Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Perekop
Perekop (krımtat. Or Qapu (Or), Ор Къапу (Ор)) — Or bərzəxində, Krım yarımadası ilə materik arasında torpaq əlaqəsini təşkil edən şəhər (1920-ci ilə qədər). Or-Kapı şəhərinin Krım-tatarca adı "xəndək qapı" deməkdir (krımtat. or — xəndək; qapı — qapı, darvaza). P. Peter Simon Pallasın fikrincə "Perekop" orijinal slavyan adıdır və bütün toponimlər, o cümlədən Krım tatar, yunan və s. ondan törəmişdir. == Tarixi == Coğrafi mövqeyinə görə Perekop həmişə böyük strateji əhəmiyyətə malik olmuşdur. Bundan əlavə, antik dövrlərdə yaxınlıqda yerləşən duz yataqları səbəbindən zəngin bir ticarət şəhərinə çevrilir. 1-ci əsrdə Ellis Plininin qeydlərində Perekop və Or bərzəxi Tafros adı ilə ətraflı təsvir edilmişdir (qədim yunan dilindən - Perekop). Burada böyük qoruyucu bürcləri olan bir qaladan bəhs olunur.
Perevoz
Perevoz (rus. Перево́з) — Rusiyanın Nijeqorod vilayətində şəhər (2001-ci ildən), Perevoz bələdiyyə dairəsinin inzibati mərkəzi. == Coğrafiya == Şəhər Pyana çayı üzərində yerləşir. Burada Moskva–Yekaterinburq magistralında üzərindəki Qorki dəmiryolunun Perevoz dəmiryolu stansiyasını yerləşir. == İqtisadiyyat == Perevoz şəhəri 2007-ci ildə rayon abadlıq müsabiqəsinin qalibi olmuşdur. 2008-ci ildə şəhərdə üzgüçülük hovuzu, konkisürmə meydançası və kinoteatrı olan idman kompleksi tikilmişdir. Şəhərdə Mixail-Arxangelsk məbədi tikilmişdir. == Qalereya == == İstinadlar == == Əlavə ədəbiyyat == Пья́нский перево́з // Прокат — Раковины. — М. : Советская энциклопедия, 1955. — С. 390.
Pərəsər
Pərəsər — İranın Gilan ostanında yerləşən şəhər. == Əhalisi == Pərəsər əhalisinin çoxluğunu Azərbaycanlılar və Talışlar təşkil edir. Burada yaşayan etnik Talışlar əsasən islamın sünni-şafei qoluna etiqad edirlər; Azərbaycanlılar isə əsasən şiə-cəfəri inanclıdır.
Serebro
Serebro – rus pop qrupu. == Tarixi == Qrup 2006-cı ildən fəaliyyət göstərir. Qrupun üzvləri:Yelena Temnikova, Anastasiya Karpova və Olqa Seryabkinadır. Qrupun produseri məşhur Maksim (Maks) Fadeevdir. Serebro 2007-ci ildə "Song #1" adlı mahnı ilə Rusiyanı Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və finalda 207 bal toplayaraq 3-cü olmuşdur. 2009-cu ildə Serebro OpiumROZ adlı ilk albomunu ictimaiyyətə təqdim edir. Qrup Russian Music Awards və Qızıl Qrammafon kimi mükafatların sahibidir. Həmçinin Britni Spirsin "Oops!…I Did It Again" adlı mahnısının plaqiatını elədiyi üçün utancverici "Qızıl Qaloş" mükafatına da sahib çıxıb.
Pretor
Pretor (lat. praetor, lat. prae-ire — irəlidə getmək, idarə etmək) — Qədim Romada dövlət vəzifəsi. Tarixi dövrlərdən asılı olaraq bu vəzifənin məzmunu və funksiyası müxtəlif olmuşdur. İlkin respublika dövründə iki ali magistrat — konsul və diktator pretor adlandırılırdı. E.ə. 367 ci ildə Litsini-Seksti qanunlarına görə ali dövlət vəzifəsi konsul, ondan sonrakı ikinci dərəcəli vəzifə pretor adlandırılırdı və onun əsas səlahiyyətlərinə ancaq vətəndaşların işlərinə baxan şəhər məhkəməsi daxil idi. Konsul olmadıqda ali hakimiyyət onun səlahiyyətinə keçmiş olurdu. E.ə. 242 ci ildən başlayaraq iki pretor seçilməyə başlanılır:Roma vətəndaşları arasındakı məhkəmə işlərinə rəhbərlik üçün, şəhər pretoru (lat.
Pətəxor (Nəmin)
Pətəxor (fars. پته خور‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 414 nəfər yaşayır (85 ailə).
Orxan Ərəbov
Orxan Ramiz oğlu Ərəbov (24 avqust 1993; Qədili, Samux rayonu, Azərbaycan — 29 sentyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Orxan Ərəbov 1993-cü il avqustun 24-də Samux rayonunun Qədili kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Orxan Ərəbov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Ərəbov sentyabrın 29-da Madagizin azad edilməsi zamanı şəhid olub. Samux rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Ərəbov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Ərəbov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Aşıq Ədhəm Ərəbov
Aşıq Ədhəm Ərəbov (tam adı: Ədhəm Aslan oğlu Ərəbov) — Azərbaycan aşığı. Aşıqların III Qurultayının iştirakçısı == Həyatı == Əlhəm Ərəbov 1912-cü ildə Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olmuşdur.
Şarl Moris de Taleyran-Periqor
Şarl Moris de Taleyran-Periqor (fr. Charles Maurice de Talleyrand-Périgord; 2 fevral 1754 və ya 13 fevral 1754, Paris, Fransa krallığı – 17 may 1838[…] və ya 1838, Paris, İyul monarxiyası) — Fransa dövlət xadimi və diplomat, 1799-1807 və 1814-1815–ci illərdə Fransanın xarici işlər naziri, Vyana konqresinin iştirakçısı. == Həyatı == Taleyran 2 fevral 1754-cü ildə Paris yaxınlığında mövcud olan Qaransyer küçəsi evdə dünyaya göz açmışdı. Bu küçə XV əsrdən mövcud idi. Onun ailəsi Fransanın məşhur zadəgan ailələrindən idi. Atası Şarl Daniel Şalenin knyazı, Periqorun qrafı De Bovil və Mareyin baronu idi. Anası isə krallıq dövrünün saray xanımlarından idi. Şarl Morisi Sen-Sülpisdə balaca bir kilsədə xaç suyuna saldılar. Onun xaç atası əmisi Aleksandr Anjelik idi ki, gələcəkdə Parisin arxiyepiskopu olacaqdı. Kilsədən çixandan sonra uşaq dayəsi ilə birlikdə Sen Jaka göndərildi.