Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
BILSAT-1
BILSAT-1 — Kosmos Texnologiyaları Araşdırma İnstitutu tərəfindən hazırlanan və inkişaf etdirilən bir müşahidə peyki. Hazırlanmasına 14 milyon dollar xərclənmişdir. == Başlanması == BILSAT-1 2003-cü il 27 sentyabr tarixində Rusiyanın 132 nömrəli (Plesetsk kosmodromu) meydançadan Kosmos-3M kosmik qurğusu vasitəsilə kosmosa göndərilmişdir. BILSAT-1 kənd təsərrüfatı, meşə təsərrüfatı, hidroloji, torpaq örtüyü / istifadəsi və xəritələşmə, ətraf mühit və şəhərsalma sahələrinə dair tədqiqatlara həsr edilmişdir. İlk görüntüləri 2003-cü il 18 oktyabr Keyptaun, İskəndərun körfəzi, 30 oktyabrda Türkiyə, noyabr 6-da Küveyt şəhəri olmuşdur.
Polsat Sport News
«Polsat Sport News» — «Cyfrowy Polsat» şirkətinin sahibləndiyi Polşa idman telekanalı. Telekanal Polşada yayımlanan ilk idman kanalıdır. Telekanal 30 may 2011-ci ildə saat 07:00-da yayıma başlamışdır. == Tarixi == 25 oktyabr 2010-cu ildə 146-cı Cyfrowy Polsat kanalında telekanalın test yayımı baş tutmuşdur. 25 may 2011-ci ildə stansiya ikinci multipleksdə yerli rəqəmsal televiziya üçün test yayıma başlamışdır. 30 may 2011-ci ildə müntəzəm yayım saatı olan 07:00-da telekanal əsas yayıma başladı. Lakin rəqəmsal peyk platforması istifadəçiləri telekanalı izləyə bilmirdi. 11 avqust 2011-ci ildə telekanal Cyfrowy Polsat istifadəçilərinə təqdim edilmişdir. 4 noyabr 2011-ci ildə telekanal rəsmi olaraq, Telewizji na Kartę və n platformasına əlavə edilmişdir. 1 noyabr 2012-ci ildə «Polsat Sport News» ilk reklamını yayımlamışdır.