Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Poronay çayı
Poronay çayı (rus. Поронай) — Saxalin adasının ən uzun çayı. İnzibati cəhətdən çay Saxalin vilayəti Tımovski, Smirnıxovski və Poronay şəhər dairələri ərazisindən axır (Rusiya). == Adı == Çayın adı aynu dilindən tərcümədə "böyük çay" mənasını verir. == Coğrafiyası == Çayın uzunluğu 350 km, hövzəsinin sahəsi 7990 km² təşkil edir. Çay öz başlanğıcını Şərqi-Saxalin dağlarında yerləşən Nabil silsiləsindən götürür. Bataqlaşmış Tım-Poronay vadisindən axaraq Terpeniya körfəzinə tökülür (Oxot dənizi). Körfəzə 10 km qalmış çay iki qola ayrılır. Onlar ayrılıqda körfəzə tökülürlər. Mənsəbdə onların tataqları arasında məsafə 5 km təşkil edir.
Voroniy Kust adası
Voroniy Kust adası- Kuybıçev su anbarında kiçik bir ada. Tatarıstan Respublikasının Kazan şəhərinin Vaxitovsk rayonuna daxildir. Həmçinin Markiz adasının qarşısında yerləşir. Ada bütünlüklə meşə ilə örtülmüşdür. Çox hissəsi isə bataqlıqlaşmışdır. Kommunikasiya şəbəkəri ölkədə qalmaqdadır. Belə ki, 2012-ci ilə qədər su anbarı doldurulana qədər ərazi qum ilə örtülü olmuşdur. Həmçinin ada quru ilə əlaqəyə malik idi. == Tarixi == XX əsrin əvvəllərində şəhərin mərkəzinə uğursuz naviqasiya kanalının çəkilməsi üçün dəmir yolu və şose yolu çəkilmişdir.