Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Oskanlı
Aşağı Oskanlı (Xudafərin)
Oksalat turşusu
Oksalat turşusu (turşəng turşusu) – (etandion turşusu, kimyəvi formulu — C2H2O4 və ya HOOC-COOH) doymuş karboktsilik turşular sinfinə aid güclü kimyəvi üzvi turşudur. Standart şəraitdə oksalat turşusu ağ kristal maddə olan iki əsaslı doymuş karbotksilik turşudur. Oksalat turşusunun duzları və efirləri oksalatlar adlanır. == Tarixi == Oksalat turşusu ilk dəfə 1824-cü ildə alman kimyaçısı Fridrix Völer tərəfindən disiandan sintez edilmişdir. == Təbiətdə tapılması == Təbiətdə turşəng, rhubarb, karambola və bəzi digər bitkilərdə sərbəst formada və kalium və kalsium oksalatları şəklində olur. == Alınması == Sənayedə oksalat turşusu karbohidratların, spirtlərin və qlikolların HNO3 və H2SO4 qarışığı ilə V2O5 iştirakında, və ya etilen və asetilenin HNO3 ilə PdCl2 və ya iştirakı ilə oksidləşməsi, həmçinin propilenin maye NO2 ilə oksidləşməsi ilə alırlar. Turşəng turşusunun alınmasının perspektivli üsulu CO ilə NaOH-dan natrium formaitdan keçməklə alınmasıdır: 2HCOONa=NaOOC-COONa=HOOC-COOH(Oksalat turşusu) 2HOOC-COOH+ 2Na= 2HOOC-COONa+H²(turş duz) HOOC-COOH+ 2NaOH= NaOOC-COONa+2H²O(Normal duz) Onun həmçinin aşağı temperaturda turşu mühitində asetilendən alınması da tətbiq olunur: 5C2H2 + 8 KmnO4 + 12H2SO4 → 5 HOOC–COOH + 8MnSO4 + 4K2SO4 + 12H2O == Xassələri == Yanma entalpiyası (ΔH0yanma) −251,8 kJ/mol Dekarboksilləşmə temperaturu 166–180 °C == Tətbiqi == Laboratoriyalarda oksalat turşusu hidrogen xlorid və hidrogen yodid almaq üçün istifadə olunur: Oksalat turşusu həmçinin xlor dioksidin laboratoriya sintezi üçün də istifadə olunur: Oksalat turşusu və oksalatlar toxuculuq və dəri sənayesində mordant kimi istifadə olunur. Onlar metal örtüklərin — alüminium, titan və qalayların çökməsi üçün anod vannalarının komponentləri kimi xidmət edirlər. Oksalat turşusu və oksalatlar analitik və üzvi kimyada istifadə olunan reagentlərdir. Onlar metal üzərində pas və oksid örtüklərini çıxarmaq üçün kompozisiyalara daxildir; məhluldan nadir torpaq elementlərinin çökdürülməsi üçün istifadə olunur.
Oliviye Boskali
Oliviye Maksim Boskali (18 noyabr 1997-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Nitsa klubunda müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == Boskali Nitsa klubu ilə inkişaf etmişdir. O, Liqa 1-də debütünü 25 aprel 2015-ci ildə Renn klubuna qarşı oyunda etmişdir. O, 84 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə Nitsa Rennə 2-1 hesabı ilə məğlub olmuşdur. Boskali klubda ilk qolunu 18 dekabr 2015-ci ildə Monpelye klubuna qarşı oyunda vurmuş və komandası 1-0 hesabı ilə qələbə qazanmışdır. Beləliklə Boskali 2015-16 Liqa 1 mövsümündə qol vuran ən gənc futbolçu kimi tarixə düşmüşdür. == Milli karyerası == Boskali Monakoda anadan olmuşdur. Monako milli futbol komandası UEFA və FİFA-ya üzv olmadığı üçün Boskali Fransa millisini təmsil etmək qərarına gəlmişdir. Fransanın U-17, U-18, U-19 və U-20 gənclər millilərində çıxış etmişdir.
Oskari Sallinen
Oskari Sallinen (22 iyun 2001-ci ildə Finlandiyada anadan olub) — JJK klubundan icarə əsasında da Erediviziya təmsilçilərindən olan Qroningen klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Finlandiyalı futbolçudur. == Klub karyerası == === Villiketut === Sallinen Villiketut akademiyası vasitəsilə inkişaf etmişdir. Sallinen öz peşəkar karyerasında debütünü 7 may 2017-ci ildə TP-47 klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə Villiketut liqa görüşündə rəqibinə 4-1 hesabı ilə məğlub olmuşdur. === JJK === Sallinen 2017-ci ilin yayında JJK klubuna transfer olmuşdur. O, klub ilə debütünü 15 iyun 2017-ci ildə HJK Helsinki klubuna qarşı oyunda etmişdir. O, 83-cü dəqiqədə Tommi Karini əvəz etmişdir. Həmin görüşdə JJK liqa görüşündə rəqibinə 4-0 hesabı ilə məğlub olmuşdur. === Qroningen === 19 iyul 2017-ci ildə Sallinen satın alma qarşılığında Erediviziya təmsilçilərindən olan Qroningen klubuna icarəyə verilmişdir.
Aşkali bayrağı
Aşkali bayrağı — aşkalilərin öz yurdlarında və diasporda aşkali millətini təmsil etməsi seçdiyi bayraq. Aşkali bayrağı Albaniya bayrağından ilhamlanmışdır, çünki aşkalilərin əksəriyyəti albandillidir.
Filip Ospali
Filip Ospali (15 may 1976, Usti nad Labem) — Çexiyanı təmsil edən triatlonçu. == Karyerası == Filip Ospali Çexiyanı 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı nəticəsiz başa vurdu. Daha sonra Filip Ospali Çexiyanı 2004-cü ildə Afina şəhərində (Yunanıstan) baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 29-cu pillədə başa vurdu. Növbəti dəfə Filip Ospali Çexiyanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 20-ci pillədə başa vurdu.
Aşağı Oskanlı (Xudafərin)
Aşağı Oskanlı (fars. اسكانلوی سفلی‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,800 nəfər yaşayır (180 ailə).
Yuxarı Oskanlı (Xudafərin)
Yuxarı Oskanlı (fars. اسكانلوي عليا‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 473 nəfər yaşayır (84 ailə).
Gilad Şalit
Gilad Şalit (ivr. ‏גלעד שליט‏‎) (28 avqust 1986, Nahariya, İsrail) — İsrail müdafiə ordusunun əsgəri. 25 iyun 2006-cı ildə Hamas döyüşçüləri tərəfindən oğurlanıb. 18 oktyabr 2011-ci ildə, beş il dörd aylıq əsirlikdən sonra, Gilad İsrail həbsxanalarındakı 1027 nəfər fələstinli məhbusun azad edilməsi qarşılığında İsrailə təhvil verildi.
Askalı Məhəmməd Həsənli (Xudafərin)
Askalı Məhəmməd Həsənli (fars. اسكلو محمد حسنلو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 214 nəfər yaşayır (32 ailə).