – kristallar: nazik prizmatik, sap şəkilli, sütunvari; İkiləşmə: {110} və {011} üzrə; Mineral aqreqatları: çubuq formalı, radial-şüalı, lifli, torpaqvari, sıx, bəzən bütöv kütlələr, irikristallik bloklar, sferolitlər, kollomorf əmələgəlmələr, kristallik qabıqlar. == Mənşəyi və yayılması == Effuziv süxurların–bazalt və andezitlərin tipik mineralı olub, badamvari boşluqlarda müşahidə edilir. Nefelin və sodalitin hidrotermal dəyişilmə məhsulu kimi qələvi intruziv və effuziv süxurlarda – nefelinli siyenitlərində və bazaltlarda rast gəlir. Qələvi peqmatitlərdə en kəsiyi bəzən 1 m2-ə çatan irikristallik monomineral bloklar təşkil edir. Hidrotermal damarlarda, qneyslərdə, habelə sement kimi nefelinit palaqonit tuflarında müəyyən edilmişdir. Birlikdə rast gəldiyi minerallar: kalsit, geylandit, skoletsit, stilbit, şabazit, mezolit, analsim. Mineralın tapıldığı yerlər: Usti, Çeşska Lipa (Çexiya); Rodope (Bolqarıstan); Vişnyovıye və İlmen dağları, Kola yarımadası (Rusiya); Havay adaları və b.
Qastrit
Qastrit — mədənin selikli qişasında iltihabi və ya iltihabi-distrofik dəyişiklikləri ilə müşayət olunan, adətən uzunmüddətli gedişə malik xəstəliyidir. Qastrit morfoloji diaqnoz sayılır. Həkim, mədə selikli qişasının bioptatının morfoloji tədqiqatı olmadığı hallarda digər müvafiq müayinələrin nəticələrinə və xəstənin şikayətlərinə əsasən ancaq "funksional dispepsiya" diaqnozu qoya bilər. Qastrit gedişinə görə kəskin və xroniki olar bilər. Qarın nahiyəsində təkrarlanan şiddətli ağrı və qusma appendisitin əlaməti ola bilər. Appendisit çox vaxt qastritlə səhv salınır. Müalicə olunmayan appendisit həyati təhlükə yarada bilər. ===== Kəskin qastrit ===== Kəskin qastrit mədənin hansısa səbəbdən kəskin qıcıqlanmasının nəticəsində əmələ gəlir və öz növbəsində 4 tipə ayrılır : Kataral və ya sadə qastrit - çox vaxt yüngül zəhərlənmələr və qeyri-düzgün qidalanma nəticəsində yaranır . Fibrinoz qastrit - adətən turşularla zəhərlənmələr və ya ağır infeksion xəstəliklər zamanı yaranır . Korroziv qastrit ( nekrotik, toksiki-kimyəvi qastrit) - ağır metalların, qatı halda turşuların və qələvilərin mədəyə düşməsi zamanı yaranır.
Mikania castroi
Mikania castroi (lat. Mikania castroi) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.