Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Prenit
Prenit — rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Xassələri == Rəng – ağ, boz, açıq-sarı, bozumtul- və otu-yaşıl, qırmızımtıl, bəzən rəngsiz; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşədən sədəfiyədək; Şəffaflıq – yarımşəffaf; Sıxlıq – 2,8-3; Sərtlik – 6-6,5; Sınıqlar – qeyri-hamar; Ayrılma – {001} üzrə orta; Morfologiya – kristallar: nadir hallarda qısasütunvari və nazik lövhə şəkilli; İkiləşmə: polisintetik; Mineral aqreqatları: böyrək-, vərəq- və daraqvari, radial-şüalı, dənəvər, kürəvi, qaysaq şəkilli əmələgəlmələr, druzalar. == Mənşəyi və yayılması == Tipik hidrotermal mineral olub, tez-tez hidrotermal dəyişilmiş əsasi süxurlarda–qabbro və diabazlarda əsasi plagioklazların parçalanma məhsulu kimi qeyd edilir. Habelə əsasi effuziv süxurların–bazalt və andezitlərin badamvari boşluqlarında rast gəlir. Kontakt-metasomatik əmələgəlmələrdə, adətən, endoskarnlarda rast gələn prenit epidot, piroksen və qranat üzrə inkişaf edir. Mineralın tapıldığı yerlər: Arendal, Kraqeryo (Norveç); Falun (İsveç); Ural, Qafqaz (Rusiya); Zakarpatye (Ukrayna). Azərbaycanda Kiçik Qafqazın ofiolit qurşağının hiperbazitlərində, Daşkəsən və Gədəbəy rayonlarının skarnlarında, Ağcakənd çökəkliyinin vulkanogen əmələgəlmələrində, Talışın subqələvi bazaltoid formasiyasının süxurlarında, Şimali-Daşkəsən kobalt yatağında qeyd edilmişdir. == İstinadlar == == Mənbə == Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.
Prensa Latina
Prensa Latina (isp. Prensa Latina), rəsmi adı: Prensa Latina, Latın Amerikası informasiya agentliyi S. A. (isp. Prensa Latina, Agencia Informativa Latinoamericana S.A.) — Kuba informasiya agentliyi. == Tarixi == 1959-cu il 16 iyunda Ernesto Çe Gevaranın təşəbbüsü ilə yaradılıb. Agentliyin təsisçisi və ilk direktoru Xorxe Rikardo Masetti olub.
Pyrenia aucuparia
Adi quşarmudu (lat. Sorbus aucuparia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir - VU A2c+3 cd. Azərbaycanın nadir növüdür. Quşarmudu qiymətli bitki olduğundan bağlarda və parklarda da becərilir. Meyvələri tam yetişəndə toplanır. Meyvələrinin xoşagələn turşməzə dadı vardır. Təbabətdə quşarmudu mədə-bağırsaq, nəfəs yolları xəstəliklərində istifadə olunur. Çox vaxt təzə dərilən kimi, bəzən isə xüsusi peçlərdə qurudandan sonra işlədilir. Təzə dərilmiş meyvələri soyuq binalarda və ya dondurulmuş halda bütün qış ayları saxlamaq olur.
Aronia
Aroniya (lat. Aronia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Breşia
Breşia (it. Brescia) — İtaliyanın Lombardiya regionunda sənaye şəhəri. Şəhər Alp dağları ətəklərində yerləşir. Lombardiya region mərkəzi olan Milandan sonra, bölgənin ikinci böyük yaşayış mərkəzidir. Şəhər əhalisi (10.2010-cu ilə görə) 190.809 nəfərdir. Breşia vilayəti İtaliyada olan ən böyük vilayət olub əhalisi 1.2 milyondur. Brescia tarixində ən mühüm və mühüm müasir rəssam Francesco Filippini fransız impressionizminə qarşı italyan impressionizmi hesab edilən "Filippinismo" bədii cərəyanının banisi olmuşdur.
Paenda
Qabriela Horn (alm. Gabriela Horn‎; d. 25 yanvar 1988, Doyçlandsberq, Ştiriya, Avstriya) və ya səhnə adı ilə Paenda — Avstriya müğənnisi və bəstəkarı. O, "Limits" mahnısı ilə Avstriyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Musiqi karyerası == Qabriela Horn 25 yanvar 1989-cu ildə Avstriyanın Ştiriya əyalətində yerləşən Doyçlandsberqdə anadan olmuşdur. O, hələ altında yaşında ikən xorda oxumağa başlamış və 14 yaşından etibarən mahnı yazmağa başlamışdır. Qabriela gitara və pianoda ifa etməyi öyrənmişdir. O 20 yaşında Vyanaya köçmüş və orada musiqi təhsili almışdır. Hal-hazırda ifaçı Ottakrinq şəhərində yaşayır və orada musiqi ilə məşğul olur. O, eyni zamanda musiqi müəlliməsi kimi fəaliyyət göstərir.
Paeonia
Pion (lat. Paeonia) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin pionkimilər fəsiləsinə aid bitki cinsi. Bu bitki həkim Peonun şərəfinə adlandırılmışdır. Avropa və Asiyada Pion fəsiləsinə aid 40 növə yaxın çoxillik ot bitkisi məlumdur. Onlardan iki növ Şimali Amerikada geniş yayılmışdır: Vittman pionu (lat. Paeonia wittmanniana) — formaca sarı-ağ rəngli piyaləyə bənzəyən iri güllü, dərman pionu (lat. Paeonia officinalis) sadə qırmızı güllü, ağ güllü pion (lat. Paeonia lactiflora) iri ağ güllü bitkidir. Pionlar pöhrələr vasitəsilə çoxalır ki, bu dövrdə gövdə də 3-4 tumurcuq və bir neçə kök yumrucuqları olur. Pionu əkərkən cücərtiləri elə basdırmaq lazımdır ki, tumurcuqlar torpağın üst səthində qalsın.
Perezia
Perezia (lat. Perezia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Areal == Cinsin nümayəndələrinin hamısının vətəni Folklend adaları və Cənubi Amerikadır.
Pernis
Arıyeyən (lat. Pernis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Phania
Phania (lat. Phania) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Phania cajalbanica Borhidi & O.Muñiz Phania curtissii B.L.Rob. Phania domingensis (Spreng.) Griseb. Phania matricarioides (Spreng.) Griseb.
Prebua
Prebua (fr. Prébois) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38321. Kommunanın 1999-cu il üçün əhalisi 139 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 596 ilə 1720 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 520 km cənub-şərqdə, Liondan 130 km cənub-şərqdə, Qrenobldan 45 km şimal-qərbdə yerləşir.
Premiya
Premiya (fr. Prémilhat) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Qərbi Monlyuson kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03211. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 2241 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 1346 nəfərdən (15-64 yaş) 876 nəfəri iqtisadi cəhətdən fəal, 470 nəfər hərəkətsizdir (fəaliyyət göstərici 65.1%, 1999-cu ildə 64.8%). Fəal olan 876 nəfərdən 794 nəfər (416 kişi və 378 qadın), 82 nəfəri işsizdir (46 kişi və 36 qadın). Aktiv olmayan 470 nəfər arasında 87 nəfər şagird və ya tələbə, 224 nəfər pensiyaçı, 159 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Premna
Premna (lat. Premna) — dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Prerial
Prerial (fr. prairial, fr. prairie — çəmən) — Böyük Fransa inqilabından sonra tərtib olunmuş, 1793 cü ilin oktyabrından 1 yanvar 1806 cı ilə qədər qüvvədə olmuş təqvimə əsasən IX ay (20/21 may — 18/19 iyun) .
Presya
Presya (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Sirenia
Sirenlər (lat. Sirenia) — afroterilər dəstəüstünə aid heyvan dəstəsi.
Trenya
Trenya (fr. Treignat) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Yuryel kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03288. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 452 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 245 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 180 nəfər iqtisadi fəal, 65 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.5%, 1999-cu ildə bu 72.1%). Fəal 180 nəfərdən 165 nəfəri (87 kişi və 78 qadın), 15 nəfəri işsizdir (9 kişi və 6 qadın). Fəal olmayan 65 nəfər arasında 18 nəfər şagird və ya tələbə, 29 nəfər təqaüdçü, 18 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Brunia
Bruniya (lat. Brunia) — bitkilər aləminin bruniyaçiçəklilər dəstəsinin bruniyakimilər fəsiləsinə aid bitki cinsi.
Irania
Ağboğaz bülbül (lat. Irania) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinə aid heyvan cinsi.
Taenia
Soliter (lat. Taenia) — heyvanlar aləminin yastı qurdlar tipinin lentşəkilli qurdlar sinfinin siklofillidlər dəstəsinin soliterlər fəsiləsinə aid heyvan cinsi.
Proniya
Proniya (yun. πρόνοια – qayğı) — XI–XV əsrlərdə Bizansda feodal institutu, xidmətə görə mükafat olaraq dünyəvi şəxsə və ya monastıra müəyyən ərazini idarə etmək və ondan vergi toplamaq hüququ ilə ömürlük (bəzən irsi) imperiya qrantı. Ən böyük inkişaf XII əsrin ikinci yarısında, torpaq mülkiyyətinin xidmət, əsasən hərbi xidmət şərtləri ilə verildiyi vaxt baş vermişdir. Zamanla proniya irsi mülkiyyətə çevrilmişdir. Tipoloji cəhətdən Qərbi Avropada benefisiyaya yaxındır. == Zəmin == XI əsrə qədər artıq əhəmiyyətli gücə malik olmayan Bizans aristokratları hakim imperatoru dəstəkləmək üçün aldıqları fəxri adlardan və titullardan yapışmışdılar. IX Konstantinin dövründə aristokratiya imperiyanın müxtəlif yerlərində öz suverenliyini açıq şəkildə bəyan etməyə, öz məqsədləri üçün yerli əhalidən vergi yığmağa və tez-tez bu vəsaitləri mərkəzi hakimiyyətə qarşı üsyanlar hazırlamaq üçün istifadə etməyə başlamışdı. XI əsrin sonlarında I Aleksey Komnin zadəganları Bizans ərazisində yaymaq qərarına gələrək aristokratiyanı dəyişdirməyə çalışmışdı. Bu, hərbi xidmət şərtləri altında torpaq qrantı yolu ilə edilmişdir. Beləliklə, imperatora meydan oxumaq arzusunda olan mümkün rəqiblərini Konstantinopoldan uzaqlaşdırmışdır.
Erinia
Zəngçiçəyi (lat. Campanula) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Cinsin adı latınca campana zəng sözündən əmələ gəlmişdir. Bu bitkinin çiçək tacının formasiyası ilə izah olunur. Gülçülükdə istifadə olunan 110 növdən ikiillik bitki kimi zəngçiçəyinin 2 növü yayılmışdır. Piramidaşəkilli zəngçiçəyi (C. pyramidalis) hündürlüyü 120 sm, salxıma yığılmış balaca, göy, bəzən ağ çiçəkləri olan ot bitkisidir. Sıx zəngçiçəyi (C. Glomerata) hündürlüyü 60 sm, bənövşəyi, bəzən ağ çiçəkləri olan bitkidir. Çiçəkləri bəzən yuxarı yarpaqların qoltuğunda bitir. Zəngçiçəyini toxumla çoxaltmaq olar. Çox vaxt bitkini pöhrələrlə çoxaldırlar.
Pratia
Firəngotu (lat. Lobelia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Presla
Qatırquyruğu (lat. Equisetum) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin qatırquyruğu dəstəsinin qatırquyruğu fəsiləsinə aid bitki cinsi. Bu cins 100 milyon il əvvəl Paleozoy erası meşələrində geniş yayılmışkən, bu gün aid olduğu Equisetidae yarımsinfinin yeganə həyatda qalan üzvüdür. Sözügedən erada, qatırquyruğuna yaxın bəzi bitkilərin 30 metr hündürlüyə çata bildiyi təxmin olunur. Müasir dövrə kimi ancaq 25 növü təmsil edən bir fəsilə (qatırquyruğukimilər - Eguisetaceae) və bir cins (qatırquyruğu - Eguisetum) gəlib çatmışdır. Avstraliyada yalnız bir növ tarla qatırquyruğu (Eguisetum arvense) yayılmışdır. Növlərin əksəriyyəti Şimal yarımkürəsinin mülayim ərazilərinə uyğunlaşmışlar, ancaq qədim növlər Orta və Cənubi Amerikanın tropik və subtropik ərazilərində yayılmışdır. Çili, Peru, Ekvadorda yayılmış ağacşəkilli (E. xylochaete) növün hündürlüyü 3-3,5 m-ə, Peruda yayılmış növün (E. martii) hündürlüyü isə 5 m-ə çatır. Ən hündür qatırquyruğu - nəhəng qatırquyğudur (E. gigantea). Bu növ Çili, Peru, Meksika və Kubanın rütubətli tropik və subtropik meşələrində yayılmışdır.
Arena
Arena (lat. [h]arena), kütləvi tədbirlər üçün nəzərdə tutulmuş sahə, məkan; Latın sözüdür, hərfi mənası qum deməkdir. Qədimdə tikilən amfiteatrların dairəvi səhnəsi qalın qum qatı ilə örtüldüyü üçün ona arena deyilirdi. Romada qladiator döyüşləri üçün tikilmiş amfiteatrların da meydançası arena adlanıb. Çağdaş dövrdə sirk göstərilən dairəvi meydançaya da arena deyilir. İstedadlı səhnə xadimlərinin tanınıb şöhrətlənməsi, kütlə tərəfindən sevilməsi "geniş arenaya çıxıb" ifadəsi ilə nəzərə çatdırılır.