Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Koçno daşı
Koçno daşı (ing. Cochno Stone) — Şotlandiyada Koçno ferması (Vest Danbartonşir dairəsi) yaxınlığında tapılmış müəmmalı daş plitə. Daş 1887-ci ildə şotlandiyalı arxeoloq Ceyms Harvi Klaydbank şəhəri yaxınlığındakı fermada tapılmışdır, ölçüləri 9x18 metrdir. Qısa müddət sonra bu daş bütün dünyanın bir çox alimlərinin marağına səbəb oldu. Çünki daşın üzərində məzmunu məlum olmayan petroqliflər çizilmişdi. Tədqiqatçılar hələ də dairə, xətt və spiral formasında olan sirli simvolları oxuya bilməyiblər. Amma daş plitənin 5 min il əvvələ aid olduğu üzə çıxıb. Zaman keçdikcə Koçno daşı təkcə alimlərin yox, həm də çoxsaylı turistlərin marağına səbəb oldu. Amma turistlərin marağı daşın məhv olması ilə nəticələnə biləcəyi üçün 1965-ci ildə yerli idarəetmə orqanları daşı torpağa basdırdılar və gələcək nəsillər üçün saxladılar. Ehtimal edilirdi ki, petroqliflər gələcəkdə oxuna bilər.
Rafael Monoe
Rafael Moneo (9 may 1937, Tudela) - İspaniyalı memar. == Həyatı == Rafael Moneo 9 may 1937-ci ildə İspaniyanın Tudela şəhərində anadan olmuşdur. Madrid Texnik Universitetində memarlıq təhsili almağa başlayan Rafael 1961-ci ildə məzun oldu. Həmçinin universitetdə oxuduğu 1958-1961-ci illəri arasında Madriddə memar Xavier Saenzin ofisində işlədi. Dünyanın bir çox universitetində dərs vermiş memar 1985-1990-ci illərdə Harvard Universitetində dərs verib. Məşhur yenidənqurma layihələri arasında Madriddə yerləşən Vilyahermoza sarayı (Tissen-Bornemisza muzeyi), Prado muzeyi, Roma İncəsənəti Milli Muzeyi, Atoka qatar stansiyası var. Digər işləri arasında Saraqosadakı Dyester fabriki, Malyorkadakı Xoan Mura Fondunun binası və Loqronodaki bələdiyyə binası da yer alır. Rafael Moneonun ABŞ-dəki işləri arasında Los-Ancelesdə Meryəm Ana Kafedralı, Massaçusetsdə yerləşən Uellesli Kollecinə aid Deyvis İncəsənət Muzeyi və Hyustondakı Gözəl Sənətlər Muzeyinin genişləmə layihəsinin bir parçası olan Edru Cons Bek binası və Rod İzlanddakı Rod İzland Dizayn Məktəbinə aid Çeys Mərkəzi daha məşhurdur. 1996-cı ildə Pritsker mükafatının qalibi olmuşdur. 12 noyabr 2003-cü ildə isə RIBA Kral Qızıl Medalını qazanmışdır.
Luici Nono
Luici Nono (it. Luigi Nono; 29 yanvar 1924[…], Venesiya[…] – 8 may 1990[…], Venesiya — İtaliya bəstəkarı. == Həyatı == Luici Nono 29 yanvar 1924-cü il tarixində İtaliyanın Venesiya şəhərində anadan olmuşdur. İtaliya Kommunist Partiyasının üzvü, 1975-ci ildə İtaliya Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü olmuşdur. İkinci Dünya müharibəsi illərində İtaliya Müqavimət hərəkatında iştirak etmişdir. Nono 8 may 1990-cı il tarixində, 66 yaşında Venesiya şəhərində vəfat etmişdir. == Yaradıcılığı == 1950-ci illərdə Nono Pyer Bulez və Karlhayns Ştokhauzen ilə birlikdə musiqidə avanqardizmin başçılarından olmuşdur. Nono "Federiko Qarsia Lorkaya epitafiya" (1953), "Yarımçıq mahnı" (1956; ölümə məhkun olunmuş Avropa Müqavimət hərəkatı mübarizlərinin, o cümlədən sovet vətənpərvərləinin məktubları əsasında), "Hiroşima körpüsündə həyat və məhəbbət mahnıları" (1962) kantataları, "1958-ci il Polşa gündəliyi" (1959; həbs düşərgələrini gəzdikdən sonra yazmışdır) orkestr kompozisiyası, "Dözülməzlik 1960" (1961), "Məhəbbətlə dolu böyük günəş altında" (1975) operaları, "Kabus dünyanı dolaşır" (1970) vokal-elektron kompozisiyası və s. əsərlərində aktual problemləri müasir mövzulara müraciət etmiş, faşizmə, zorakılığa qarşı çıxmışdır. Nono həmçinin, həyat gözəlliklərini vəsf edən lirik əsərlərin müəllifidir.
Onoe Umeo
VI Kancuri Fucima (藤間勘十郎6世, 8 oktyabr 1900, Tokio – 5 dekabr 1990) və ya doğum adı ilə Hideo Fucima (藤間 秀雄) – Yaponiya rəqqası və xoreoqrafı. O, yapon rəqsinin Fucima məktəbinin rəhbəri olmuşdur. Karyerasını başa vurduqdan sonra II Kanso Fucima (藤間勘祖2世) adını götürmüşdür. == Həyatı == Kancuro Fucima 1781-ci ildə əsası qoyulmuş Fucima məktəbinə başçılıq edən şəxslərə verilən, nəsildən nəsilə ötürülən səhnə adıdır. Bu təxəllüs ilk dəfə Kanbey Fucima tərəfindən istifadə olunmuşdur. Hideo Fucima 1900-cü ildə Tokio şəhərində doğulmuşdur. O, əvvəlcə özünə Onoe Umeo səhnə adını götürsə də, daha sonra Fucima məktəbinə qəbul olunmuş və 1927-ci ildə VI Kancuro Fucima adını qəbul etmişdir. 1927-ci ildə kabuki aktyoru VI Onoe Kikuqoro üçün rəqs xoreoqrafiyası təşkil edərək Kabukizanın xoreoqrafı olmuşdur. "Yamauba" və "Oymatsu" kimi işlərin müəllifi olmuşdur. O, kostyumsuz və maskasız ifa olunan suodori rəqsinin ustası kimi tanınmışdır.
Nikolay fon der Nonne
Nikolaus fon der Nonne (alm. Nikolaus von der Nonne‎, Mikołaj, rus. Николай Августович фон дер Нонне/Nikolai Awgustowitsch fon der Nonne; 16 (28) iyun 1834, Sankt-Peterburq quberniyası[d] – 13 (26) avqust 1908, Tiflis) — alman mənşəli memar, 1898–1902-ci illərdə Bakı Şəhər Dumasının sədri. == Haqqında == 1883-cü ildə o memar və dövlət tikinti direktoru kimi Bakıya gəlir. Onun müasir avropa tikinti üslubunu oriental elemntlərlə zənginləşdirməsi, yerli əhali tərəfindən rəğbətlə qarşılanır. Bu yolla oriental arxitektura üsul ilə tikilmiş binalar əhatə olunmuş sahələrdə avropa üslubu özünə yer tapmış olur. 1895-ci ildən sərbəst memar kimi fəaliyyət göstərməsi sayəsində ona böyük tikinti layihələri üçün sifarişlər almağa imkan yaradır. 1897-ci ildən dövlət tikinti idarəsindən o şəhərin bütün planını yenidən işləmək sifarişi alır. Bunun üçün ona 33500 rubl pul verilir. Artıq 1898-ci ilin oktyabrında o planı tamamlayır və sonrakı dövrdə aparılan işlərin icrasına nəzarət edir.
La noche es para mí
"La noche es para mí", (azərb. Mənim üçün gecə‎) 2009 Avroviziya Mahnı Müsabiqəsində Soraya Arnelasın İspaniya adına səsləndirdiyi mahnıdır. Mahnı Irini Michas, Dimitri Stassos və Jason Gill tərəfindən bəstələndi və mahnının sözləri Felipe Pedroso tərəfindən yazıldı. == Ümumi == Mahnı əvvəlcə 2007-ci ildə Yunanca olaraq "Əfvdə Pou Ksereis" adı ila bəstələndi. Əvvəl Helena Paparizou üçün təklif edilən mahnı Paparizou tərəfindən imtina edildi. Mahnı, daha sonra söyləməsi üçün Maro Lytraya təklif edildi. Ən sonunda Chrispaya təklif edilən mahnının Yunanıstanın 2008 mahnısı olması üçün istifadə edilməsi düşünüldü. Mahnı bu üç müğənni tərəfindən də istifadə edilməyincə 2009 ili üçün uyğun sənətçi axtarıldı. Soraya və prodüserləri Sin Miedo albomu üçün mahnını almağa qəbul etdi. 13 oktyabr 2008-ci ildə nümayiş olunan albom İspanca olduğundan, mahnı da İspan dilində olaraq yazılaraq alboma alındı.