Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Polyak
Polyaklar və ya polşalılar (pol. Polacy; tək: Polak) — Avropada, əsasən Polşada yaşayan, polyak / polşa dilində danışan xalq. Polyak dilində şəxs üçün: " Polak" (kişi) və " Polka" (qadın).
Kolubar dairəsi
Kolubara dairəsi (serb. Колубарски управни округ) — Serbiyanın qərb hissəsində yerləşən dairə. == İnzibati bölgüsü == Dairənin ərazisi 6 icmaya bölünüb: Valevo Oseçina Ub Laykovats Mionitsa Liq == Əhalisi == 2011-ci ildə aparılan rəsmi siyahıyaalmaya görə, Kolubara dairəsinin 174,513 sakini var.
Voluyak dağı
Voluyak — Bosniya və Herseqovinanın Monteneqro ilə sərhəddində yerləşən dağ massivi. Geoloji baxımdan Voluyak Dinar Alplarının bir hissəsi hesab olunur. Əsasən çöküntü, əhəng daşlı və dolomit mənşəli süxurlardan ibarətdir. Voluyak cənub-qərb istiqamətində, Suxaya vadisi boyu silsilə şəkilində uzanır. Massiv Bosniya və Herseqovina sərhhədindən iti bucaq formasında dönərək Manteneqro ərazisinə keçir. Dağ massivinin Bosniya və Herseqovina ərazisinində olan hissəsi Suteska Milli Parkının ərazisinə daxildir. Monteneqro daxilində də massiv qorunan statusuna malikdir. Ən yüksək zirvələri Voluyak (2337 m), Studenak (2296 m) Badnine (2245 m) və Trnovaçki Durmitordur (2232 m). Dağ massivinin şimal ətəklərində Trnovaçko gölü yerləşir. Voluyak silsiləsi şimal-şərqdən Suxaya vadisi və Maqliç dağı ilə, cənub-qərbdən İzqori vadisi və Lebrşnik dağları ilə, şimal-qərbdən isə Sutess çayı vadisi ilə həmsərhəddir.
Mixai Pollak
Mixai Pollak və ya Maykl Pollak - (mac. Pollack Mihály, 30 avqust 1773, Vyana – 3 yanvar 1855[…], Peşt[d], Peşt medyesi) Avstriyada anadan olmuş macar memar. Onun məşhur işlərindən biri Macarıstan Milli Muzeyidir. == Həyatı == Mixai Pollak 1773-cü ildə Vyanada anadan olmuşdur. 1793-1794-cü illərdə o memar qardaşı ilə birgə Milanda yaşayır. 1798-ci ildə yenidən Budapeştə qayıdan Mixai 1808-ci ildə Şəhər Abadlaşdırma Komissiyasında mühüm bir rola sahib olur. 1810-1830-cu illərdə Mixai bir çox yaşayış binası, böyük saraylar və ictimai binaların layihələrini hazırlamışdır. Onun memarlıq üslubu ilə bağlı barokko ilə neoklassik üslub arasında bir yerdə olduğunu söyləmək olar. Mixai Pollak 1855-ci ildə Budapeştdə vəfat etmişdir.
Polyak dili
Polyak dili (język polski, polszczyzna) — polyakların dili. Hind-Avropa dillərinin Qərbi slavyan dilləri qrupunun lehit dilləri yarımqrupuna aiddir.