Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pianola
Pianola , Mexaniki piano və ya Avtomat piano pianonun bir növü olub,avtomatik simli-klavişli musiqi alətidir. Pianola həm də : 1.pianonu və ya royalı mexaniki pianoya çevirən alətin içərisinə yerləşdirilən əlavə qurğu; 2.Pianola istehsal edən firmalardan birinin brend adıdır. == Alətin tarixi == İlk Pianola 1887-ci ildə konstruksiya edilmişdi. XX əsrin əvvəllərində Pianola hədsiz dərəcədə populyar idi. Qramofonun icad edilməsindən sonra pianola tədricən geniş istifadədən çıxdı.
Finval
Finval (lat. Balaenoptera physalus) — Zolaqlı balinalar fəsiləsinə aid növ. Göy balinanın yaxın qohumu hesab edilir və ondan sonra ölçülərinə görə ikinci canlıdır. Yaxın qohum olmaları bəzən onlardan hibridlərin törəməsinə səbəb olur. == Təsnifat == Finval ilk dəfə Federik Martenson tərəfindən 1675-ci ildə sonradan isə Pol Dadlı tərəfində 1725-ci ildə qeydə alınmışdır. Növün təsnifatını və elmi qeydiyyatını Linnaeus verir (Balaena physalus, 1758). Qraf Laseped XIX əsrin əvvəllərində yendən təsnifatını vermiş və Balaenoptera physalus adlandırmışdır. Finvallar Zolaqlı balinalar (Balaenopteridae) fəsiləsinə, Dişsiz balinalar sinfinə aid növdür. İstər Şimali Atlantika, istərsə Sakit okeanın şimal hissəsində finvallarla Göy balinaların ibridlərinə rast gəlinir. 2006-cı il məlumatına görə finvalların iki yarımnövü vardır.
Aanval
Aanval xüsusi olaraq Snort, Suricata və Syslog məlumatları ilə istifadə üçün nəzərdə tutulmuş kommersiya SIEM məhsuludur. Aanval 2003-cü ildən aktiv inkişaf mərhələsindədir və sənayedə ən uzun müddət işləyən Snort qabiliyyətli SIEM məhsullarından biri olaraq qalır. Aanval niderland dilində "hücum" deməkdir. == Tarix == Aanval 2003-cü ildə Loyal Moses tərəfindən yaradılmışdır, lakin 2004-cü ilin mart ayına qədər ictimaiyyətə təqdim edilməmişdir və C1-RA1008 özəl kommersiya lisenziyası ilə buraxılmışdır. Proqram təminatının bütün ömrü ona Aanvaldan əlavə OpenAanval və ya ComAanval da istinad edilmişdir. Aanval veb-brauzerdən AJAX üslubunda təhlükəsizlik hadisələrinin monitorinqini və hesabatını təmin edirdi. Aanval yaradılandan bəri o, Snort, Suricata və Syslog məlumatlarının normallaşdırılmasına xüsusi diqqət yetirməklə müdaxilənin aşkarlanması, korrelyasiya və təhlükənin idarə edilməsi konsoluna çevrilmişdir.