Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Posadnıy
Posadnıy — Şərqi Sibir dənizində yerləşən Anju adaları qrupuna daxil olan elədə böyük olmayan ada. İnzibati cəhətdən Yakutiyanın Bulunski ulusu ərazisinə daxildir. Bunqe Torpağı yarımadasının cənub-qərb qutaracağı yaxınlığında, Malıginsev buxtasının girəcəyində, Sannikov boğazında yerləşir. Qərbdən şərqə uzanmış formadadır. Maksimal hündürlüyü 2 metr təşkil edir. Ada çoxlu sayda qollarda bölünmüşdür. Qumla örtülmüşdür.
Domaşniy adası
Domaşniy adası — Sedov arxipelaqı qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Sedov arxipelaqının qərb hissəsində yerləşir. Domaşniy adasından şərqdə Sredniy adası yerləşir. Bu iki ada arasında eni 0,8–1,2 km arasında dəyişən və dərinliyi 25 metr olan Sergey Kamenev boğazı yürləşir. Şimal-qərbdən cənub-şərqə doğru uzanır. Uzunluğu 4,3 kilometr, eni isə 950 metr təşkil edir. Adanın mərkəzində 20,7 m olan qaya cardır. Sahillərinin böyük hissəsi sıldırımlıdır. Adada çay yoxdur.
Lüdmila Bobrus-Poradnik
Lüdmila Konstantinovna Bobrus-Poradnik (qızlıq soyadı: Bobrus; d. 11 yanvar 1946; Kiyev, Ukrayna) — Sovet İttifaqını təmsil edən Ukraynalı sabiq həndbolçu. Lüdmila Bobrus, Sovet İttifaqının yığması ilə birgə 1976 Monreal Olimpiadasında və 1980 Moskva Olimpiadasında qızıl medal qazanıb. Lüdmila Bobrus, həm də Dünya Çempionatlarında 2 gümüş və 1 bürünc medala sahib olub. == Karyerası == Lüdmila Bobrus, 1976-cı ildə Sovet İttifaqının yığması ilə birgə Kanadanın Monreal şəhərində baş tutan XXI Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların son turunda Sovet İttifaqının yığması, Şərqi Almaniya yığmasını 14:11 hesabı ilə məğlub etdi və XXI Yay Olimpiya Oyunlarının çempionu oldu. Lüdmila Bobrus növbəti dəfə Olimpiya Oyunlarına, 1980-ci ildə elə Sovet İttifaqının Moskva şəhərində baş tutan XXII Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların son turunda Sovet İttifaqının yığması, yenə Şərqi Almaniya yığmasını 18:13 hesabı ilə məğlub etdi və XXII Yay Olimpiya Oyunlarının çempionu oldu.