Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cozef Kudelka
Cozef Kudelka (10 yanvar 1938[…], Boskovitsə[d][…]) – çexiyalı fotoqraf. == Bioqrafiyası == Cozef Kudelka 1938-ci ilin 10 yanvarında Çexiyanın Moraviya əyalətinin Boskovitse şəhərində anadan olub. 1956–1961-ci illərdə Praqada Çexiya Texniki Universitetində oxuyub Mühəndislik Dərəcəsi alıb. O, fotoqrafiyaya öz ailə üzvlərini və ətrafındakı dost-tanışı çəkməklə başlayıb. İlk fotosərgisi 1961-ci ildə olub. Sonralar Praqa və Bratislavada təyyarəçilik mühəndisi kimi işləyib. O, teatr jurnallarından sifarişlər qəbul etməyə başlayır və mütəmadi olaraq öz Rolleiflex aparatı ilə səhnə fotoları çəkir. 1967-ci ildə Kudelka öz mühəndislik karyerasından imtina edib bütövlükdə fotoqrafiya ilə məşğul olmağa qərar verir. 1968-ci ilin avqustunda Sovet işğalından iki gün əvvəl o, Rumıniyada qaraçılar haqqındakı layihəsini çəkib geri qayıdır. O, Çexiya islahatlarını boğan və Praqanı zəbt edən Varşava Paktının hərbi gücünü görür və bu hadisələri lentin yaddaşına köçürür.
Yozef Kudelka

Etelka Qerster
Etelka Qerster (27 iyun 1855, Kоşitsе, Macarıstan krallığı – 20 avqust 1920) — Macarıstan sopranosu. 1876-cı ildə İtaliyada və növbəti il isə Londonda çıxış etmişdi. == Həyatı == 1878-ci ildə Nyu-York şəhərinin Musiqi Akademiyasında çıxış edən Etelka həmin dövrdə aparıcı müğənnilərindən biri sayılırdı. Qızı dirijor Friç Rayner ilə ailə həyatı qurmuşdu. Qerster övladı doğulduqdan sonra öz səsini itirdi və bir daha heç vaxt oxumadı. 1896-cı ildən 1917-ci ilə qədər Berlində ifaçılıq dərsləri keçirdi. == İstinadlar == == Mənbə == Enciklopedia Slovenska. II. zväzok. Bratislava, 1978. VEDA Seeger, Horst: Opernlexikon.
Belka və Strelka
Belka və Strelka — kosmonavt-itlər. 19 avqust 1960-cı il tarixində Sputnik 5 kosmik gəmisində kosmosa uçmuşlar. Missiyanın məqsədi orqanizmlərin kosmosun çəkisizlik şəraitinə reaksiyalarını yoxlamaq idi. Onları 42 siçan, boz dovşan, iki siçovul, milçək və bir neçə bitki və göbələk müşayiət edirdi. Sputnik 5 Yer ətrafında 17 dövr edib və orbitdə 27 saat olub. Onlar Yer kürəsinin orbitinə çıxan və sağ-salamat qayıdan ilk yerdə doğulmuş canlılar idi. Strelka yer əsaslı kosmos təcrübələrində iştirak edən lakin heç vaxt kosmosda olmayan Puşok adlı erkək itdən altı bala sahibi oldu. Balalardan birinə Puşinka (rus. Пушинка) adı verildi və 1961-ci ildə Nikita Xruşşov tərəfindən prezident Con Kennediyə hədiyyə edildi. == İrsi == 2010-cu ildə Belka və Strelka: Ulduz İtlər(ru) adlı rus bədii cizgi filmi buraxıldı.