Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Leon Bonnat
Leon Bonna (fr. Léon Joseph Florentin Bonnat; 20 iyun 1833[…], Bayonna[d], Atlantik Pireney, Fransa – 8 sentyabr 1922[…], Monşi-Sent-Elua[d], Uaza (departament), Fransa) — Fransa rəssamı və bir çox tanınmış rəssamın müəllimi. == Həyatı == Leon Bonna 1833-cü ildə anadan olmuşdur. Federiko Madrazodan Madriddə rəssamlıq təhsili almıdır. İlk əsərləri dini mövzulara həsr etmişdir. 1875-ci ildən tanınmış amerikalıların və avropalıların portretlərini çəkməyə başlamışdır. Dieqo Velaskes kimi ispan rəssamlardan təsirlənmişdir. Adolf Tyers, Viktor Hüqo, Hippolit Tayn, Lui Paster, Jan Ogüst Dominik Enqr və digər tanınmışların portertlərini çəkmişdir. Təxminən 200 portretin müəllifi olmuşdur. 1888-ci ildə Paris Gözəl İncəsənət Akademiyasında müəllim olmuş və 1905-ci ildə akademiyasının başına keçmişdir.
Şatan Boqat
Romen Qari (əsl adı Roman Katsev (Roman Kacew), təxəllüsü Emil Ajar (Émile Ajar); 21 may 1914, Vilnüs, Rusiya imperiyası – 2 dekabr 1980[…], VII arondisman (Paris), Fransa) — yəhudi əsilli fransız yazıçısı, kinorejissor, ssenarist və diplomat. İkinci dünya müharibəsi dövründə hərbi pilot olmuşdur. İki dəfə Qonkur mükafatı laureatı olan yeganə şəxsdir (1956, 1975). == Həyat və yaradıcılığı == Əsl adı Roman Katsev olan yazıçı 8 may 1914-cü ildə Rusiya imperiyasının Vilna şəhərində (indiki Vilnüs, Litva), yəhudi ailəsində dünyaya gəlmişdir. Üç yaşında ikən ailəsi ilə birlikdə Varşavaya köçür. Atası Arye-Leyb Katsev 1925-ci ildə ailəni tərk edir və yenidən evlənir. Bu vaxtdan etibarən Roman anası Nina Ovçinski tərəfindən tərbiyə olunur. 1928-ci ildə o, anası ilə Fransaya, Nitsa şəhərinə köçür. Bu dövrdə Eks-an-Provans və Paris şəhərlərində hüquq təhsili alır və eyni zamanda hərbi pilot olmağa hazırlaşır. İkinci dünya müharibəsi dövründə Roman Böyük Britaniyaya gedir və Şarl de Qoll tərəfindən yaradılan müqavimət hərəkatına qoşulur.