Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pirolüzit
Pirolüzit — tetraqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Növ müxtəliflikləri == Polianit – mineralın aydınkristallik növ müxtəlifliyi. == Xassələri == Rəng – çox vaxt göyümtül çalarlı poladı-bozdan qarayadək, polianitin–dəmiri-boz; Mineralın cizgisinin rəngi – qara, tutqun; Parıltı – yarımmetal parıltısından metal parıltısınadək, donuq; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 4,7-5,2; Sərtlik – mineralın aqreqat halından asılıdır: kristallarda – 6-6,5; aqreqatlarda 2-dək azalır; Kövrəkdir; Ayrılma – {110} üzrə mükəmməl; Bölünmə – qeyri-hamar, tikanlı; Başqa xassələr – yarımkeçiricilik xassələrli ilə səciyyələnir; Morfologiya – kristallar: vertikal cizgili, sütunvari, iynəvari; İkiləşmə: nadirdir; Mineral aqreqatları: dənəvər, gizlikristallik, torpaq- və hisvari (duda), qarışıq lifli kütlələr; böyrək - və salxımvari əmələgəlmələr – «qara şüşə kəllə», radial-şüalı oolitlər, konkresiyalar, təbəqəvari dendritlər, qabıq və qaysaqlar, jelvaklar, həmçinin druzalar və fırçalar (polianit), manqanit, rodoxrozit, dolomit və b. üzrə psevdomorfozalar. == Mənşəyi və yayılması == Pirolüzit əsasən ekzogen mənşəlidir. Onun ən böyük yataqları hövzələrin sahilyanı zonalarında yerləşən çökmə-dəniz əmələgəlmələri ilə təmsil olunmuşdur. Pirolüzit manqanla zənginləşmiş süxurların aşınma qabığının və manqan filizi yataqlarının oksidləşmə zonalarının xarakterik mineralıdır (manqan papağı). Sualtı püskürmələrlə onun eksqalyasion - çökmə əmələgəlmələri əlaqədardır. Bəzən hidrotermal yolla əmələ gəlir.