Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Katolski Posol
Katolski Posol () — Sorb kilsə qəzeti. Qəzetin naşiri Kiril və Methodiusun Sorb Cəmiyyətidir. Domovina nəşriyyatı tərəfindən nəşr edilmişdir. == Tarixi == Həftəlik 1863-cü ildə Mixal Qornik tərəfindən təsis edilib. Katolski Posol, "Katolik Serblər Assosiasiyası" (bu gün - Müqəddəs Kiril və Methodius Cəmiyyəti) sosial-mədəni təşkilatının köməyi ilə nəşr edilmişdir. 1923-cü ildə Meissen yeparxiyasının bərpa edilmiş ilk sinodunda qəzet kilsə əleyhinə meyllərdə ittiham edildi. Bundan sonra keşiş Yakub Skalinin təklifi ilə Kiril və Methodius cəmiyyətinin nəzarətinə keçib. 1939-cu ildən Milli Sosializm dövründə qəzet qadağan edildi. Müharibədən sonra katolik qəzeti üçün ADR hakimiyyət orqanlarından lisenziya almaq çox çətin idi. Yalnız 1950-ci ildə lisenziya qəzetə qaytarıldı, çünki Sovet hərbi rəhbərliyi və ADR hakimiyyəti kilsə mətbuatına mənfi münasibət bəsləyirdi.
Qoqol-moqol
Qoqol-moqol- Alman sözüdür, mənası qarışdırmaq deməkdir.Yumurtanın sarısı ilə şəkərdən hazırlanan yeməkdir. Müxtəlif komponentləri(ərzaqarı): şərab, bal, vanilin, kakao, süd, çörək , meyvə və meyvə şirələrini də əlavə etməklə hazırlamaq olar. == Etimologiyası == Maks Fasmerin lüğəti bu adların mənşəyini bir neçə versiyasını gətirir: ingilis dilində hooq-muq, hooqle-polyak dilindən koqel-moqel, alman dilindən Kuddelmudel (qarışıq) kokteylin ixtirasını almanlar alman şirniyyatçısı Manfred Kökenbauerin adına yazırlar. Əfsanəyə əsasən Moqilyovda Qoqel familiyasında kantor (dini müğənni) öz səsini itirmişdi və boğazını müalicə etmək üçün belə bir resept icad etmişdi. Bu əfsanənin başqa versiyasına görə qrafinaya Bronislava Potoskaya Bolşoy Svorotdan bu resepti bir az müasirləşdirib balı,çörəklə əvəz edib və adını dəyişdirərək "qoqel-moqil" əvəzinə "qoqol-moqol" qoyub.
Bohol
Bohol — Filippin arxipilaqının Visayan qrupunda ada. Adanın sahəsi təqribən 3.9 min km².-dir. Səthi hündürlüyü 800 metrədək olan yayladan ibarətdir. Sahilləri mərcan rifləridir. İqlimi ekvatorialdır. Rütubətli ekvatorial meşələr, tropik bitki əkinçiliyi yayılmışdır. Əsas şəhəri Taqbilaran portudur.
Bokmol
Norveç dili (norv. norsk) — Əsasən Norveçdə danışılan, Skandinav dillərindən biri. == Tarixi == Norveç dilinin və eləcə də İsveç dili və Dan dilinin ən qədim variantı Qədim skandinav dili hesab olunur. Bu dönəmdə runik əlifba ilə yazılan dil, 1030-cu ildə xristianlığın yayılması ilə birlikdə Latın əlifbası ilə əvəz olunmuşdur. Norveç dili ətraf dillərdən bu dönəmdə ayrılmağa başlamışdır. Zamanla Skandinav dili Şərq Skandinav dilinə və Qərb Skandinav dilinə ayrılmağa başlamışdır. Norveçdə, İslandiyada, Farer adalarında, Qrenlandiyada Qərb Skandinavcası istifadə olunurdu. Bu dil özlüyündə də XIV əsrdə ayrılmağa başlamış və bu ayrımın nəticəsində müasir İsland dili və Farer dili yaranmışdır. 1350-1525-ci illər arası istifadə olunan dil Orta Norveç dili olaraq bilinir. === Dan dilinin təsiri === 1397-ci ildən Kalmar Birliyinə tabe olan Norveçdə Dan dilinin təsiri artmağa başlayır və idarəetmə dili olur.
COBOL
KOBOL (COmmon Business Oriented Language) – 1959-cu ildə, ABŞ-dəki kompüter istehsalçıları, xüsusi sektor və dövlət sektorundakı kompüter istifadəçilərindən ibarət yaranan bir qrup tərəfindən inkişaf etdirilmişdir. Kobol dilinin inkişaf etdirilməsində məqsəd informasiya mübadiləsində, analitik araşdırmalarda və biznes-əlavələrdə istifadə ediləcək daşına bilən bir proqramlaşdırma dili istifadə etməkdir. Kobol dili hələ də ABŞ-də bəzi proramistlər tərəfindən istifadə edilməkdədir. Kobol dilinin strukturu ingilis dilinə çox yaxındır. == Hello world == == Digər proqramlaşdırma dilləri == Ada Assembler Basic C C++ C# Fortran JAL Java LISP Objective-C Pascal Perl PHP Prolog Python Ruby Scheme Delphi == Ədəbiyyat == Роберт В Себеста, "Concepts of Programming Languages", 2001. Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Domon
Domon (fr. Domont) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel, kanton — Anq'yan-le-Ben. Əhalisi — 14.883 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 20 km şimalda, Serji belediyyənin 20 km şərqdə yerləşir. == Demoqrafiya == Əhalinin dinamikası (Cassini и INSEE): == Qardaşlaşmış şəhərlər == Qermerinq, Almaniya (1984) Şepşed, Böyük Britaniya (1989) Volştın, Polşa (2005) Buya, İtaliya (2009) == Tanınmış şəxsiyyətlər == Remi Mareval, fransız futbolçu.
KOBOL
KOBOL (COmmon Business Oriented Language) – 1959-cu ildə, ABŞ-dəki kompüter istehsalçıları, xüsusi sektor və dövlət sektorundakı kompüter istifadəçilərindən ibarət yaranan bir qrup tərəfindən inkişaf etdirilmişdir. Kobol dilinin inkişaf etdirilməsində məqsəd informasiya mübadiləsində, analitik araşdırmalarda və biznes-əlavələrdə istifadə ediləcək daşına bilən bir proqramlaşdırma dili istifadə etməkdir. Kobol dili hələ də ABŞ-də bəzi proramistlər tərəfindən istifadə edilməkdədir. Kobol dilinin strukturu ingilis dilinə çox yaxındır. == Hello world == == Digər proqramlaşdırma dilləri == Ada Assembler Basic C C++ C# Fortran JAL Java LISP Objective-C Pascal Perl PHP Prolog Python Ruby Scheme Delphi == Ədəbiyyat == Роберт В Себеста, "Concepts of Programming Languages", 2001. Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Komor
Komor adaları, Qəmər adaları, rəsmi adı Komorlar İttifaqı, daha çox Komor adaları adı işlədilir (2002-ci ilədək — Federativ İslam Komor Adaları Respublikası) — Hind okeanında dövlət. Mozambik körfəzində Madaqaskar adasının şimalı ilə Mozambikin şimalı arasında yerləşir. Ərazisi — 1862 km²( Mayotta (Maore) adası ilə 2235 km²).Federativ Respublika olan Komor adaları 3 muxtar vilayətdən (adadan) ibaretdir: Nqazidja (Qrand Komor), Ndzvani (Anjuan) və Mvali (Moheli) Paytaxtı — Moroni şəhərinin 54 min sakin (2011-ci il) var. Ölkənin adı ərəb sözü olan əl-qəmər (al-kamr)dən yaranıb, «ay» deməkdir. Ayın təsviri bayrağında da vardır. 6.VII.1975-ci il tarixindən Komor adaları - müstəqil dövlətdir. Ölkənin prezidenti 26.V.2016 başlayaraq - Azali Assoumani, eyni zamanda o, həm baş nazirdir. == Tarix == Komor Adalarının doğru adı Qəmər adalarıdır. Osmanlı qeydlərində və Ərəbcədə bu adla keçər. Qəmər sözü Ərəbcədə "ay" deməkdir.
Lomon
Lomon (fr. Lomont) — Fransa kommunası, Franş-Konte regionunda yerləşir. Departament — Yuxarı Sona. Qərbi Erikur kantonuna daxildir. Kommuna rayonu — Lur. == Coğrafiya == Kommuna Parisdən təxminən 350 km cənub-şərqdə, Bezansondan 65 km şimal-şərqində, Vezouldan 35 km şərqində yerləşir.. == Əhalisi == == İqtisadiyyatı == 2010-cu ildə 238 nəfərdən (15-64 yaş) olanlar arasında 164-ü iqtisadi cəhətdən aktiv, 74-ü qeyri-aktivdir (fəaliyyət göstəricisi 68,9%, 1999-cu ildə isə 65,0%). 164 aktiv sakindən 150 nəfər işləyib (89 kişi və 61 qadın), 14 nəfər işsizdir (9 kişi və 5 qadın). 74 qeyri-aktiv arasında 14 nəfər tələbə, 34 nəfər təqaüdçü, 26 nəfəri isə digər səbəblərlə qeyri-aktivdir.. == Əhəmiyyətli yerləri == Kommunanın aşağı hissəsində bulaq və ictimai camaşırxana yerləşir (XIX əsr).
Parol
Parol (fr. parole, en. password) — rəqəm, söz, işarələrin gizli kombinasiyası olub, şəxslərin bir-birlərini tanıması üçün və ya informasiya təhlükəsizliyində istifadə edilir. Parol subyektin identifikatorudur. Autentikasiyanın ən geniş yayılmış növüdür. Daxil edilmiş parol və istifadəçi üçün əvvəlcədən verilmiş parol müqayisə edilir. Onlar üst-üstə düşdükdə istifadəçinin həqiqiliyi təsdiqlənmiş sayılır. Parolların ən başlıca nöqsanı onların elektron ələ keçirilməsidir. Praktik olaraq yeganə çıxış yolu rabitə xətləri ilə ötürülməzdən əvvəl parolların kriptoqrafik şifrələnməsidir. Aşağıdakı tədbirlər parol mühafizəsinin etibarını artırmağa xeyli imkan verir: texniki məhdudiyyətlər qoyulması (parol çox qısa olmamalıdır, parolda hərf, rəqəm, durğu işarələri olmalıdır və s.) parolun fəaliyyət müddətinin idarə olunması, onların vaxtaşırı dəyişdirilməsi; parollar faylına icazənin məhdudlaşdırılması; sistemə uğursuz daxilolma cəhdlərinin məhdudlaşdırılması; istifadəçilərin təlimatlandırılması; parol generasiya edən proqramların istifadəsi.
Penol
Penol (fr. Penol) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kot-Sent-Andre kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38300. Kommunanın 1999-cu il üçün əhalisi 288 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 281 ilə 455 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 50 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Polop
Polop (isp. Polop) — İspaniyada yerləşən şəhər və bələdiyyə. Bələdiyyə Marina-Baxa ərazisinin 22.58 km² hissəsini əhatə edir. 2010-cu ilin siyahıya alınmasına görə əhali 4,994 nəfərə çatmışdır. Polop şəhəri inzibati mərkəzdən 53 km məsafə uzaqlıqda yerləşir.
Pomerol
Pomerol (fr. Pomayrols, oks. Pomairòls) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Jenye-d’Olt kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12184. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 160 km şimal-şərqdə, Rodezdən isə 39 km şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 148 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 97 nəfər (15–64 yaş) arasında 70 nəfər iqtisadi fəal, 27 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 72,2%, 1999-cu ildə 70,0%).
Ponor
Poqon
Poqon (rus. погон) — xüsusi geyim formalarında çiyin üstdə daşınan hərbi rütbənin yerləşdiyi geyim elementi və ayrı — ayrı nazirliklərə, idarə və təşkilatlara mənsub olma fərqlənmə nişanları. Hərbi və ya başqa rəsmi paltarda çiyinə tikilən və ya yapışdırılan fərqlənmə nişanı. Hal-hazırda dünyanın bütün ordularında istifadə edilir. == Yaranma tarixi == İlk dövrlərdə poqonlar çiyində asılan qılınc və patron qutusunun kəmərinin sürüşüb düşməsinin qarşısını almaq üçün istifadə edilirdi.
Promil
Promil (lat. pro mille – hər minə) — hər hansı kəmiyyətin mində bir hissəsi. Promil faizin onda birinə bərabərdir və ‰ işarəsi ilə qeyd olunur. Bu işarənin üç ədəd sıfır rəqəmindən tərtib edilməsi Promilin tərifi ilə əlaqədardır. Bəzi kəmiyyətlər ənənəvi olaraq Promil ilə ölçülür; məsələn, dəniz suyunun şorluğu ‰ ilə göstərilir. Suyun şorluğunun 35 Promil olması onun kütləsinin 0,035 hissəsinin duzlardan ibarət olduğu deməkdir (hər litrə 35 qram). Dəmir yollarının meyilliliyi kiçik olduğundan onu da Promil ilə hesablayırlar.
Qomel
Qomel (belar. Гомель, Ğomyel) — Belarusda şəhər. Qomel vilayətinin inzibati mərkəzi. Ölkənin cənub-şərqində Soj çayının sahilində, paytaxt Minsk şəhərindən 302 km cənub-şərqdə, Brestdən 534 km şərqdə, Mogilyov şəhərindən 171 km cənubda, Moskva şəhərindən 567 km cənub-qərbdə yerləşir. 1 yanvar 2017-ci il hesablamalarına görə, şəhər əhalisinin sayı 535,229 nəfərdir.
Qoqol
Nikolay Vasilyeviç Qoqol (rus. Николай Васильевич Гоголь doğulanda Yanovski, 1821-ci ildən - Qoqol-Yanovski; 1822-ci ildən - Qoqol; 20 mart [1 aprel] 1809, Soroçintsı, Mirqorod rayonu, Poltava quberniyası - 21 fevral [4 mart] 1852, Moskva) - rus nasir, dramaturq, tənqidçi, publisist, rus ədəbiyyatının klassiklərindən biri kimi tanınır. Qoqol-Yanovskilərin köhnə "malorus" zadəgan ailəsindən idi. V.Belinskinin və N.Çernışevskinin fikrincə, Qoqol ədəbi hərəkatın - 1840-cı illərin “təbii məktəb”inin əsas mərhələsinin banisi oldu; müasir tədqiqatçılar onun rus və dünya ədəbiyyatına böyük təsiri olduğuna inanırlar. Mixail Bulqakov, Fyodor Dostoyevski, Rünoske Akutaqava, Flanneri Okonnor, Franz Kafka və bir çox başqaları Qoqolun yaradıcılığının təsirini etiraf etdilər. == Həyatı == ==== Uşaqlıq və gənclik illəri ==== Nikolay Vasilyeviç Yanovski 1809-cu il martın 20-də (1 aprel) Poltava və Mirqorod rayonlarının (Poltava quberniyası) sərhədində, Psel çayı yaxınlığındakı Soroçintsı şəhərində anadan olmuşdur. Nikolay adı Müqəddəs Nikolayın şərəfinə verilmişdi. Ailə üzvlərinin dediyinə görə, o, köhnə kazak ailəsindən olub və guya Zaporojye Polşa-Litva Birliyinin Sağ Sahil ordusunun hetmanı Ostap Qoqolun nəslindən olub. Onun əcdadlarından bəziləri də zadəganları incidirdi və Qoqolun babası Afanasi Demyanoviç Qoqol-Yanovski (1738-1805) rəsmi qəzetində yazırdı ki, “onun Qoqol soyadlı əcdadları polyak millətindəndir”, baxmayaraq ki, əksər bioqraflar onun "malorus"olduğuna inanırdılar. Fikirlərini V.V.Veresaev tərəfindən tərtib edilmiş bir sıra tədqiqatçılar hesab edirlər ki, Ostap Qoqolun nəsli Afanasi Demyanoviç tərəfindən zadəganlıq əldə etmək üçün saxtalaşdırıla bilərdi, çünki keşiş nəsli zadəganlığa daxil olmaq üçün keçilməz bir maneə idi.
Somon
Somon, və ya Sum və ya Sumu və ya Sumon (Çin dilində 苏木 — (sumu), monqol dilində sum, tuva dilində sumon) — Çində və Monqolustanda, həmçinin Pusiyada çox da böyük olmayan inzibati ərazi bölgüsü. == Çin Xalq Respublikası == Çin Xalq Respublikasının yalnız Daxili Monqolustan adlanan hissəsində inzibati ərazi vahididir. ÇXR-da somonların ümumi sayı — 181-dir. Somon kənddən böyük, xoşundan kiçikdir. === Etnik somon === Etnik milli somon — (<in dilində 民族苏木, mintszu sumu) — Çin Xalq Respublikasında milli azlıqların üstünlük təşkil etdiyi somonlar üçün istifadə olunan termindir.2010-cu ilin məlumatına əsasən yalnız bir etnik milli simon — Evenk milli somonu mövcuddur.
İonol
İonol,butilhidroksitoluol,dibunol,agidol,1,2.6-di-tret-butil-4-metilfenol — lipofilik üzvi maddə, fenollar sinfinin nümayəndəsi, antioksidant olaraq kimya sənayesində geniş istifadə olunur. == Fiziki xassələri == Texniki ionol — sarı rəngdə tozdır, təmiz formada isə — ağ tozdır. == Alınması == İonolu Fridel-Krafts reaksiyası nəticəsində p-krezolun izobutilenlə alkilləşməsindən almaq olar: Bundan əlavə, turşu katalizatorları olmadıqdada alkilləşdirmə yolu ilə əldə edilə bilər. == Kimyəvi xassələri == İonol izopentanda, benzoda,spirtlərdə, asetonda, mürəkkəb efirlərdə yaxşı həll olunur. Suda və 10% natrium hidroksiddə həll olunmur. Kimyəvi xüsusiyyətlərinə görə ionol, E vitamininin sintetik bir analoqudur. İonol, peroksid radikallarını hidroperoksidlərə çevirən hidrogen atomunun donorudur. R O O ⋅ + A r O H → R O O H + A r O ⋅ {\displaystyle {\mathsf {ROO\cdot +ArOH\rightarrow ROOH+ArO\cdot }}} R O O ⋅ + A r O ⋅ → P {\displaystyle {\mathsf {ROO\cdot +ArO\cdot \rightarrow P}}} burada R — alkil və ya aril qrupudur, ArOH — ionol və ya fenol antioksidantı, P- fenolun oksidləşməsi nəticəsində alınan qeyri-radikal və passiv məhsuldur. == Təhlükəsizlik == İyonolun xərçəng riski ilə əlaqəsi haqqında mübahisələr var. Bəzi araşdırmalarda artımı, bəzilərində riskin azalması göstərilir.
Aleksandr Popov
Aleksandr Stepanoviç Popov (rus. Алекса́ндр Степа́нович Попо́в; 4 (16) mart 1859, Krasnoturinsk, Perm quberniyası[d] – 31 dekabr 1905 (13 yanvar 1906), Sankt-Peterburq[…]) — rus fiziki və elektrotexniki, professor, mülki müşavir (1901), fəxri mühəndis-elektrik (1899), radionun ixtiraçılarından biri. == Həyatı == == Xatirəsi == 1945-ci ildə SSRİ MEA radionun kəşf olunmasının 50 illiyi münasibətilə A.S.Popov adına Qızıl medal təsis etmişdir. Hər il may ayının 7-si radioelektronika sahəsində görkəmli nailiyyətlər əldə etmiş alimlər bu medalla təltif edilirlər.
Bohol adası
Bohol adası (taqal Bohol) — Filippinnin sahəsinə görə onuncu ən böyük adası. İnzibati baxımdan eyni adlı vilayətə daxildir. == Coğrafiyası == Sebu adasından cənub-şərqdə, Leyte adasından isə cənub-qərbdə yerləşir. Mindanao adasından eyni adlı dənizlə ayrılır (bəzən bu dənizə Bohol dənizidə deyilir.) Adanın sahəsi 3269 km², sahil xətdinin uzunluğu — 261 km-dir. Əhalisi — 1 255 128 nəfərdir (2010 il). İnzibati mərkəzi Taqbilaran şəhəridir (Tagbilaran). == İqlimi == Bisay adalının şimalına daxil olan Luson adası kimi tayfunların təsirinə məruz qalır. Hava əsasən il boyü rütübətlidir. Leyte və Samar adalarında olan dağlar tayfunların fəaliyyətini nisbətən zəiflədir. Noyabrdan aprelə qədər adanın şimal-şərqi mussonların (amihan) təsirinə məruz qalır.
Boris Popov
Boris Popov (bolq. Борис Стефанов Попов; 8 iyun 1894, Sofiya, Bolqarıstan knyazlığı – 12 dekabr 1979, Sofiya, Bolqarıstan Xalq Respublikası[d]) — Bolqarıstan botaniki. == Elmi fəaliyyəti == Boris Popov toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. === Təsnif etdiyi taksonlar === Centaurea albofimbriata Centaurea parilica Colchicum filifolium Colchicum soboliferum Eranthis bulgaricus Gymnadenia × borisii Hypecoum pendulum subsp. ponticum Jasione bulgarica == Əsərləri == Stefanoff, B. Monographie der Gattung Colchicum L.. — Sofia, 1926. — 100 p. Stefanoff, B. Herkunft und Entwicklung der Vegetationstypen in den Rhodopen. — Sofia, 1927. — 205 p.
Ceyson Momoa
Ceyson Momoa (ing. Jason Momoa, 1 avqust 1979, Honolulu) Amerikalı aktyor.
Comon dulusçuluğu
Comon dulusçuluğu (縄文土器, Comon doki) – Yaponiyada e.ə. 10.000 – e.ə. 300-cü illərdə davam etmiş Comon dövrünün dulusçuluq sənəti. Comon dulusçuluğuna aid nümunələr Kuril adalarından Ryukyu adalarına qədər Yaponiyanın müxtəlif yerlərində tapılmışdır. Comon dövrünün dulusçuluq məmulatlarının növləri zamandan və yerdən asılı olaraq müxtəlifdir. Qəhvəyi rəng və sap naxışlar bu keramikaların tipik xüsusiyyətləri arasındadır. == Adlandırma == Bu dulusçuluq üslubunun adları əvvəlcə "Qabıq kurqanı dulusçuluğu" və ya "Aynu dulusçuluğu" idi. "Comon dulusçuluğu" termini isə ilk dəfə Edvard Morze tərəfindən 1879-cu ildə yazılmış bir bildirişdə işlədilmişdir. Morze Comon dulusçuluğunu kəşf edən arxeoloq olmuşdur və onu yapon dilindən tərcümədə "sap naxışlı" mənasına gələn "Comon" sözü ilə adlandırmışdır. Bu söz daha sonra Comon dövrünü adlandırmaq üçün də istifadə olunmuşdur.