Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Povellit
Povellit — mineral, Ca[MoO4]. == Haqqında == Povellit - Mo çox vaxt W-la əvəz olunur (9:1 nisbətinədək). Tetraedr. Habitus dipiramidal, lövhəvari. Ayrılması natamam. Aqreqat: torpaqvari, vərəqvari, tozvari; molibdenit üzrə psevdomorfozlar. Rəngi yaşımtıl-sarı. Parıltısı almazı. Sərtliyi 3,5. Xüsusi çəkisi 4,52.
Oselot
Oselot (lat. Leopardus pardalis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin pələng pişiyi cinsinə aid heyvan növü. Oselotun başdan quyruğa qədər bədəninin uzunluğu 100–140 sm, hündürlüyü 50 sm-ə qədər, kütləsi 10-16 kq olur.
Pelit
Pelit — <0,001 mm və ya <0,005 mm ölçülü hissəciklərdən təşkil olunmuş (mənşəyi və tərkibliindən asılı olmayaraq) çökmə süxurların ümumi adı. Hissəciklərinin ölçüləri <0,01 mm-dən kiçik olan dib çöküntüləri (lillər) də pelit adlanır. Pelit fraksiyası çökmə süxurların və dib çöküntülərinin ölçüləri <0,01 mm hissəciklərdən ibarət olan fraksiyası. Pelit quruluş çox kiçik ölçülü (<0,01 mm) hissəciklərindən (95%-dən çox) ibarət çökmə süxur quruluşu; gil və gil şistləri, argillit və mergellər, vulkanik tuflar və bəzi klastik süxurlar üçün səciyyəvidir. Pelitləşmə — kaliumlu çöl şpatlarının epimaqmatik proseslər, yaxud aşınma nəticəsində dəyişilməsinin ilk mərhələsi. Nəticədə pelit (kaolin və b.) yaranır, minerallar şəffavlığını itirir. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Yosemit şəlaləsi
Yosemit şəlaləsi — Şimali Amerikanın ən yüksək ölçülü şəlaləsidir. Kaliforniyanın Sierra Nevadasının Yosemit Milli Parkında yerləşən şəlalə, xüsusilə yazın sonunda, su axışı zirvədə olduğu zaman parkda böyük bir cazibədir.
Kösəli Rus
Kösəli Rus (qaq. Köseli Rus) Moldovanın Qaqauziya muxtariyyətində bir kənddir. Kənd 735 nəfərdən ibarətdir, həmçinin 185 qaqauzdan.
Yosemit Milli Parkı
Yosemit Milli Parkı — Amerika Birləşmiş Ştatlarında, Kaliforniyada yerləşən milli park. Park UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmişdir. == Haqqında == Yosemite Milli Parkı dərin yivli vadiləri və qranit qayalıq zirvələri ilə özünə xas və çox diqqətə çarpan geoloji quruluşları özündə saxlayır. Parkda həmçinin çox sayda şəlalələr, axar sular və sekvoya ağaclarından ibarət meşələr (bəlkə də dünyada hələ də yaşayan ən qədim və ən böyük canlı növü) var. Yosemite parkının geoloji quruluşu qranit qayalıqlar və tarixi qayalıqların qalıqlarından ibarətdir. Təxminən 10 milyon il əvvəl Syerra Nevada çayı əvvəl qabarmış və daha sonra da yana yataraq maili qərb yamaclarını və daha sərt maili şərq yamaclarını meydana gətirmişdir. Bu qabarma nəticəsində dərə və çay yataqlarının dikliyi artmış, bu da dərin və dar dərələrində meydana gəlməsinə səbəb olmuşdur. Təxminən 1 milyon il əvvəl buralarda qar və buzlanma hakim olmuşdur.