Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Teleport
Teleport — bir şeyin ani olaraq bir məkandan başqa məkana keçməsidir(uçmasıdır). Teleport sözü bizə telefon anlayışını xatırladır. Biz telefonun dəstəyini götürən kimi başqa bir şəhərdəki və ya ölkədəki adamla danışırıq. Bu proses o qədər sürətlə gedir ki, müəyyən həddə malik olmur. Bu proses teleportasiya prosesi adlanır. Teleportasiya bir şeyin enerjiyə çevrilib başqa məkana getməsidir. Məsələn, biz mobil telefonda bizim sözlərimizin enerjiyə (modula) çevrilərək işıq sürəti ilə hərəkət etdiyini müşahidə edirik. == Etimologiya == Teleport termininin maddi cisimlərin bir yerdən digəri arasındakı məsafəni fiziki olaraq keçmədən hipotetik hərəkətini təsvir etmək üçün istifadəsi hələ 1878-ci ildə sənədləşdirilmişdir. Amerika yazıçısı Çarlz Fort 1931-ci ildə anomaliyaların qəribə yoxa çıxmalarını və görünüşlərini təsvir etmək üçün teleportasiya sözünü işlətdiyinə görə hesablanır ki, o, bununla əlaqəli ola bilər. Əvvəlki istifadədə olduğu kimi, o, yunanca tele- (“uzaq” mənasını verir) prefiksini latın dilindəki portare (“daşımaq” mənasını verir) felinin kökünə birləşdirmişdir.