Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Obliqato
Obliqato (latın: obligatus – vacib, mütləq) — orkestrdə və ya ansamblda vacib, dəyişməz, əvəzolunmaz alət. Xalq çalğı alətləri ansamblında və orkestrində tar, kamança bu qəbildəndir.
Oblivia
Oblivia (lat. Oblivia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Oblivia mikanioides (Britton) Strother Oblivia simplex (V.M.Badillo) H.Rob.
Bolivar (departament)
Bolivar (isp. Bolívar) — Kolumbiya departamentlərindən biri, ölkənin şimal hissəsində yerləşir. Şimalda Karib dənizi ilə sərhəddir. İnzibati mərkəzi - Kartaqena şəhəridir.
Simon Bolivar
Simón José Antonio de la Santísima Trinidad Bolívar y Palacios Ponte-Andrade y Blanco (isp. Simón José Antonio de la Santísima Trinidad Bolívar Palacios Ponte y Blanco; 24 iyul 1783[…], Karakas, Venesual general-kapitanlığı[d], İspaniya imperiyası – 17 dekabr 1830[…], Kinta-de-San-Pedro-Alexandrino[d], Maqdalena departmenti[d], Böyük Kolumbiya Respublikası) – daha çox Simon Bolivar kimi tanınır. Həmçinin El Libertador və ya Liberator olaraq adlandırılır. O, Venesuelanın, Boliviyanın, Kolumbiyanın, Ekvadorun, Perunun və Panamanın İspaniya imperiyasından ayrılmasına səbəb olan hərəkatın hərbi və siyasi lideri olmuşdur. Bolivar varlı, aristokrat ailəsi olan Kriollo ailəsində anadan olmuşdur. Bütün yuxarı təbəqə ailələrinin övladları kimi 16 yaşında təhsil almaq üçün xaricə göndərilmişdir. İlk öncə İspaniyaya gəlmiş və sonra buradan Fransaya keçmişdir. Avropada olarkən Maariflənmə dövrünün ideyalarından təsirlənmiş və bu ideyalar onda Cənubi Amerikadakı İspaniya hakimiyyətinə son qoymaq istəyinin yaranmasına səbəb olmuşdur. İspaniyanın Yarımada müharibəsi ilə məşğul olmasına görə, Bolivar 1808-ci ildə azadlıq uğrunda mübarizəyə başladı. 1819-cu ilin 7 avqustunda baş vermiş Boyaka döyüşündə əldə edilən qələbə ilə Yeni Qranadanın müstəqilliyinə doğru daha bir addım atıldı.
Venesuela Bolivar Respublikası
Venesuela Bolivar Respublikası (isl. República Bolivariana de Venezuela) — Cənubi Amerika qitəsinin şimalında yerləşir. Qərb və cənub-qərbdən Kolumbiya, cənub və cənub-şərqdən Braziliya, şərqdən Qayana ilə həmsərhəddir. Şimal sahillərini Karib dənizi və Atlantik okeanı yuyur. Paytaxtı Karakas şəhəridir. Karib dənizindəki 70-ə yaxın ada Venesuelaya aiddir. Ən böyüyü keçmişdə mirvariləriylə məşhur olan Marqarita adasıdır. Materikdən 32 km aralı yerləşir. Ərazisi təxminən 916.000 km², əhalisi 28 milyon nəfərdir. Ən hündür zirvəsi Piko Bolivardır (5007 m).
Nikole Oliva
Oliva donanma müharibəsi
Oliva donanma müharibəsi — Polşa-İsveç müharibəsi zamanı 28 noyabr 1627-ci ildə Oliva kəndinin yaxınlığında Qdansk limanının şimalında baş vermişdi. Bu Polşa kral donanmasının ən böyük dəniz döyüşü idi və kiçik İsveç donanmasının məğlubiyyəti ilə nəticələndi.