Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pryanik
== Tərkibi == 100 qr xama 2 x.q. günəbaxan yağı 1,5 x.q. xəmir qabardıcı 125 qr kəsmik 125 qr kefir və ya qatıq 250 qr şəkər 1 x.q. vanil şəkəri 500 qr un 2 yumruta 250 qr pudra şəkəri == Hazırlanması == Günəbaxan yağı, xəmirqabardıcı, xama, kefir, şəkər, kəsmik, vanil şəkəri və 2 yumurta sarısı dərin bir qabda qaşıqla qarışdırılır.10 dəqiqə dincəlməyə qoyulur. Sonra un əlavə edilib xəmir yoğrulur və 20 dəqiqə dincə qoyulur. Hazır xəmir təxminən 1,5 sm qalınlığında yayılır və ondan balaca dairələr kəsilir. Duxovka listi hazırlanır, kəsilmiş xəmir yumruları bir-birinə yaxın olmayacaq şəkildə düzülür. 180 dərəcə istilikdə 15 dəqiqə bişirilir. 2 yumurta ağı köpüklənənə qədər çırpılır, ona tədricən 250 qr pudra şəkəri əlavə olunur. Bu qarışıqdan isti pryaniklərə fırça ilə çəkilir.
Prodik
Prodik (yun. Πρόδικος, təxminən e. ə. 465 – 395) — qədim yunan filosofu, sofistlər məktəbinin təmsilçisi. Dilçilik elmi və əxlaq problemləri ilə məşğul olmuşdur. O həm də dinlərin yaranması nəzəriyyəsini irəli sürmüşdür. Onun fikrincə, insanlar onlara xeyir gətirən günəş, çaylar, dənizlər kimi təbiət obyektlərini tanrılaşdırmışlar. Buna o, Misirdə Nil çayının tanrılaşdırılmasını örnək gətirirdi. Prodikə görə, bundan sonra insanların fəaliyyətlərinə uyğun olaraq şərabçılıq, dəmirçilik, sənətkarlıq və s. tanrıları uydurulmuşdur.
Denis Pronin
Denis Aleksandr oğlu Əliyev (doğum adı: Denis Aleksandroviç Pronin; (26 may 1989, Xətai rayonu – 6 oktyabr 2020, Cəbrayıl rayonu)) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Denis Əliyev 1989-cu il mayın 26-da Xətai rayonunda anadan olub. Milliyyətcə rus idi. 1995-2006-cı illərdə Xətai rayonunda T. Bağırov adına 59 nömrəli tam orta məktəbində təhsil alıb. Ailəli idi. 8 yaşlı bir qızı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Denis Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Denis Əliyev oktyabrın 6-da Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Xətai rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Denis Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Vitali Pronin
Vitali Aleksandroviç Pronin (1 yanvar 1952, Neftçala rayonu – 7 yanvar 2020, Kürdili, Neftçala rayonu) — Azərbaycan münzəvisi, Kürdili adasının son sakini. O, yerli mediada "Neftçalanın Robinzon Kruzosu" ləqəbi almışdır. == Həyatı == 1952-ci ilin 1 yanvar tarixində Neftçala rayonunda anadan olmuşdur. Atası Vladimir fəhlə, anası Antonina klub müdiri olub. Orta məktəbi də Kürdili kəndində bitirib, əsgərliyə gedib, qayıdıb traktorçu işləməyə başlayıb. İki qardaşı, iki bacısı var idi. Qardaşları Valentin və İvan Moskvada, bacıları Nadejda və Qalina isə Rusiyanın Tolyatti şəhərində yaşayırlar. Xəzər dənizində suyun səviyyəsi yüksəlib kəndin rayon ilə əlaqəsi kəsilməyə başlayanda ailələr kənddən köçüb, lakin Vitalinin ailəsi və daha bir neçə ailə kənddə qalıb. Daha sonra adanın yeganə sakininə çevrilib. 7 yanvar 2020-ci il tarixində axşam saatlarında özü haqqında çəkilişlərdən bir qədər sonra evində vəfat edib.