Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Prokariot
Prokariot hüceyrələr (lat. Procaryota) — bir hüceyrə membranına malik olan xırda və sadə quruluşlu hüceyrələrdir.Onların orta ölçüsü 5 mkm-a yaxındır. Onlarda, adətən, membran quruluşuna malik orqanellalar yoxdur, məs., mitoxondirilər və endoplazmatik tordakı kimi. Hüceyrə nüvəsinin əvəzinə onun ekvivalenti (nukleoid) olur ki, bu da sıx spiral şəklində burulmuş yeganə bir DNT molekulundan ibarətdir. Bundan başqa bakteriyalar eukariotların nüvə xarici DNT- lərinə oxşar xırda plazmid formalı DNT-lərdən ibarət ola bilir. Fotosintez qabiliyyətinə malik olan prokariot hüceyrələrdə (göy-yaşıl yosunlar,yaşıl və al-qırmızı bakteriyalar) membranların müxtəlif iri qabarıqları tilakoidlər vardır.Bunlar öz funksiyalarına görə eurokariotların plastidlərinə uyğundurlar.Bu tilakoidlər funksional cəhətdən mitoxondiriləri əvəz edirlər.Prokariotlar yer üzündə maddə enerjinin bioloji çevrilmələrində mühüm rol oynayırlar. Fotosintezedici bakteriyalar günəş enerjisini udaraq onu karbohidratların və hüceyrələrin digər komponentlərinin sintezi üçün istifadə edilir ki, bunlar da öz növbəsində digər orqanizmlər üçün qida kimi istifadə edilir.Bəzi bakteriyalar atmosferdən molekulyar azotu fiksə edərək bioloji faydalı azottərkibli birləşmələr əmələ gətirirlər. Çox güman ki, prokariotlar bioloji evalyusiya prosesində eurokariotlardan əvvəl əmələ gəlmişlər.
Prokat
Prokat, yayıq (metallurgiyada) — prokat istehsalının məhsulları, qızmar və sojyr yayma üsulları ilə alınan metal məmulat (vərəq, zolaq, lent, rels, boru və s). == Prokat istehsalı == Prokat istehsalı poladdan və digər metaldan yayma yolu ilə müxtəlif məmulat və yarımfabrikat (prokat) alınması, habelə onların keyfiyyətini artırmaq məqsədilə təkrar emal edilməsi (termiki emal, örtük çəkmə və s.). Sənaye ölkələrində əridilən poladın 4/5 hissəsindən çoxu yayma üsulu ilə emal edilir. Prokat istehsalı adətən metallurgiya (az hallarda maşınqayırma) zavodlarında təşkil edilir və bir qayda olaraq (xüsusilə qara metallurgiyada) istehsal dövrünün sonuncu mərhələsi olur. Əsas prokat növlərinə aşağıdakılar aiddir: yarımməhsul və ya pəstah, vərəq və çeşid prokat, yayma boruları, maşın detalları pəstahları (xüsusi prokat növləri) — təkər, halqalar, oxlar, burğular, kürələr, dəyişən en kəsikli profillər və s. Ölçüləri göstərilməklə yayılan məmulatlar prokat çeşidi (sortamenti) adlanır. Prokatın əsas hissəsi azkarbonlu poladdan, bəzi hissəsi legirlənmiş va tərkibində karbonun miqdarı artırılmış (0,4%-dən çox) poladlardan hazırlanır. Əlvan metal (alüminium, mis, maqnezium, sink və onların ərintiləri) prokatları başlıca olaraq vərəq, lent və məftil şəklində istehsal olunur (əlvan metallardan boru və çeşidli profillər başlıca olaraq pressləmə yolu ilə hazırlanır). Müasir metallurgiya zavodlarında polad prokat iki üsulla istehsal olunur. Birinci üsulda başlanğıc material kimi metal qəlibə tökülmüş külçələrdən istifadə edilir.
Admirallıq prikazı
Admirallıq prikazı (rus. Адмиралте́йский прика́з) — Rusiyanın Mərkəzi Dövlət Qurumunun Hərbi Dəniz Administrasiyasının prikazı. Onun səlahiyyətlərinə donanmanın hazırlanması, silahlanması, təchizatı və ekipajlara adi dəniz qulluqçularının cəlb edilməsi daxildir. Ədəbiyyatda Admirallıq İşləri Prikazı (Приказ адмиралтейских дел) da adlanır. Prikaza Voronej Admirallıq Məktəbi də daxil idi. == Başçıları == Aleksandr Protasyev (1696–1700) Fyodor Apraksin (18 fevral 1700–17??) Qriqori Plemyannikov (1700–17??) == İstinadlar == == Əlavə ədəbiyyat == С. Елагин, История русского флота. Период Азовский, издание 1864 года и 2 тома приложений. В. Чубинский, Историческое обозрение устройства управления морским ведомством в России. Издание 1869 года. Материалы для истории русского флота, тома I, II, III и IV, Sankt-Peterburq; Ф. Ф. Веселаго, Очерк русской морской истории, ч.
Boru prokatı zavodunda əməyin təhlükəsizliyi uğrunda (film, 1961)
Boru prokatı zavodunda əməyin təhlükəsizliyi uğrunda qısametrajlı sənədli filmi rejissor Mirzə Mustafayev tərəfindən 1961-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Boru Prokat Zavodunda əməyin təhlükəsizliyi üçün görülən tədbirlərdən bəhs edir. == Məzmun == Film Boru Prokat Zavodunda əməyin təhlükəsizliyi üçün görülən tədbirlərdən, bu vacib işə düzgün əməl olunması qaydalarından bəhs edir.