Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sergey Prokudin Qorski
Sergey Prokudin Qorski (rus. Серге́й Миха́йлович Проку́дин-Го́рский; 18 (30) avqust 1863 – 27 sentyabr 1944, Paris) — fotoqrafiya sənətinin ən önəmli simalarından biri hesab olunur. Prokudin Qorski 1863-cü ilin 30 avqust tarixində Rusiya imperiyasının Vladimir quberniyasında dünyaya gəlmişdir. Gənclik illərində kimya sahəsində təhsil almağa başlamış və elə bu dövrlərdə də fotoqrafiya sənəti ilə məşğul olmuşdur. Sankt-Peterburq, Berlin və Paris kimi şəhərlərdə məşhur elm adamları ilə birlikdə fəaliyyət göstərən Prokudin Qorski rəngli fotoqrafiyanın ilkin texniki xüsusiyyətlərini yatarmışdır. == Həyatı == Produkin Qorski 1863-cü ilin 30 avqust tarixində Rusiya imperiyasının Vladimir quberniyasında zadəgan ailəsində anadan olmuşdur. Ailə üzvləri və Qorskilər nəsli imperiyanın hərb işləri ilə məşğul olurdu. Gənclik illərində Qorski təhsil almaq və özünü daha yaxşı inkişaf etdirmək üçün Sankt-Peterburq şəhərinə üz tutur. O burada Sankt-Peterburq Dövlət Texnologiya Universitetində kimya ixtisası üzrə təhsil almağa başlayır və dərs aldığı müəllimlərin arasında Kimyəvi elementlərin dövri sisteminı kəşf etmiş Dmitri Mendeleyevdə yer alır. Qorski texniki fənlərlə yanaşı musiqi və rəssamlıq sahəsində də maraqlanmağa başlayır.