Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Severnı (Əbyəlil)
Severnı kəndi (başq. Северный) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Alməhəmməd kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Severnı kəndinin milli tərkibi: ruslar (33 %), başqırdlar (44 %). == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askorovo): 38 km., kənd sovetliyindən (Selin): 17 km. ən yaxın dəmiryol stansiyasından (Suxoe Ozero stansiyası): 4 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Severni Velebit Milli Parkı
Severni Velebit Milli Parkı (xorv. Nacionalni park Sjeverni Velebit) — Xorvatiyada yerləşən və adını Xorvatiyanın ən böyük dağı olan Velebit dağından alan milli park. Velebit dağının ətrafındakı təbiətin müxtəlifliyinə görə 1999-cu ildə bu ərazi milli park statusu almış və sentyabrdan fəaliyyət göstərməyə başlamışdır. Velebit dağının özü təbiət parkı statusuna malikdir. Velebit dağının cənub hissəsində isə Paklenitsa Milli Parkı yerləşir. == Haqqında == Milli park qorunur və ziyarətçilərin ancaq təyin olunmuş marşrutlar üzrə hərəkətinə icazə verilir. Milli parkda iki botanika qoruğu vardır: Visibaba və Zavişan-Balinovaç-Velika botanika qoruğu. Visibaba botanika qoruğunda Xorvatiyanın endemik növlərindən olan Sibiraea altaiensis bitir. İkinci botanika qoruğunu dağ bitkiləri ilə zəngindir. Ərazidə farmakoloq Fran Kuşan tərəfindən 1967-ci ildə qurulmuş Velebit botanika bağı yerləşir.