Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Oplenats
Oplenatsdakı Müqəddəs Georgi kilsəsi (serb-kiril. Црква Светог Ђорђа на Опленцу) və ya sadəcə Oplenats (serb-kiril. Опленац) ― Serbiyanın Topola qəsəbəsindəki Oplenats təpəsi üzərində yerləşən Serbiya və Yuqoslaviyada hakimiyyətdə olmuş Karaqeorqiyeviç sülaləsinə aid mavzoley. Oplenac kilsəsi Yuqoslaviya Kralı I Pyotr tərəfindən qurulmuşdur. Kral sülaləsinin bir çox üzvü kilsədə, kilsənin altındakı məzarlıqda və ya kilsə həyətində basdırılmışdır. == Mavzoley == Karaqeorqiyeviç sülaləsinə aid 28 məqabərədən altısı hökmdarlara aiddir. Bu tikililər Serbiya tarixinin vacib məkanlarından biridir. 6 oktyabr 2012-ci ildə Şahzadə Paul, həyat yoldaşı Olqa və oğlu Nikolanın qalıqları Lozannadakı qəbiristanlıqdan çıxarıldıqdan sonra Serbiyaya gətirilərək burada dəfn edilmişdir. == Tarix == 19-cu əsrdə bu ərazi meşə ilə örtülmüşdü. Opelants termini böyük ehtimalla öküz maşınlarındakı taxta hissələr mənasını verən "oplen" dən qaynaqlanır.